Dünyanın hərbi əməkdaşlıq sistemi necə formalaşdırıla bilər?

2018/02/567567_1519382966.jpg
Oxunub: 1170     18:47     23 Fevral 2018    
“Dünya ölkələri heç bir blok olmadan beynəlxalq hərbi əməkdaşlıq sistemi hazırlamalıdır. Bu sistem terrorizm kimi mövcud təhdidlərə qarşı müharibəyə kömək edəcək”.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Birləşmiş Ştatlardakı səfirliyində Rusiya Ata yurdunun Müdafiəsi günü ilə bağlı keçirilən tədbirlərdə söz alan səfir Anatoli Antonov bəyan edib.

“Dünya bu gün bənzəri görülməmiş təhlükəli təhdidlərlə üz-üzədir. Heç kəs müxtəlif ölkələr və ya qruplar arasındakı uzun müddətli qarşıdurmadan faydalana bilməyəcək. Biz sadəcə birləşməli və terrorizm kimi sivilizasiyanın mövcudluğuna meydan oxuyan təhdidlərə qarşı birgə döyüşməliyik. Beynəlxalq hərbi əməkdaşlığın formalaşdırılması hər zaman olduğundan daha zəruridir”, - deyə səfir qeyd edib.

Qeyd edək ki, Ata Yurdun Müdafiəsi günü daha öncə Sovet Ordu və Donanma günü kimi qeyd edilirdi. 1922-ci ildən qeyd edilən bayram 1918-ci il fevralın 23 Qırmızı Ordunun formalaşdırılması ilə əlaqədar olaraq keçirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Hərbi-əməkdaşlıq  

Dünyanın hərbi əməkdaşlıq sistemi necə formalaşdırıla bilər?

2018/02/567567_1519382966.jpg
Oxunub: 1171     18:47     23 Fevral 2018    