Cənubi Koreya: 2010-cu il hücumunu aşkarlamaq çox çətindir

2018/02/456456_1519372449.jpg
Oxunub: 1297     15:44     23 Fevral 2018    
Cənubi Koreya hökuməti 2010-cu ildə KXDR-in həyata keçirdiyi “Cheonan” gəmisinə hücumuna kimin rəhbərlik etdiyini aydınlaşdırmağın çətin olduğunu bildirib.

Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, hücumun həyata keçirilməsinə rəhbərlik etdiyi ilə bağlı şübhələrin olduğu KXDR-in keçmiş kəşfiyyat rəhbərinin Cənuba gəlməsinə dair məlumatlar yayıldıqdan sonra məsələ yenidən gündəmə gəlib.

“Aydındır ki, gəminin batırılmasından KXDR, buna rəhbərlik etməklə bağlı isə həmin dövrün kəşfiyyat rəhbəri olan Kim Yonq Çol günahlandırılır. Lakin hadisədən kimin məsul olması ilə bağlı hələ də məhdud məlumata sahib olduğumuz faktı dəyişməz olaraq qalır”, - deyə Seulun Birləşmə Nazirliyinin mətbuat katibi Baik Tai-hyun bildirib.

Sözçü hökumətin Kimin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəyə gəlməsinə icazə verilməsi ilə bağlı meydana gələn ictimai narahatlıqdan xəbərdar olduğunu, lakin cəmiyyətin də bu qərarı anlayışla qarşılamalı olduğunu vurğulayıb. O, Koreyalararası əlaqələrin inkişafı üçün bu qərarın əhəmiyyətli olduğunu əlavə edib.

Qeyd edək ki, dünən Şimali Koreya Cənubi Koreyadakı Qış Olimpiya oyunlarının bağlanış mərasimləri üçün Kim Yonq Çolun rəhbərliyi altında nümayəndə heyəti göndərəcəyini elan edib. Üç günlük səfərə rəhbərlik edəcək Kim 2010-cu ildə 46 nəfərin ölümünə səbəb olan gəminin batırılması əməliyyatını təşkil etməkdə ittiham edilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Cənubi-Koreya   Olimpiya  

Cənubi Koreya: 2010-cu il hücumunu aşkarlamaq çox çətindir

2018/02/456456_1519372449.jpg
Oxunub: 1298     15:44     23 Fevral 2018    