Ermənistan MN-dən daha bir gizli fakt: "Qara leopard"ın döyüşçüsü yaralanıb

2018/02/12_1519022397.png
Oxunub: 19351     14:34     19 Fevral 2018    
Ermənistan ordusunun zabiti leytenant Yervan Xaçatryan 2017-ci ilin 6 mart tarixində işğal altında olan Qarabağın Talış yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərində mina partlayışı nəticəsində yaralanıb. Ayaq barmaqlarını itirən erməni zabit bədənin müxtəlif nahiyəsində qəlpəli yaralar alıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 49 yaşlı erməni zabitə sığorta vəsaiti ödənilməsi əvəzinə hakimiyyət orqanları tərəfindən ona qarşı cinayət işi qaldırıb. Döyüş növbətçiliyi qaydalarını pozma maddəsi ilə qaldırılan cinayət işinə görə onu 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Yaralı leytenant Yervan Xaçatryanın iddiasına görə, cinayət işinin qaldırılmasında məqsəd onun sığorta fondundan vəsait alması imkanından məhrum etməkdir.

Leytenant Xaçatryanın dediklərinə görə, hava şəraitinin sıx dumanlı olması səbəbindən qulluq etdiyi Talış yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqeyində kəşfiyyat diversiya fəaliyyətlərinin təhlükəsi artıb. İki döyüş mövqeyinə cavabdeh olan Xaçatryan mövqelərarası məsafəni yoxlamaq məqsədi ilə silah və sursatını götürərək, bir əsgərlə bərabər ərazinin təhlükəsizliyini yoxlamağa gedib. Yol boyu itin narahatedici hərəkətlərindən sonra təhlükəli ərazini Xaçatryan şəxsən yoxlamaq istəyib. Yoxlamadan geri qayıdarkən ani məqamda minaya düşüb, özünü təhlükəyə atsa da yanındakı əsgəri qorumağa çalışıb. Səs gələn istiqamətə atəş açıb. Mina partlayışından sonra tağımın digər hərbi qulluqçuları köməyə gəlib və yaralıları təhlükəli bölgədən çıxardıb. Yaralanan erməni hərbi qulluqçular tabora çörək gətirən maşınla Ağdərədəki hərbi hospitala təxliyyə edilirlər.

Qeyd edək ki, baş verən hadisə və yaralılar haqqında Ermənistan müdafiə nazirliyi hər hansı rəsmi məlumat verməyib. Uzun müddətli müalicədən sonra erməni zabit ayağındakı protezlə çətinliklə hərəkət edir.

Ona qarşı qaldırılan cinayət işinə bir dəfə xitam verilib. Lakin Xaçatryan cinayət işinin yenidən açılmasını tələb edərək, döyüş növbətçiliyi qaydalarını pozmadığını və günahkar olmadığını sübut etməyə çalışır. Hazırda işin istintaqı yenidən aparılır. İkinci qrup əlil olan Yervan Xaçatryan təqaüddən məhrum edilib. Xaçatryanın hüquqlarını müdafiə edən vəkil Norikyan, hərbi qulluqçuların sığorta fondundan Xaçatryana maddi vəsait ödənilməsi üçün Ermənistan müdafiə nazirliyinə yazılı müraciət göndərəcəyini bildirib. Vəkilin tələbi ilə hadisə baş vermiş ərazinin yenidən incələnməsi həyata keçirilib və iddia olunduğu kimi ərazidə mina təhlükəsi xəbərdarlığı haqqında hər hansı nişan olmayıb. Hüquq mühafizə orqanları yaralı Xaçatryanın öz hüquqları uğrunda mübarizə aparacağını düşünmədiklərinə görə cinayət işinin istintaqına səhlənkar yanaşıblar. Hazırda erməni zabit ikinci dəfə qaldırılan cinayət işinin istintaq gedişatından da narazı olduğunu ifadə edib.

Xatırladaq ki, Xaçatryan 2016-cı ilin aprel döyüşlərində “Qara leopard” adı ilə tanınan taborun tərkibində Qubadlı istiqamətində arxa cəbhə işlərində fəal iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Aprel-döyüşləri   Ermənistan   Yaralı   Talış  

Ermənistan MN-dən daha bir gizli fakt: "Qara leopard"ın döyüşçüsü yaralanıb

2018/02/12_1519022397.png
Oxunub: 19352     14:34     19 Fevral 2018    