ABŞ Konqres üzvü Xocalı faciəsi ilə bağlı bəyanatla çıxış edib

2018/02/15193588541842457750_1000x669_1519364729_1519366644.jpg
Oxunub: 1751     14:16     23 Fevral 2018    
ABŞ-ın Nyu Cersi ştatını təmsil edən demokrat Konqres üzvü Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə bağlı bəyanatla çıxış edərək bu faciələrdə həyatını itirmiş insanların xatirəsini yad edib.

Peyn bəyanatında 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycanın paytaxtı Bakı şəhərinə Sovet hökumətinin 1990-cı ilin 20 yanvar tarixində qoşun yeridərək çoxsaylı insanın həyatına son qoyduğunu vurğulayıb.

Konqres üzvü həmçinin Xocalıda həlak olmuş insanların xatirəsini yad edərək, həyatını itirmiş şəxslərin xatirəsinin əbədiləşdirilməli olduğunu qeyd edib.

O, sonda planetimizdə azadlıq uğrunda müharibələrdə həlak olmuş bütün insanların ABŞ Konqresi tərəfindən ehtiramla yad edilməli olduğunu vurğulayıb.

Ordu.az

Teqlər: ABŞ   Konqres   Xocalı  

ABŞ Konqres üzvü Xocalı faciəsi ilə bağlı bəyanatla çıxış edib

2018/02/15193588541842457750_1000x669_1519364729_1519366644.jpg
Oxunub: 1752     14:16     23 Fevral 2018    