ABŞ-lı siyasətçi: “KXDR Cənubi Koreyaya qarşı nüvə silahı hazırlayır”

2018/02/798_1519285414.jpg
Oxunub: 2068     15:47     22 Fevral 2018    
“KXDR Cənubi Koreyanı ələ keçirmək üçün nüvə silahı hazırlayır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Con Bolton bəyan edib.

“Şimali Koreya nüvə proqramını yalnız müdafiə məqsədilə hazırlamır. Onlar Koreya yarımadasını öz nəzarətləri altında birləşdirmək istəyirlər”, - deyə Bolton bildirib.

O qeyd edib ki, əgər KXDR yeni hazırladığı nüvə silahını çatdırmaq üçün vasitə tapsa, Cənubi Koreyanın təhlükəsizliyi sona çatacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Cənubi-Koreya   Nüvə-silahı  


Bizi "telegram"da izləyin