“Lockheed” “Orion” kosmik kapsulun hazırlanmasına başlayıb

2018/02/IMG-20180219-WA0019_1519065883.jpg
Oxunub: 3     02:42     20 Fevral 2018    
“Lockheed Martin” NASA-nın ikinci “Orion” kosmos kapsulunun konstruksiyasını hazırlamağa başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu kapsul Ay ətrafındakı orbitə astronavtların göndərilməsində istifadə ediləcək.

“Tədqiqat Missiyası-2” və ya EM-2 kimi adlandırılan missiyanın 2022-ci ildə həyata keçirilməsi nəzərdə tutulub.

“Lockheed Martin”in EM-2 üzrə istehsal direktoru Pol Anderson hazırlanan kapsulun 1972-ci il dekabrın 17-də uçan “Apollo”dan sonra bu vaxta qədər Aya astronavt daşıyacaq ilk kosmik daşıyıcı olacağını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   Orion  


Bizi "telegram"da izləyin