İran Müdafiə naziri: “Azərbaycanla İran arasında ortaq hərbi komissiya daha da inkişaf etdirilib”

2018/02/345345_1519378180.jpg
Oxunub: 1220     17:26     23 Fevral 2018    
İran Müdafiə naziri general Əmir Hatəmi Aəzrbaycan Respublikasının rəsmiləri ilə ikitərəfli əlaqələr və daha yaxın hərbi əməkdaşlıq üzrə yüksək səviyyəli danışıqlar aparıb.

Ordu.az “Tehran Times”a istinadən xəbər verir ki, səfər zamanı Hatəminin azərbaycanlı rəsmilərlə beynəlxalq və regional inkişaf üzrə danışıqlar həyata keçirəcəyi gözlənilirdi.

Tehran və Bakı arasındakı tarixi hərbi əlaqələrə toxunan Hatəmi İran prezidenti Həsən Ruhaninin ikinci prezidentlik dövründə Azərbaycanla İran arasında hərbi əməkdaşlıq üzrə mövcud olan ortaq komissiyanın daha da inkişaf etdiyini vurğulayıb.

Onun sözlərinə görə, komissiya 2017-ci ilin noyabrından etibarən müntəzəm sessiyalar həyata keçirir.

O, rəsmi ziyarətində müzakirə edilən mövzuların böyük hissəsinin bu vaxta qədər artıq ortaq kommisiyanın sessiyalarında ortaya qoyulduğunu bildirib və səfərinin regional təhlükəsizlik və stabilliyə dəstək verməklə yanaşı, ikitərəfli əlaqələri də yaxınlaşdıracağını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran-Azərbaycan   Hərbi-əməkdaşlıq  

İran Müdafiə naziri: “Azərbaycanla İran arasında ortaq hərbi komissiya daha da inkişaf etdirilib”

2018/02/345345_1519378180.jpg
Oxunub: 1221     17:26     23 Fevral 2018    