Ön xətt bölmələrində mədəni-kütləvi tədbirlər keçirilib

2018/02/752_1519114038.jpg
Oxunub: 1237     12:01     20 Fevral 2018    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli keçirilməsi məqsədilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi tərəfindən ön xətt bölmələrində mədəni-kütləvi tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Düşmənlə təmas xəttində yerləşən bölmələrdə keçirilən görüşlərdə müxtəlif mövzularda söhbətlər aparılaraq şəxsi heyət üçün musiqili proqramlar təqdim olunub və vətənpərvərlik filmləri nümayiş etdirilib.

Tədbirlər zamanı ASAN Xidmətin təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi çərçivəsində orta məktəb şagirdlərinin hərbi qulluqçulara yazdıqları məktublar oxunub və hərbçilər tərəfindən cavablandırılıb.

Ordu.az

Foto

Teqlər: Zakir-Həsənov   Müdafiə-Nazirliyi   ASAN-Xidmət  

Xəbər lenti

Ön xətt bölmələrində mədəni-kütləvi tədbirlər keçirilib

2018/02/752_1519114038.jpg
Oxunub: 1238     12:01     20 Fevral 2018    