Ukraynanın qılınc və qalxanı: 2017-ci ildə müdafiə sənaye kompleksinin əsas nailiyyətləri – Hərbi ekspert (ARAŞDIRMA)

2018/02/1_1519285496.jpg
Oxunub: 6609     15:55     22 Fevral 2018    
Bu yazıda Sizi Ukrayna hərbi sənaye kompleksinin əsas nailiyyətləri HHM, radiorabitə və radiolokasiya vasitələrinın istehsalı sahəsindəki yeniliklərlə tanış edəcəyik.

Hava Hücumundan Müdafiə sistemləri, radiolokasiya və radiorabitə vasitələri

Ukrayna, zenit raket və radiotexniki qoşunlar üçün silah və hərbi texnika istehsalının tam silsiləsini istehsal edə bilən dünyanın azsaylı ölkələrindəndir. Bunlara Ukrayna ərazisində yerləşən çoxsaylı müdafiə sənayesi müəsisələrinin birgə fəaliyyəti nəticəsində nail olunub.

Ukrayna HHM qoşunlarını əsasən S-200B, PT, PS və B1 seriyasından olan S-300 ZRK-lar təşkil edir. 2017-ci Britaniyanın Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, Ukrayna HHM qüvvələrinin balansında 250 ədəd müxtəlif seriyalı S-300 və 72 ədəd "Buk-M1" zenit raket kompleksi mövcuddur. Bu çox ciddi potensialdır, lakin bu sistemlərin bir çoxunun sovet dövründə istehsal olunduğunu, Qərb analoqlarının yüksək qiymətlərini, Qərb bazarına çıxışın məhdud olmasını nəzərə alarsaq, hava hücumundan müdafiə qalxanının gücləndirilməsi, yeni sistemlərin yaradılması üçün mövcud sistemlərin bərpası və modernləşdirilməsinə davam etməyin çox vacib olduğunu görərik. Uzunmüddətli perspektivdə çəkindirmənin doğru strategiyası da bundan ibarətdir.

KrAZ-6446 şassisi üzərində S-300 ZRK

Hazırda Ukrayna müdafiə sənaye kompleksinın gücü hər il azı 4 ədəd ZRK bərpa etməyə imkan verir. Bu isə təbii ki, ölkənin HHM potensialının yüksəlməsinə səbəb olur. Yuxarıda göstərilən komplekslər ilə bərabər 9K35 "Strela-10", 9K330 "Tor" zenit raket kompleksləri, 2K22 "Tunquska" zenit top-raket sistemi, S-125 ZRK, "Strela-2M", "İqla-1" DZRK və başqa Hava Hücumundan Müdafiə vasitələri bərpa olunur.

Ukrayna müdafiə sənayesi müəssisələri mövcud komplekslərin təmiri üçün lazım olan ehtiyat hissələrin və komponentlərinin istehsalını mənimsəyərək, silahlanmada olan "Buk-M1" komplekslərinin təxminən dörddə birini artıq bərpa edib. Əsas versiyadan fərqli olaraq, hava hədəflərinin məhvetmə zonası əhəmiyyətli dərəcədə artırılıb. "Buk-M1"in düşmən qırıcısına qarşı məhvetmə əmsalı - 80-95%, qanadlı raketlərə qarşı isə 40%- dən az deyil. Radiolokasiya əleyhinə raketlərə qarşı səmərəlidir. Məhvetmə radiusu 35 km-ə, yüksəklik isə 22 km-ə qədər artırılıb.

Ukrayna Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin "Buk-M1" zenit raket kompleksi

Ukraynalı mütəxəssislər kompleksin dərin modernləşdirilməsi proqramını həyata keçirirlər. Nəticədə məhvetmə radiusu artır, ekipajın işçi sahəsi tam avtomatlaşdırılıb, kompleksi idarə edən kompüter sistemi tətbiq edilib. Yeni termal sistemə, rabitə, naviqasiya, lazer məsafəölçəni və digər müasir rəqəmsal vasitələri quraşdırılıb. 2017-ci ildə Ukrayna Müdafiə Nazirliyi "Buk-M1" zenit raket sistemlərinin idarə olunan raketlərinin resurslarını artırmaq üçün bir sıra tədbirlər həyata keçirmək qərarına gəlib.

"Buk-M1" ZRK-nın dərin modernləşdirilməsindən başqa P-27 "hava-hava" tipli aviasiya raketinin bazasında hazırda "Lüç" KB, "Artyom"QAXK və "Arsenal" HVO müəsisələri tərəfindən yeni ZP-27 zenit raketi, "Poltava" orta məsafəli zenit raketi, "Bars" və "Kolibri" DZRK istehsalı üzrə layihələr icra olunur. Ukrayna müdafiə sənayesi S-300 ZRK-lar üçün modernləşdirilən 9B55P raketlərinin istehsal gücünə malikdir. İddialara görə, bu raketlər müəyyən parametrlər üzrə Rusiyanın S-400 ZRK kompleksinin 48N6E2 raketlərini üstələyir.

2017-ci ildə "Vizar" Julyansk Maşınqayırma zavodunda Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi istiqamətində əhəmiyyətli dərəcədə təmir bərpa işləri həyata keçirilib. "Vizar" məhsulu olan S-300 ZRK idarəolunan 5V55R raketləri Bolqarıstanda keçirilən "Şabla-2017" birgə təlimləri zamanı 4 raketlə 4 hədəfi məhv edərək maksimum nəticə göstərdi.

"Şabla-2017" təlimlərində Ukraynanın HHM qüvvələrinin S-300 ZRK-larından döyüş atışı

Kiyevin "Radioniks" və "Luç" müəsisələri birlikdə ixrac üçün nəzərdə tutulan S-125M "Peçora" zenit raket kompleksinin dərin modernləşdirilməsi üzərində işləyir.

Bu ZRK-nın əsas üstünlüyü yerli mütəxəssislərin istehsal etdiyi yarım aktiv və ya aktiv tuşlayıcı başlığı və FCR- 125 radiolokasiya sistemi quraşdılan müasir 5V27D raketlərindən istifadə etmək imkanının olmasındadır. Nəticədə kompleks hava hədəflərini 40 km-ə uzaqlıqda və 25 km-ə qədər yüksəklikdə məhv etməyə imkan verir.

Kiyev "Aerotexnika- MLT" ETM, bir neçə müəsisənin - "Luç" KB, Lvovun "LNİRTİ" DŞ, "İskra" EİK və "AvtoKrAZ" İAC birgə layihəsi əsasında yeni "Dnepr" ZRK üçün döyüş idarəetmə mərkəzini hazırlayıb.

"Dnepr" ZRK döyüş idarəetmə mərkəzinin modeli

"Dnepr" ZRK atıcı qurğusu və anten postu

"Dnepr" ZRK-larının 7 km yüksəklikdə taktiki qırıcıların aşkarlanması məsafəsi 150 km, hədəf məhvinin maksimal hündürlüyü isə 25 km-dir. Kompleks mürəkkəb hava şərtləri və fəal radiomaneə fonunda belə günun istənilən vaxtında eyni anda altı hədəfə 12 idarəolunan raket buraxa bilir.

Bundan əlavə, şirkət keçən il fəal şəkildə Ukrayna HHQ-ni radiolokasiya avadanlıqları ilə təmin edirdi. Zenit raket və zenit artilleriya komplekslərinin əməliyyat sistemini nizamlamaq və döyüş heyətlərinin hazırlanması üçün nəzərdə tutulan reaktiv pilotsuz aviasiya kompleksinin (PAK) ilkin nümunəsinin aktiv daxili sınaqlarını həyata keçirildi. Həmçinin şirkətin daxili imkanları hesabına əvvəlki P-18 RLS yenilənərək P-180U səviyyəsinə şatdırılıb.

Bir ildir ki, "Ukrspestexnika" holdinqi USQ-nin yeni P-180U RLS ilə təchizatını həyata keçirməyə başlayıb. Yüksək hərəkətliliyə malik stansiya bir əhatə dairəsinin tədqiqatı zamanı 256 hava hədəfini avtomatik aşkarlayır, mövcud koordinatlarını müəyyən edir və izlənilməsini həyata keçirir.

Stansiya gizli "stels" texnologiyaların istifadəsi ilə yaradılan hava hədəflərini aşkar etməyə də imkan verir. Rəqəmsal emal və məlumatların avtomatik ötürülməsi sistemi ilə təchiz olunub. Stansiyanın imkanları "MiQ" təyyarələrini 10 km-dən çox yüksəklikdə və 400 km-ə qədər uzaqlıqda aşkar etməyə imkan verir. Stansiyanın açılması müddəti, beş nəfərdən ibarət heyətlə 53 dəqiqədir. Uzaq idarəetmə məntəqəsinə qədər olan məsafə 1000 m-dir.

"Balakleyski" təmir zavodu isə USQ üçün fəal sürətdə zenit-raket sistemlərinin modernləşdirilməsi, təmiri və bərpa işləri çərçivəsində imkanlarını genişləndirir. 2014-cü ildən etibarən, müəssisə, Ukrayna ordusunun bölmələrinə yüzdən artıq ZRK təhvil verərək dövlətin müdafiə sifarişini tam və vaxtında yerinə yetirib. 2017-ci ilin avqustunda zavod USQ-nə təhvil veriləcək növbəti ZSU-23-4 "Şilka" partiyasının sınaqlarını keçirdi.

Bu 21 tonluq özüyeriyən zenit qurğusunun, yaşlanmasına və əsas təyinatının hava hədəfləri ilə mübarizə aparmaq olmasına baxmayaraq, ondan seperatçılara qarşı istifadə etmək planlaşdırılır. Dörd ədəd 23 mm topun dəqiqədə 3400 mərmi ilə 2 km-ə qədər məsafədə yerüstü hədəflərə qarşı effektiv mübarizə apara bilməsi müasir mövqe döyüşündə olduqca ciddi mübarizə vahidi hesab olunmalıdır.

2017-ci ilin aprelində USQ Zaporojyenin "Iskra" Elmi-İstehsalat Kompleksi tərəfindən istehsal edilən müasir 79K6 "Pelikan" üç koordinatlı dairəvi radiolokasiya stansiyasını qəbul etdi.

79K6 "Pelikan" RLS-i

Bu radar rəqəmsal mərhələli barmaqlıq üzərində qurulub, təbii və ya süni müdaxilənin mövcudluğunda fəaliyyət göstərmək üçün nəzərdə tutulub. Bu RLS- in köməyi ilə hava hücumundan müdafiə vəzifələrinin yüksək effektivlikdə icrası mümkündür: hədəflər haqqında məlumatın ZRK-yə ötürülməsi, Silahlı Qüvvələri və Hava Hücumundan Müdafiə qüvvələri arasında uçuşların təhlükəsizliyinin təmin edilməsi və s.

Bu stansiyanın əsas xüsusiyyətlərindən biri orta gücdə olan tranzistor RLS-dən üç dəfə daha güclü siqnal çıxışını təmin edən klistron ötürücüdən istifadə edilməsidir. Hədəflərin aşkarlama məsafəsi 400 km-ə qədər, sistemin açılma müddəti isə 30 dəqiqəyə qədərdir.

2017-ci ilin avqustunda "Iskra" EİK USQ-yə ilk iki ədəd "Mandat" P-330UV1M və P-330UV2M REM kompleks stansiyasını təhvil verdi. 7 stansiyadan ibarət stansiyanın İlk nümunələri Donetskin "Topaz" holdiqində layihələndirildi və istehsal edildi. Rusiyanın Donetskdəki hərbi təcavüzündən sonra kompleksin istehsal prosesi Zaporojye şəhərindəki "Iskra" EİK-in ərazisinə köçürüldü.

Kompleksin əsas təyinatı sabit işçi tezliklərdə qısa və ultraqısa dalğaları aşkar etmək və radiomaneələr yaratmaqdan ibarətdir. Kompleksin stansiyaları "KrAZ-6320" avtomobilinin əsas şassisi üzərində yerləşir.

Bundan əlavə, "Iskra" ABŞ-ın C-130 "Hercules" hərbi nəqliyyat təyyarəsində daşına bilən, tranzistor ötürücü ilə təchiz edilən mobil 3D panorama axtarış sistemə malik yeni nəsil 80K6T RLS-i öz imkanları hesabına inkişaf etdirir.

Yeni RLS-in üstünlükləri yüksək istismar, taktiki və texniki xüsusiyyətlərindən, eləcə də səhra şəraitində istifadəyə maksimum adaptasiya olunmasından ibarətdir. Bundan əlavə, 2017-ci ildə "Zaporojye" şirkəti gizli "stels" texnologiyadan istifadə edilərək yaradılan dairəvi panoramada hava hədəflərini izləyə bilən MP-18 yeni yüksək mobil RLS-in imkanlarını nümayiş etdirdi.

"Iskra" Ukrayna Ordusunda geniş tətbiq olunan 19J6 (ST-68U) radiolokasiya stansiyalarından hər il 20 ədədini 35D6M səviyyəsinə qədər modernləşdirə bilir.

"Infozaşita" Elmi-İstehsalat Mərkəzi 2017- ci ildə yüksək yolsuzluq imkanlarına malik Iveco EuroTrakker yük avtomobilinin şassisinə quraşdırılan "Xortisa-M" mobil radiotexniki kəşfiyyat vasitəsini təqdim etdi. Kompleks, real vaxt rejimində radio sinqalların elektromaqnit mühitini, axtarışını, aşkarlanmasını, istiqamətinin və yerinin müəyyən edilməsini avtomat rejimdə nəzarətdə saxlamağa imkan verir.

Müxtəlif standartlarda rəqəmsal rabitə siqnallarının kodlarının açılması, eləcə də kompleks obyektlərinin koordinatları və məkan istiqamətyönlü vasitələrin müəyyənləşdirilməsi avtomatik rejimdə həyata keçirilir. Bənzər vasitələrlə bərabər fəaliyyət göstərən kompleks qısa və ultraqısa dipazonda radio şüalanma mənbələrinin koordinatlarını müəyyən etməyə imkan verir. Kompleks dörd nəfərlik ekipajın rahat bir şəkildə muxtar fəaliyyət göstərməsi üçün lazım olan hər bir avadanlıqla təchiz olunub.

Şərq cəbhəsində "Infozaşita" Elmi-İstehsalat Mərkəzinin yeni istehsalı olan "Plastun RP-3000" kiçik miqyaslı taktiki radio kəşfiyyat sisteminin ərazi sınaqları

Sistem yalnız düşmən diversiya qruplarının qəbul etdiyi və ötürdüyü məlumatları aşkar etmir, eyni zamanda PUA-ların koordinatlarını təyin edərək onlara qarşı radiomanelər tətbiq edə bilir. Bu sistem həmçinin döyüş bölgəsində Rusiyanın batareya əleyhinə AZK-7 komplekslərinə ötürülən məlumatları uğurla aşkarlayır.

Ukraynanın şərqində aparılan müharibə əməliyyatları göstərir ki, müasir hərbi münaqişələrdə müvəffəqiyət əldə etmək üçün mütləq ən təhlükəsiz rabitədən və ən son texnologiyala REM vasitələrindən istifadə etmək lazımdır. Praktika göstərir ki, qoşunların idarəolunmasında vacib rol oynayan radio-rele rabitəsinin əhəmiyyəti də sonuncu yerdə deyil. Dinamik döyüş vəziyyətində telefon xətlərinin yerləşdirilməsinə imkan olmadığına görə radio-rele rabitəsi mühüm rol oynayır. Bu vəziyyətdə, hissə və birləşmələrin komanda məntəqələrinin sabit şəbəkə ilə əlaqələrini rele rabitəsi təmin edir.

2017-ci ildə USQ-yə "BAT Olimp" şirkətinin istehsalı, birbaşa görüntülü və santimetr diapazonda çalışan R-414MU radio-rele stansiyası qəbul edildi. Kompleks çoxintervallı magistral radio-rele xəttlərinin açılması hesabına çoxsaylı rəqəmsal məlumatları qəbul etmək və ötürmək üçün, həmçinin rəqəmsal axınları ayıraraq digər qollara ötürmək üçün nəzərdə tutulub.

Stansiya antenin qaldırma yüksəkliyindən və diapazon tezliyindən asılı olaraq rabitə xəttinin yarım açıq intervalda 30-40 km-dən az olmayan məsafəyə, rəqəmsal informasiyanın magistral xəttlə ötürülməsini 155 Mbit/s-dən az olmayan və radio-rele rabitədə isə 34 Mbit/s-dən az olmayan sürətlə ötürülməsini təmin edir. Stansiyanın tərkibinə A1M1 və M2M1 aparat maşınları, M2 anten maşını və nəqliyyat vasitəsi daxildir.

2017-ci ildə Odessanın "Telekart-pribor" kompaniyası tərəfindən layihəsi hazırlanan və istehsal olunan genişzolaqlı radio-rele stansiyası SRŞ-5000 (P-402) silahlanmaya qəbul edildi.

Hərbi və mülki məqsədlər üçün, stasionar və ərazi rabitə sistemlərində rəqəmli radio rabitəni təmin etmək üçün nəzərdə tutulub.

Stansiya bir interval üçün 35 km məsafədə 300 Mbit/s-ə qədər buraxılış imkanı olan uzun məsafəli radiokanalların yaradılmasını təmin edir. Stansiyanın təyinatından asılı olaraq stansiya MTA-8 teleskopik anten ilə müxtəlif versiyalarda istehsal edilə bilər. Müəssisə artıq bu rele stansiyasının 200-dən çox dəstini sifarişçilərə təslim edib.

2017-ci ildə Ukrayna ordusunun silahlanmasına Kiyevin "Everest Limited" şirkətinin ən yeni rabitə avadanlığı olan "TIP-1" və "TIP-2" telekommunikasiya qurğuları qəbul edildi.

"TIP-1" və "TIP-2" telekommunikasiya dəstləri

Birinci VoİP telefoniya funksiyasını dəstəkləyən taktiki nəzarət ərazi routeridir. Buraxılış məntəqələrini, taqım və bölük dayaq məntəqələrini açıq telefon rabitəsi və məlumatların ötürülməsi üçün nəzərdə tutur. "TİP-2" isə tabor səviyyəsində bir telekommunikasiya paketidir, batalyon səviyyəsində olmaqla yanaşı, konteyner versiyasında təqdim olunur.

2017-ci ilin oktyabrında şirkət onlarla "TİP-2" dəstləri ilə Ukrayna Silahlı Qüvvələrin təchiz etmək üçün tenderi qazandı.

Müdafiə təyinatlı məhsulların Türkiyədə ən böyük istehsalçılarından biri olan "ASELSAN" ilə "Everest Limited" şirkətinin yaxın əməkdaşlığı USQ-ni NATO standartlarına uyğun rəqəmsal taktiki SDR radiostansiyalar ilə təmin etməyə şərait yaradacağını da qeyd etmək yerinə düşərdi. 2017- ci ilin mayında keçirilən müqayisəli sınaqlar zamanı ASELSAN 9691 həm daha uzaq məsafələrdə dayanıqlı rabitə, həm də REM vasitələrinin güclü təsiri altında çalışmaq bacarığı nümayiş etdirdi.

ASELSAN PRC / VRC 9661 V / UHF taktiki radiostansiyalar xətti

Bu radiostansiyalar müxtəlif rejimlərdə 30- 512 MHz tezlik diapazonunda obyektlər arasında 50 km- lik məsafədə düşmən REM vasitələrinin təsirini neytrallaşdıran FHSS rejimi sayəsində zəmanətlə informasiya və məlumatların kodlaşdıraraq etibarlı şəkildə ötürülməsini təmin edir.

Daha öncə imzalanan müqavilələr çərçivəsində ASELSAN VHF dalğada çalışan taktiki radiostansiyalar ilə Ukraynanın bir briqadasını təmin edib. 2017- ci ilin oktyabrın 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri zamanı ASELSAN və "Spestexnoeksport" dövlət şirkəti tərəfindən müqavilə imzalanıb. Müqaviləyə görə, 2018-ci ildə 43.6 milyon dollar məbləğində radiostansiyaların sifarişçiyə çatdırılması planlaşdırılır. Bu müqavilə sayəsində müdafiə sahəsindəki Ukrayna-Türkiyə əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Ukrayna tərəfi döyüş zonasında rus REM vasitələrinin təsirini azaltmaq üçün T-64BV və T-72AMT modernləşdirilən tanklarını da ASELSAN radiostansiyaları ilə təchiz edəcəyi barədə məlumatlar movcuddur.

2017-ci ilin aprelində ABŞ Müdafiə Nazirliyi "Harris" şirkətinin 21 milyon dollardan artıq məbləğdə 569 dəst radio-rabitə avadanlıqlarını Ukraynanın Sərhəd Xidmətinə verdi. Yüksək keyfiyyətli hərbi radiostansiyalar, ABŞ hökumətinin "Ukrayna Dövlət Sərhəd Xidmətinin potensialının gücləndirilməsi" beynəlxalq texniki yardımı çərçivəsində həyata keçirildi.

Amerika şirkətinin "Harris" şirkətinin hərbi vasitələrinin nümayiş etdirilməsi

ABŞ tərəfindən verilən radiostansiyalar mobil bölmələri, texniki müşahidə məntəqələrini, şəhərdə əməliyyatda iştirak edən sərhəd bölmələrini və mühafizə katerlərini təmin etmək üçün nəzərdə tutulub və aralarında səhra, avtomobil, sabit, portativ və kürəkdə daşınan modellərə rast gəlmək mümkündür. Bu müasir radiostansiyaların köməyi ilə düşmən REM vasitələrinə qarşı dayanmaq və bölmə, hissə və birləşmələr arasında ən etibarlı telefon radio-rabitə əlaqəsi yaratmaq mümkündür.

2017-ci ilin martında "Orizon-Naviqasiya" dövlət müəssisəsi tərəfindən istehsal edilən müasir CH-4003 "Bazalt-LPR" avtomatlaşdırılan kəşfiyyat kompleksinin USQ-də istifadə edildiyi məlum oldu.

Bu cihaz ərazidə optik-elektron kəşfiyyat aparmaq, bölmələrin naviqasiya təminatı, ərazidə orientirlərin təyin edilməsi, atəşin düzənlənməsi, rabitə kanalları vasitəsilə məlumat ötürmək üçün nəzərdə tutulub.

"Generator" zavodu 2017-ci ildə HHQ-ni 20 ədəd çox yüksək tezliyə malik, impulslu UA KİU-5 klistronu ilə təchiz etmək barədə tenderi qazandı. Tender 26 milyon qriven olaraq dəyərləndirildi.

2017-ci ildə Ukraynanın ümumi müdafiə qabiliyyətinın artırılması üçün prioritet olaraq ölkənin HHM vasitələrinin inkişafını secdilər. Dövlətdən lazımi maliyyə dəstəyi alan müdafiə şirkətləri zenit raket sistemlərinin döyüşə hazırlıq səviyyəsinin yüksəldilməsinə nail oldular. Ölkədə olan S-300P ZRK parkının 65%, "Buk-M1" ZRK parkının isə 20%-i orta təmir və yenidənqurma işləri başa çatdırılıb.

2017-ci ildə USQ zenit raket qoşunları ən azı 4 ədəd S-300PS kompleksi, radiotexniki qoşunlar isə 40 ədəd yeni və təkmilləşdirilən RLS alıb. Yeni texnikalar sayəsində Ukrayna HHQ RLS resursları 10 % artıb. Ukraynanın şərqində hərbi əməliyyatlar zonasında düşmən təyyarə və qanadlı raketlərinin kütləvi hücumunu dəf edə biləcək zenit raket qruplaşması yaradılıb. Yeni kompüter idarəetmə sisteminin tətbiqi bölmələrin idarəedilməsinin səmərəliliyini və ümumilikdə hava hücumundan müdafiə sistemlərinin döyüş potensialının artmasına əhəmiyyətli təsir göstərib.

Seperatçıların hibrid hərbi təcavüzü şəraitində, münaqişənin tammiqyaslı bir mərhələyə keçməsi ehtimalının azaldılması və seperatçılar üçün potensial qəbuledilməz itkilər səviyyəsinin ehtimalının artırılması üçün Ukrayna hava hücumundan müdafiə sisteminin döyüş qabiliyyətini davamlı olaraq inkişaf etdirmək strateji əhəmiyyət kəsb edir.

Yazıda informnapalm.org saytının materiallarına geniş yer verilib
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Ukrayna   HHM   Radiolokasiya   Radiorabitə  

Ukraynanın qılınc və qalxanı: 2017-ci ildə müdafiə sənaye kompleksinin əsas nailiyyətləri – Hərbi ekspert (ARAŞDIRMA)

2018/02/1_1519285496.jpg
Oxunub: 6610     15:55     22 Fevral 2018    