Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşün vaxtı Nyu-York saatı ilə 12:00-a (Bakı vaxtı ilə 19:00) təyin edilib.
Görüş Rusiya tərəfinin təşəbbüsü üzrə keçirilir. Dünən Rusiya BMT Təhlükəsizlik Şurasının Şərqi Qutada humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq növbədənkənar iclas keçirməyi təklif edib.
Qeyd edək ki, hazırda terrorçular tərəfindən nəzarətdə olan Şərqi Quta deeskalyasiya zonasıdır.
Ağalar Qəribov
Ordu.az