MGCS layihəsi: Fransa və Almaniya üçün yeni tanklar – ANALİZ

2018/02/4568907_1519032897.jpg
Oxunub: 3322     13:34     19 Fevral 2018    
Mövcud avadanlıqlar üzərində bir sıra xarakterik xüsusiyyətlərə və ciddi üstünlüklərə malik olan Rusiyanın yeni T-14 "Armata" tankının ortaya çıxması bir çox Avropa ölkələrinin hərbi qurumlarını narahat etməyə bilməzdi. Avropa ölkələrinin zirehli tank qoşunları sahəsində geridə qalmamaq üçün yeni bir döyüş vasitəsinin yaradılmasına təşəbbüs göstərəcəyi gözlənilən idi. Rusiyanın T-14 tankına Avropanın reaksiyası, MGCS işarəsi daşıyan perspektivli tank modelinin yaranmasına səbəb oldu.

2015-ci ilin mayın 9-da Rusiya ilk dəfə rəsmi olaraq yeni T-14 tanklarını nümayiş etdirdi. O dövrdə bu texnika sınaq mərhələsində idi və Rusiya silahlı qüvvələrində istifadəyə hələ hazır deyildi. Buna baxmayaraq, yeni rus tank layihəsi narahatlığa səbəb oldu. Bu tankın gələcək inkişafı və seriya istehsalına başlanması üçüncü ölkələrin quru qüvvələri üzərində Rusiya ordusuna həlledici üstünlüklər verə bilərdi. Digər dövlətlər bir daha Rusiyanın Avropanı təhdid etdiyindən danışarkən, Fransa və Almaniya öz iddialı və ardıcıl proqramı ilə "Armata" ya cavab verməyi qərara aldı.

Leopard 2A7 + - Alman tankının son modernləşdirilməsi

2015-ci ilin yayında Almaniya və Fransanın aparıcı müdafiə müəssisələri güclərini birləşdirərərək iki ölkənin zirehli qüvvələrini yeniləmək niyyətində olduqlarını açıqladılar. Əvvəlcə mövcud tankların modernləşdirilməsi, sonra isə indi və yaxın gələcəyin tələblərinə tam cavab verən perspektiv döyüş tankını hazırlamaq təklif edildi.

İstənilən təşkilati və texnoloji üstünlüklərə nail olmaq üçün layihə iştirakçıları bir araya gələrək çalışmaqla bərabər, həm də şirkətlər səviyyəsində birləşməyə qərar verdilər. Alman şirkəti "Kraus-Maffei Wegmann" və Fransız "Nexter Defense Systems" bir holdinq şirkətində birləşdi. Birləşdirilən təşkilat "KNDS – KMW and Nexter Defense Systems" adlandırıldı. İki şirkətin birləşməsi sadə və anlaşılan səbəblərlə baş verdi. Birincisi, aparıcı müdafiə müəssisələrinin birgə işi zirehli döyüş maşınları sahəsində mövcud təcrübənin istifadəsini təmin edəcək, ikincisi isə məsrəflərin paylanmasına səbəb olacaqdı.

Bir sıra səbəblər üzündən Fransa müstəqil tələb olunan müasir hərbi texnika modelini yarada bilməz. Nəhayət, KNDS holdinqi bəzi mövcud məhdudiyyətləri ötüb keçə bilər. Alman sənayesi, siyasi səbəblərdən, bəzi ölkələrlə hərbi texnologiyanın təmin edilməsi üçün müqavilə imzalamaya bilər. Fransanın layihədə iştirakı belə problemlərdən xilas olmaqda yardımçı olacaq.

Yeni tank parkının təkmilləşdirilməsi proqramı MGCS – "Mobile Ground Combat System", yəni "Mobil Quru Mübarizə Sistemi" adlanır. Gələcəkdə, proqram əsasında yaradılan perspektiv tank yəqin ki, fərqli bir ad və marka alacaq. Elan edilən planlara görə, layihənin bir hissəsi bu on illiyin sonuna qədər həyata keçirilməlidir. Bundan əlavə, təcrübə- konstruktor işlərinin bir hissəsi iyirminci illərə təsadüf edəcək. MGCS tanklarının kütləvi istehsalının başlaması yalnız 2030-cu ildə baş tutacaq. Bu baxımdan layihə bəzən "MGCS-2030" olaraq adlandırılır.

MGCS layihəsi çərçivəsində məqsəd yalnız tamamilə yeni bir tank yaratmaq deyil, həmçinin mövcud olanları modernləşdirməkdir. Belə ki, MGCS proqramının iki mərhələsi mövcud tankların xarakteristikalarını yüksəltmək üçün nəzərdə tutulub. Müxtəlif mənbələrə görə, yaxın gələcəkdə KNDS şirkəti mövcud "Leopard-2" tanklarının elektronika və silahlanmasını yeniləməyi planlaşdırıb. Yalnız bundan sonra yeni tank modelinin tamhəcmli layihəsinin hazırlanmasına başlanacaq.

Belə planların mövcudluğuna baxmayaraq, 2016-cı ildən başlayaraq MGCS layihəsi üzərində işləyənlər bildirirlər ki, ilk bir neçə il ərzində əsas məqsəd yeni tankın görüntüsünü formalaşdırmaqdan və texniki tələbləri müəyyən etməkdən ibarətdir. 2018-ci ildən layihə sənədlərinin və bəzi detalların işlənməsinə başlanılması nəzərdə tutulub. Layihənin başa çatması növbəti onilliyə təsadüf edəcək.

MGCS layihəsi hazırkı erkən mərhələlərdə işin başa çatmasının son tarixinə təsir edə biləcək problemlə üzləşmədiyi təqdirdə KNDS şirkətinin mütəxəssisləri ən azından tankın gələcək forması barədə ümumi bir ideyaya sahib olmalıdır. Qeyd edək ki, bu günə qədər layihənin texniki detalları açıqlanmayıb. Bununla yanaşı, layihənin bəzi iştirakçıları bir neçə dəfə tankın xəyali görüntüsünü yarada biliblər.

Fransanın əsas döyüş tankı (ƏDT) AMX-56 "Leclerc"

Mövcud məlumatlara görə, MGCS layihəsi 60 tondan çox döyüş çəkisi olmayan əsas döyüş tankının yaradılmasını təklif edir. Müxtəlif döyüş sahələrində tankın canlılığını artırmaq üçün gücləndirilən zirehdən və digər mühafizə vasitələrindən istifadə edilməsi mümkündür. Bundan əlavə, yeni tank növü artan atəş gücüylə mövcud maşınlardan fərqlənməlidir. Bu tapşırıq daha geniş kalibrli bir topun və daha qabaqcıl atəşi idarəetmə və nəzarət sistemlərinin tətbiqi hesabına ilə həll edilə bilər.

Bundan əlavə, çəki məhdudiyyətləri bizə lazım olan mühərrikin təxmini xüsusiyyətlərini təsəvvür etməyə imkan verir. Yetərli hərəkətlilik əldə etmək üçün, fransız-alman tankı ortalama 1200-1500 at gücündə mühərrikə sahib olacaq. Eyni zamanda maşının xüsusi gücü hər ton çəkiyə görə 25 at gücünə çatacaq. Bu güstərici istənilən xüsusiyyətləri olan bir tank üçün optimal hesab oluna bilər. Göründüyü kimi, tankda dizel güc qurğusundan istifadə ediləcək. Bu tip mühərriklər Almaniyanın "Leopard-2" və Fransanın AMX-56 "Leklerk" tanklarında istifadə olunur.

Tankın "uzunömürlülüyünü" təmin etmək üçün müxtəlif üsullar və onların müxtəlif kombinasiyaları nəzərə alınır. Çox güman ki, MGCS layihəsi Almaniyada və Fransada müasir tanklarda istifadə olunan qorunma vasitələrindən daha güclü bir mühafizəyə sahib olacaq. Korpusun və qüllənin zirehlənməsi əlavə olaraq dinamik və ya aktiv mühafizə ilə təmin edilə bilər. Bu sistemlərin tanklarda istifadəsi əlavə layihələrin tətbiq edilməsini zəruri edir.

2016-cı ildə, MGCS proqramına silahlanmanı inkişaf etdirmək məqsədilə qoşulan "Rheinmetall AG" kompaniyası yüksək xüsusiyyətlərə malik olan düz silindrli bir top layihə təqdim edib. Mərmərin enerjisini əhəmiyyətli dərəcədə artırmaq üçün 130 mm çapdan istifadə etmək qərara alındı. Əvvəlcə silahın kalibrini 140 mm-ə qədər artırılması düşünülürdü. Lakin hesablamalara görə, belə bir sistem bu tank üçün olduqca böyük və ağır idi. 10 mm kalibr artımı lülə ağız enerjisində demək olar ki, 50 faizlik artım təmin edir və bu da döyüş effektivliyi üçün müvafiq nəticələrə səbəb olur.

Gələcək MGCS layihəsinin mümkün görünüşü

Fransız tankı "Leklerk"in silahı avtomatik doldurma mexanizmi ilə təchiz olunub və Almaniyanın "Leopard-2" tanklarında isə topun sursatla təminatı üçün əlavə ekipaj üzvü nəzərdə tutulub. MGCS layihəsi haqqında məlumatlardan, Fransanın AMX-56 "Leklerk" tankının xüsusiyyətlərini perspektivli tankın görünüşünə əlavə etməyin təklif olunduğu məlum olur. Konstruktorlar dördüncü ekipaj üzvündən imtina edərək onu avtomatik doldurma mexanizmi ilə əvəz etməyi planlaşdırırlar. Mərmilərin kütləsinin artmasına səbəb olan kalibrin böyüməsini nəzərə alaraq, belə bir qərar məntiqli və düzgün görünür.

Qeyd edək ki, avtomatik doldurucunun tətbiqi haqqında məlumat KNDS holdinqin tam insansız qüllə yaratmaq məqsədinə açıq bir işarə hesab oluna bilər. Bu cür avadanlıq Rusiyanın perspektivli tanklarında artıq istifadə olunur və onlara müəyyən müsbət xüsusiyyətlər verir. Alman və fransız mühəndislərinin belə bir perspektivli plana maraq göstərə biləcəkləri mümkündür.

MGCS tankı artan kalibrli yeni topun bütün üstünlüklərini həyata keçirə bilən müasir idarəetmə sisteminə ehtiyac duyacaq. Onun tərkibində, əlbəttə ki, komandirin panorama tipli nişangahları ilə bərabər, tuşlayıcının gündüz və gecə kanallarına sahib cihazları da yer alacaq. Yəqin ki, idarəetmə kompüteri digər mənbələrdən hədəflər haqqında məlumatlar ala biləcək və digər tanklara hədəf göstərə biləcək.

Gələcək MGCS tankının əlavə silahlanması barədə hələ də məlumat yoxdur. Mövcud layihələrin təcrübəsinə əsasən döyüş tankının məsafədən idarə olunan iri çaplı pulemyot və TƏİRK-dən ibarət modul ilə təchiz olunacağı gözləniləndir. Müasir tüstü yaradan mərmidən və ya qurğudan istifadə ediləcəyi də istisna olunmur.

Bu günə qədər "Mobile Ground Combat System" layihəsi ümumi konsepsiyanın formalaşması konsepsiyasından kənara çıxa bilməyib.

Eyni zamanda, gələcəkdə hazır aqreqatların istehsalına dair yanaşmalar barədə bəzi məlumatlar mövcuddur. Beləliklə, ötən ilin martında Fransa Müdafiə Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi Loran Kolle-Biyon bildirib ki, yaxın illərdə Fransa- Almaniya birgə tankı silahlanmaya qəbul ediləcək. Onun şassisi Almaniya tərəfindən, qüllə və döyüş bölməsi isə fransızlar tərəfindən hazırlanacaq. Bu planların tankın silahını hazırlayan "Rheinmetall" şirkətinin son işləri ilə necə uzlaşdırıldığı məlum deyil.

MGCS layihəsi üzrə planlar barədə müəyyən məlumatlar əldə etməklə bəzi proqnozlar vermək və ilkin nəticələrə gəlmək mümkündür. Beləliklə, artıq yayımlanan məlumatlardan bəhs edilən yeni Fransa-Almaniya birgə tankının yüksək texniki xüsusiyyətlərə malik kifayət qədər maraqlı bir döyüş vasitəsi olacağı aydın olur. Bu tank özündə lazımi səviyyədə qorunma, yüksək hərəkətlilik və üstün döyüş keyfiyyətlərini birləşdirəcək. Ümumiyyətlə, bu tank nümayiş edildikdən sonra Rusiyanın "Armata" tankı kimi bütün dünyanın diqqət mərkəzində olacaq.

"Rheinmetall"dan 130 mm-lik tank topunun təcrübə modeli

Yeni layihənin hansı problemlərlə üzləşəcəyini də təsəvvür etmək mümkündür. MQCS proqramı artıq bir neçə ölkənin şirkətləri tərəfindən "Avropa" tankının yaradılması üçün ilk cəhd deyil. Əvvəlki əməkdaşlıq layihələri də texniki baxımdan olduqca müvəffəqiyyətli olub, lakin arzuolunan nəticələrə gətirib çıxarmayıb. Bir sıra məsələlərdə fikir ayrılıqları üzündən proqram iştirakçılarının əməkdaşlığı pozulurdu və onlar istənilən zirehli vasitələrini müstəqil olaraq yaratmaq məcburiyyətində qalırdılar.

MGCS tankının bütün problemlərinin aradan qaldırılaraq seriya istehsalına və orduda istismar mərhələsinə qədər gedib çatmasının mümkünlüyü məlum deyil. Böyük Avropa dövlətlərinin silahlı qüvvələrinin inkişafı ilə bağlı hazırkı vəziyyət, həmçinin heç də həmişə düzgün qərar qəbul etməyən böyük bürokratik strukturların mövcudluğu zirehli tank vasitələrinin yolunu daha da çətinləşdirə bilər.

Bürokratiya və inzibati çətinliklər kontekstində yeni layihənin maliyyə xüsusiyyətlərini nəzərə almaq vacibdir. Mövcud tankların təkmilləşdirilməsi ilə bağlı xərclər məqbul ola bilər. Lakin sıfırdan qurulan tamhəcmli yeni zirehli maşın, modernləşdirilən "Leklerk" və ya "Leopard"dan qat-qat baha olacaq. MGCS seriyasının qiyməti on milyonlarla avroya çatacaq. Təbii ki, bu qiymətdə olan texnologiya müxtəlif strukturların diqqətini cəlb edəcək və şiddətli tənqidlərə məruz qalacaq.

Mövcud planlara əsasən, MGCS tanklarının seriya istehsalı və qoşunlara paylanması növbəti onilliyin sonunda nəzərdə tutulur. Bu texnika T-14 tankına Fransa- Almaniya birgə cavabı olaraq qəbul edilir.

Mövcud tankları təkmilləşdirmək və tamamilə yeni bir maşın inkişaf etdirmək üçün perspektivli bir fransız-alman proqramı böyük marağa səbəb olub. Yayılan məlumatlardan göründüyü kimi, MGCS layihəsinin istənilən nəticələrə gətirib çıxarmamasına səbəb olan müxtəlif çətinliklərlə üzləşə biləcəyi istisna edilmir. Bütün mümkün uğursuzluqlara və problemlərə baxmayaraq, bu proqramın izlənilməsi vacibdir. Bu layihə xarici mütəxəssislərin gələcək tankı necə gördüyünü bəlli edəcək və əlavə olaraq, Avropa sənayesinin real potensialını nümayiş etdirəcək.

Analiz Ryabov Kirilin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Fransa-Almaniya   MGCS  

Xəbər lenti

MGCS layihəsi: Fransa və Almaniya üçün yeni tanklar – ANALİZ

2018/02/4568907_1519032897.jpg
Oxunub: 3323     13:34     19 Fevral 2018    