ADR hökumətinin fəaliyyətində hərbi dənizçilik aspektləri

2018/02/Military_craft__Erdogan__of_Russian_Empire4576567_1519201447.jpg
Oxunub: 5066     16:24     21 Fevral 2018    
Azərbaycan Respublikasının Prezidendi İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib. Bu sərəncam dövlətçilik tariximizdə əhəmiyyətli yeri olan Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar imzalanıb və bu tarix cəmiyyətin bütün sahələrində yüksək səviyyədə qeyd olunacaq. 2018-ci il həm də mühüm dövlətçilik atributlarından olan ordunun yaradılmasının 100 illiyidir. Bu baxımdan tarix elmləri doktoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan Nurulla Əliyevin hər iki yubileyi əhatələyən təhlili məqaləsi diqqəti çəkir. Müəllif dövrün ictimai-siyasi mənzərəsini fakt və hadisələr fonunda təhlil edib, hərbi dənizçiliyin yaranması, formalaşması və fəaliyyəti ilə bağlı elmi-publisistik məqalə hazırlayıb. İstər dövlətçilik, istərsə də hərb tariximizin öyrənilməsi baxımından dəyərli olan məqalənin dərc edilməsini zəruri bilirik.

"Azərbaycan Ordusu"

Azərbaycan Xalq Cümhuriyyəti dövründə zəngin təbii sərvətlərə malik Xəzər regionu böyük dövlətlərin geostrateji rəqabət obyektinə çevrilmişdi. XX əsrin əvvəllərində dünya neftinin yarıdan çoxunu istehsal edən Bakı neft rayonuna nəzarət etmə nəticəsində Rusiyanın Birinci Dünya müharibəsi ərəfəsində öz hərbi dəniz donanmasını daha səmərəli neft yanacağı ilə təchiz etməsi də mühüm hərbi strateji amil idi. Mühüm hərbi strateji əhəmiyyətə malik olan, Azərbaycanın ərazisindən keçən dəmir və şose yollarının işğal olunması bütövlükdə Qafqazın təsərrüfat-iqtisadi həyatı üçün ciddi təhlükə yarada bilərdi. İngiltərə, Türkiyə, Almaniya və Sovet Rusiyası bu işdə daha çox fəallıq göstərirdilər. 1918-ci il mayın 28-də Tiflisdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Fətəli Xan Xoyskinin başçılıq etdiyi milli hökumət əsas diqqəti ölkənin bütün ərazisində, xüsusilə paytaxt Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinə yönəltdi.

Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yaxın ölkələrlə, o cümlədən Xəzəryanı dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmaq üçün sülh təşəbbüsləri ilə çıxış edirdi. Lakin mövcudluğunun bütün dövrlərində onun müstəqilliyinə və ərazi bütövlüyünə real təhlükə parlamenti və hökuməti nizami ordunun, o cümlədən Hərbi Dəniz Qüvvələrinin yaradılmasına xüsusi diqqət yetirməyə məcbur etdi.

Cümhuriyyətin Hərbi Dəniz Qüvvələri ingilislər Azərbaycanı tərk edəndən sonra - 1919-cu ilin avqustunda Azərbaycana qarşı təhlükənin artdığı şəraitdə formalaşdırılmağa başlamışdı. Həmin vaxta qədər Azərbaycanın Xəzər dənizinin qərb sahilinin müdafiəsini İngiltərənin hərbi gəmiləri təmin edirdi. Hətta Hərbi Nazirlikdə hərbi donanma ilə məşğul olan xüsusi bölmə və ya idarə yox idi. Xəzər hərbi donanmasına gəldikdə isə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra onun əsas gəmiləri - "Qars", "Ərdəhan" və "Astrabad" Sentrokaspi diktaturası tərəfindən Port-Petrovsk limanına qaçırılmışdı. Həmin gəmilər yalnız 1918-ci ilin noyabrında ingilislər Bakıya gəldikdən sonra geri qaytarıldı.

Xəzər regionunda gərgin geosiyasi rəqabət 1919-cu ilin əvvəllərində İngiltərənin mövqeyinin möhkəmlənməsi ilə nəticələndi. Şübhəsiz, bu amil Azərbaycan Xalq Cümhuriyyətinə müvəqqəti də olsa ağqvardiyaçılardan və bolşeviklərdən qorunmaq imkanı yaratdı və donanmamızın inkişafına müsbət təsirini göstərdi.

1919-cu il avqustun sonlarında ingilislərin Cənubi Qafqazda və Xəzər dənizində fəaliyyətləri başa çatdı. Ordusunu bu bölgədən, eləcə də Azərbaycandan çıxaran Britaniya hərbi dəniz qüvvələrini denikinçilərə verdi. 1919-cu ilin iyulunda əldə olunmuş razılığa əsasən, sentyabrın əvvəllərində ingilislər birinci dərəcəli kapitan A.Sergeyevin komandanlıq etdiyi denikinçi Xəzər hərbi donanmasına 11 yardımçı kreyser, 12 "Uaythed" minalı sürətli kater, 54 top, 23 minə yaxın mərmi və digər hərbi sursat vermişdi.

İngilislərin bu addımı Azərbaycan hökumətinin narahatlığına səbəb oldu. Çünki hökumət yaxşı bilirdi ki, Denikinin planı "vahid və bölünməz Rusiya"nı bərpa etməkdən ibarət idi. Britaniyanın Bakıdakı qüvvələrinin komandanının adına yazılmış 1 avqust 1919-cu il tarixli məktub Baş nazir Nəsib bəy Usubbəyov və xarici işlər naziri Məmməd Yusif Cəfərov tərəfindən imzalanmışdı. Məktubda qeyd olunmuşdu ki, "Rossiya" qəzetinin 30 iyul tarixli nömrəsində dərc olunan məlumata görə, Britaniya komandanlığı tərəfindən Xəzər donanması "Könüllü ordu"ya verilib. Bununla əlaqədar "dövlətin ərazi bütövlüyü və toxunulmazlığının keşiyində duran, həmçinin ölkədə asayiş və qayda-qanunun saxlanmasında maraqlı olan hökumət xalq arasında lazımi hörmət və etimad qazanmış ingilis komandanlığının indiyədək tabeliyində olan Xəzər hərbi donanması hesabına Xəzər dənizində bu qədər çətinliklə əldə edilmiş vacib təhlükəsizlik təminatından ölkəni indi məhrum edən qüvvələrin belə güclənməsinə yol verə bilməz". Məktubda xüsusi qeyd olunmuşdu ki, Xəzər hərbi donanmasının bir hissəsinin "Könüllü ordu"ya verilməsi "Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə birbaşa təhlükə yaradır ki, bu da təbii olaraq, əhalini həyəcanlandırmaya bilməz. Gəmilərin təhvil verilməsi aktı təbii şəkildə əhalinin həyati maraqlarına toxunmaqdan başqa bir şey deyil, bu, Azərbaycana düşmən mövqedə duranları gücləndirmək deməkdir".

Bu məktubun yekununda Britaniya komandanlığından xahiş olunurdu ki, Xəzər hərbi donanması hissələrinin Denikinə verilməsi qərarını ləğv etsin. Britaniya ordusunun Bakıdakı komandanlığı bu məktubu İngiltərə Silahlı Qüvvələrinin ali komandanlığına göndərmişdi.

Xarici işlər naziri M.Y.Cəfərov Bakıdakı müttəfiq orduların komandanına göndərdiyi 8 avqust 1919-cu il tarixli başqa bir məktubunda qeyd edir ki, hökumət bolşeviklərlə mübarizə aparanlara hərtərəfli köməyin vacibliyini düşünərək, ingilislərdən alınan gəmilərdən "sahili müdafiə etmək, bolşeviklərlə mübarizə aparmaq üçün istifadə olunacağını nəzərdə tutmuşdur". Məktubda qeyd olunub: "Hökumət Həştərxan rayonunda, Xəzərin o tayında və digər yaxın yerlərdə bolşeviklərin ləğv edilməsindən, Azərbaycanın paytaxtına və sahillərinə bilavasitə təhlükəni sovuşdurduqdan sonra müttəfiqlərin komandanlığı Xəzər hərbi donanmasını silahsızlaşdırmaq haqqında qərar qəbul edərsə, onda öz gəmilərində silahsızlaşdırmaya razılıq verəcək". Məktubda, həmçinin Azərbaycan hökuməti ingilislərin Xəzər hərbi donanmasının əksər hissəsini Denikin ordusuna verməsindən narazılığını bildirib. Çünki "Britaniya hökumətinin belə bir qərar qəbul etməsi dövlətin paytaxtını və sahillərini xaricdən və bolşeviklər tərəfindən mümkün təhlükəyə qarşı müdafiəsiz qoyur ki, bu da əhalidə böyük narahatlıq yaradır".

Azərbaycan hökuməti avqustun 4-də belə bir vəsatət qaldırdı ki, dövlət sərhədlərini dənizdən müdafiə etmək üçün "Könüllü orduya" verilən qədər bu və ya digər şərtlərlə sahilin mühafizəsi üçün gəmi versinlər. Rusiyanın cənubundakı və Cənubi Qafqazdakı Baş Müttəfiq Komandanlığın nəzdindəki Silahlı Qüvvələrin Baş Komandanının ali nümayəndəsinə göndərilən 2 sentyabr 1919-cu il tarixli başqa bir məktubda xarici işlər naziri M.Y.Cəfərov məlumat verirdi ki, İngiltərə komandanlığı tərəfindən silahsızlaşdırılmış keçmiş Xəzər hərbi donanmasının "Kars" və "Ərdəhan" gəmiləri tamamilə Azərbaycan Respublikası hökumətinin sərəncamındadır və hökumət heç bir tərəfin iddiasını qəbul etmir".

İngilislərin Xəzər hərbi donanmasının döyüş gəmilərini denikinçilərə təhvil vermələri ilə bağlı yazışmalar 1919-cu ilin payızında da davam etdirilmişdi. Belə ki, müttəfiqlərin Qafqazdakı ali komissarı polkovnik Qaskelə, Britaniya hökumətinin Cənubi Qafqazdakı ali komissarı Uordropa və bu bölgədə İtaliya hərbi missiyasının rəisi polkovnik Qabbaya ünvanlanan 26 oktyabr 1919-cu il tarixli məktubunda xarici işlər naziri M.Y.Cəfərov bir daha xatırladır ki, Xəzər hərbi donanmasının "Könüllü ordu"ya verilməsi "Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün toxunulmazlığı üçün real təhlükə" yaradıb. İngilislər Azərbaycan tərəfindən hələ avqustda bildirilən narahatlığa cavab olaraq, hər vəchlə inandırmağa çalışırdılar ki, "Donanma Azərbaycan əleyhinə heç bir hərəkət etməyəcək". Lakin Azərbaycan hökuməti əsaslı olaraq, denikinçilərin yaratdığı real təhlükəni nəzərdə tuturdu. Məktubda qeyd olunmuşdu: "O ki qaldı, Azərbaycanın dənizdən müdafiə olunmasına, ilk növbədə, "Könüllü ordu"ya verilən gəmilərin zərərsizləşdirilməsi vacib şərtdir. Ona görə ki, Xəzər dənizində bu gəmilərin mövcudluğu faktı Azərbaycana dənizdən böyük təhlükə törədir".

Həm də belə bir vacib amil nəzərə alınırdı ki, Denikin donanması "asanlıqla bolşeviklərin tərəfinə keçə bilər və beləliklə də Xəzər dənizində onlara tam hökmranlıq verər". Bununla əlaqədar denikinçi Xəzər hərbi donanmasının "Orlyonok" gəmisindəki bolşevik üsyanı misal göstərilir. Məktubda təklif olunurdu ki, Xəzər hərbi donanmasının gəmiləri ya Azərbaycan hökumətinin sərəncamına keçməklə ağqvardiyaçılara verilsin, ya da ki, müttəfiq ölkələrin sərəncamına verilməklə həmin gəmilər neytrallaşdırılsın. Hətta "Könüllü ordu"nun Aşurada adasındakı Astrabad hərbi-dəniz bazasının İrana və ya Britaniya dəniz komandanlığına verilməsi də təklif olunurdu, "belə ki, bu baza Xəzər dənizində hökmranlıq etməyi əhəmiyyətli dərəcədə təmin edirdi".

Lakin Azərbaycan hökumətinin hər cür xahiş və xəbərdarlıqlarına baxmayaraq, İngiltərənin Xəzər dənizindəki donanmasının gəmilərinin çoxu denikinçilərə verildi. Bu da öz növbəsində Azərbaycan Xalq Cümhuriyyəti üçün təhlükə yaradırdı. Bunu ingilislər özləri də etiraf edirdilər. 1919-cu ilin sentyabrında tərtib olunmuş ingilis sənədlərinin birində qeyd olunurdu ki, "Xəzər donanmasının Denikinə verilməsi Azərbaycanın paytaxtını birbaşa təhlükə altında qoydu".

Xəzərdəki gələcək hərbi-siyasi hadisələrin inkişaf ssenarisinə toxunan sənədin müəllifi qeyd edirdi ki, "şübhəsiz, gələcəkdə bolşeviklər əleyhinə əməliyyatlar qurtardıqda, Xəzər dənizində hərbi donanmanın mövcudluğu onun sahillərində siyasi tarazlığın pozulmasına gətirib çıxara bilər. Azərbaycan hökuməti ümid edir ki, dəniz o vaxt neytrallaşacaq ki, dənizdə yalnız əvvəlki kimi ticarət donanması fəaliyyət göstərsin". Sənəddə, həmçinin bildirilirdi ki, neytrallaşma Şərqdə daha da möhkəmlənmiş İngiltərənin də maraqlarına cavab verəcək. Belə ki, Xəzər dənizi gələcəkdə də Qərblə Şərq arasında böyük su yolu olacaq. Bu yola beynəlxalq təminat, həm də onun toxunulmazlığında maraqlı olan ölkələr üçün siyasi zərurətə çevriləcək.

Bu sənədin məzmunundan göründüyü kimi, İngiltərə istəyirdi ki, Rusiya Xəzər dənizində özünün ənənəvi ağalığını itirsin. Azərbaycan ilə denikinçilər arasında olan qarşılıqlı münasibətlərə gəldikdə isə Britaniya komandanlığı vəziyyətdən çıxış yolu tapmışdı: öz ordularını hələ Cənubi Qafqazdan çıxarmaq ərəfəsində ağqvardiyaçıların tutduqları ərazilərlə Azərbaycan və Gürcüstan arasında 5 millik demarkasiya xətti müəyyən etmişdi. Həm də İngiltərənin Cənubi Qafqazdakı ordusunun komandanı, general-mayor Q.N.Kornun Baş nazir N.Usubbəyova göndərdiyi 11 iyun 1919-cu il tarixli məktubunda qeyd olunduğu kimi, Denikinə "göstərilmişdi ki, öz ordusunun bu xətdən cənuba keçməsinə yol verməsin".

Bununla belə, 1919-cu il sentyabrın 1-də parlamentin iclasında hökumət tərəfindən respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə bağlı görülən tədbirlərlə əlaqədar sosialist fraksiyasının sorğusuna cavab olaraq, N.Usubbəyov qeyd edir: "Bizim üçün ən böyük təhlükə və xoşagəlməz hal Xəzər hərbi donanmasının bir hissəsinin Denikin ordusuna verilməsi ilə bağlıdır. Donanmanın yerdə qalan hissəsini də Denikinə verə bilərlərmi? Biz yalnız etirazdan başqa nə edə bilərik?". Baş nazir parlamentə məlumat verdi ki, onun etirazına cavab olaraq, general Korn Azərbaycan tərəfini sakitləşdirməyə cəhd edib. O qeyd edib ki, "Biz, Denikinə yalnız 2-3 gəmicik yox, külli miqdarda digər əşya, tanklara qədər vermişik və əgər o, bunları Azərbaycan əleyhinə yönəltsə, onda Xəzər hərbi donanmasının gəmiləri dənizin bir damlası kimi görünər. Ancaq şərt qoyulub ki, bütün bunların qarşılığında Zaqafqaziya respublikalarının toxunulmazlığı qorunacaq".

Teqlər: ADR   Hərbi-dənizçilik  

ADR hökumətinin fəaliyyətində hərbi dənizçilik aspektləri

2018/02/Military_craft__Erdogan__of_Russian_Empire4576567_1519201447.jpg
Oxunub: 5067     16:24     21 Fevral 2018    