“Zeytun Budağı”nda PQA-lardan istifadə olunacaq - FOTOLAR

2018/02/thumbs_b_c_9b1dd3527cbe84499b8f8084dc0b7db2-(1)_1519383215.jpg
Oxunub: 1116     14:51     23 Fevral 2018    
Türkiyə Müdafiyə Sənayesi Naziri İsmail Dəmir yaxın günlərdə bir neçə Pilotsuz Quru Aparatının istifadə edilməsinə başlanacağını bildirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Dəmir qısa zamanda 20-dən çox aparatın TSQ-yə veriləcəyini və bunların “Zeytun Budağı” əməliyyatında istifadə ediləcəyini əlavə edib.

Məlumatlara görə, TSQ öz inventarına ilk olaraq “Katmerciler” firmasının Uzaqdan İdarəetməli Atış Platformunu (UİAP) əlavə edəcək.

İlk dəfə keçən il baş tutan 13-cü Beynəlxalq Müdafiə Sənaye Sərgisində nümayiş etdirilən UİAP şirkətin çoxməqsədli pilotsuz quru aparatı ailəsinin üzvüdür. Bu aparatların ilk mexanizmində ASELSAN-ın SARP Uzaqdan İdarəetməli Stabil Silah Sistemi istifadə edilir.

Platforma 3 kilometr məsafədən idarəedilə bilir. Əməliyyat müddəti batareya ilə minimum 5 saat, generatorla 8 saatdır. Saatda 25 kilometr sürətlə irəliləyə bilən aparatın sürətinin artırılması məqsədilə bəzi layihələr aparılır. Aparat 3 ton ağırlığında yük daşımağa qadirdir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   Afrin   PQA  

Xəbər lenti

“Zeytun Budağı”nda PQA-lardan istifadə olunacaq - FOTOLAR

2018/02/thumbs_b_c_9b1dd3527cbe84499b8f8084dc0b7db2-(1)_1519383215.jpg
Oxunub: 1117     14:51     23 Fevral 2018    