Əlillərin təqaüdünün artırılması 30 min insanı əhatə edəcək

2018/02/1488371814_5456456_1519113385.jpg
Oxunub: 4131     15:55     20 Fevral 2018    
Prezident İlham Əliyevin şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin təqaüdünün artırılması ilə bağlı sərəncamları 30 min insanın sosial müdafiəsinin yaxşılaşdırılmasına yönələcək.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Prezidentin bu sərəncamları çox mühüm bir addımdır: “Sərəncamlarda həmin şəxslərə verilən təqaüdlərin aylıq məbləğinin 2018-ci il martın 1-dən 10 faiz artırılması qeyd edilib”.

Komitə sədri qeyd edib ki, şəhid ailələri, müharibə və 20 yanvar əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqətindədir.

Əlillərin təqaüdünün artırılması 30 min insanı əhatə edəcək

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin