"Uçurumun kənarına qədər və geriyə?": Münxen - 2018

2018/02/9_10632059900.jpg
Oxunub: 5109     19:09     17 Fevral 2018    
Münxen Təhlükəsizlik Konfransı 1962-ci ildən Almaniyanın Münxen şəhərində hər il keçirilən illik konfransdır. 1993-cü ilə qədər Hərbi Məsələlər Konfransı adlandırılıb və 1998-ci ildən bu yana Almaniya hökuməti tərəfindən maliyyələşdirilib.

1998-ci ilədək təsisçi və rəhbəri alman naşiri Evald-Henrix fon Kleist-Şmensin olub. II Dünya müharibəsi dövründə, Prussiya zadəganlarının nəslindən olan Vermaxt zabiti şərq cəbhəsində döyüşərək Leninqradın mühasirəsində də iştirak edib. 1944-cü ilin yazında Kleist-Shmentsin, Hitlerə uğursuz sui-qəsd edənlərdən biri olub. Təsadüfən sağ qalan Evald-Henrix fon Kleist-Şmensin müharibədən sonra Almaniyada nəşriyyat işi ilə məşğul olaraq nüfuzlu bir hərbi-siyasi jurnal yaradıb.

1999-cu ildən etibarən, bu vəzifə Almaniyanın kansleri Helmut Kohlinin xarici və müdafiə məsələləri üzrə keçmiş məsləhətçisi Horst Telçik tərəfindən icra edilib. 2009-cu ildən isə Volfqanq İşinqer konferensiyiya rəhbərlik edir. Bir çoxları bu konfransı "Təhlükəsizlik üzrə Davos forumunun protitotipi" adlandırır.

İlk 30 ildə forumun iştirakçıları NATO ölkələrinin hərbi və siyasi liderləri, siyasi alimlər və media nümayəndələri olurdu. Konfransda 1990-cı illdən Rusiyanın, 1995-ci ildən isə Şərqi Avropa ölkələrinin, Çin, Hindistan və Yaponiyanın nümayəndələri də iştirak edirlər.

Fevralın 16-da öz işinə başlayan 54-cü beynəlxalq təhlükəsizlik konfransa dünyanın müxtəlif ölkələrindən 600-ə yaxın siyasətçi və ekspertlər qatılıb.

Münxen Konfransı digər forumlardan nə ilə fərqlənir?

Münxen illik konfransı, təhlükəsizlik məsələlərinin müzakirə edildiyi dünyanın ən böyük qeyri-rəsmi məkanıdır: oxşar forumlardan heç biri yüksək rütbəli iştirakçıların sayına görə bu forumla müqayisə edilə bilməz. Eyni zamanda, burada əsas vacib məsələ rəsmi proqram yox, siyasətçi və ekspertlərin qeyri-rəsmi atmosferdə ünsiyyət saxlamasıdır.

Konfransda 2000 "pərdəarxası" görüşlər keçiriləcək: tədbirin rəsmi hissəsi 30 müzakirə panelində, 120-dən çox natiqin təqdimatlarla çıxış etməsi aysberqin yalnız görünən üst hissəsidir. Qeyri-rəsmi təbiətinə görə konfrans, çox zaman böyük siyasətdə tətbiq oluna biləcək ideyaların generatoru kimi də dəyərləndirilir.

Konfransda hansı mövzular müzakirə ediləcək?

Konfrans ərəfəsində, "Uçurumun kənarına qədər və geriyə?" adlı illik hesabat dərc edildi. Bu sənəddə ötən il dünyanın ciddi silahlı münaqişələrin başladığı nöqtəyə çox yaxın gəldiyi bildirilir. Hesabatı təqdim edən konfransın sədri Volfqanq İşinqer konfransın əsas mövzularından biri olan Suriya və Yaxın Şərqdəki vəziyyəti "həyəcanlı və narahatlıq doğuran" hal kimi təsvir edib.

Hazırda ABŞ və KXDR-in qarşılıqlı nüvə silahından istifadə etmək barədə hədə-qorxuları, Səudiyyə Ərəbistanı və İran arasında artan rəqabət, həmçinin NATO və Rusiya arasında münasibətlərdə gərginliyin artması müzakirə müvzuları olacaq. Konfrans çərçivəsində Ukraynanın şərqindəki münaqişənin həllinə həsr olunan "Normand formatında" görüş keçirilib.

Dərc olunan hesabatda qeyd edilir ki, ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında ABŞ, beynəlxalq təhlükəsizliyin təminatçısı rolundan imtina edir. Deməli, avropalılar öz təhlükəsizlikləri barədə özləri daha fəal şəkildə düşünməlidirlər. Trampın hazırki davranışları Avropanı qorxudur. Ağ Evin rəhbəri müttəfiq siyahısını dəqiqləşdirmir. Bəzən isə şübhəli qurum və rejimlərlə əlqəyə üstünlük verir. Tramp NATO-nun fəaliyyətindən narazı olan ilk Amerika prezidenti kimi tarixə düşdü və ölkəsinin milli maraqların prioritetini belə təyin etdi: "Öncə ABŞ". Avropa hələ də bu sözlərin şokunu yaşamaqdadır.

Konfransda ayrıca kiber təhlükəsizlik, miqrasiya, iqlim dəyişikliyi və regional münaqişələr arasındakı əlaqələr də müzakirə ediləcək.

Konfransda kimlər iştirak edir?

Bu il Münxen konfransında 30-dən çox dövlət və hökumət başçısı, təxminən 40 müdafiə naziri, bir çox xarici işlər nazirləri, senatorlar, diplomatlar, iri şirkət və bank rəhbərləri iştirak edir. Ümumilikdə forumda 600 nəfər iştirak edir.

ABŞ-ı bu il müdafiə naziri Ceyms Mettis, BMT-ni Baş katib Antonio Quterreş, Türkiyəni Baş nazir Binəli Yıldırım, Ukraynanı prezident Petro Poroşenko, Rusiyanı xarici işlər naziri Sergey Lavrov, İngiltərəni Baş nazir Tereza Mey, Almaniyanı müdafiə naziri Ursula von der Leyen, Avropa Birliyini Avropa Komissiyasını sədr Jan-Kloud Yunker və s. təmsil edir.

İştirakçıların təhlükəsizliyinin təmin edilməsi

Ənənəvi olaraq, konfrans Münxenin mərkəzində yerləşən beşulduzlu "Bayerischer Hof" (Bavariya həyəti) mehmanxanasında keçirilir. Şəhərdəki təhlükəsizlik 4.000-dən çox polis əməkdaşları tərəfindən təmin edilir. 2017-ci ilin mayında Hamburqdakı G-20 zirvəsi zamanı 31 000-dən çox polis əməkdaşının cəlb olunduğunu nəzərə alsaq, bu rəqəm çox kiçik görünə bilər.

Münxendəki ABŞ-ın əsas və əhəmiyyətli fiquru, Pentaqon rəhbəri qeneral Ceyms Mettisdir. Növbəti 30 saat ərzində avropalılar generalı ÜDM-in 2 faizini müdafiəyə xərcləməyə hazır olduqlarına inandırmağa çalışacaqlar. Bəlkə Mettis hansısa ümid verici bir qarşılıq verdi.

"Avropa ölkələrindən danışırıqsa, biz ABŞ ilə əlaqələri saxlamaq üçün əlimizdən gələni etməliyik. Mövcud təhlükələrin öhdəsindən nə Avropanın özü, nə də Amerika təklikdə gələ bilməyəcək. Qərb tərəfdaşları əlaqələrini davam etdirməlidir", - deyə Almaniyanın xarici işlər naziri Zigmar Qabriel bildirib.

Hər il Münxendə çıxış edən Ukrayna prezidenti Poroşenko bu dəfə də ingilis dilində Rusiya əleyhinə danışdı. Çıxışı bir neçə dəfə alqışlarla kəsildi. O, Kiyevə dəstək verməyə və Moskvanın sakitləşdirmə siyasətini həyata keçirməməyə çağırdı, müasir dünyada Rusiyanın bir çox problemlərinin kökündə dayandığını təkrarladı. "Şimal axını-2" layihəsinin Rusiyanın siyasi və iqtisadi təsir vasitələri əldə etməsinə səbəb olacağını qeyd edən Poroşenko, bu layihəyə dəstək verən Almaniya hökumətini tənqid etməyi də unutmadı. Keçən dəfə Münxen konfransında Donbasda Ukrayna Silahlı Qüvvələrinə əsir düşən rusiyalıların pasportlarını canlı sübüt kimi təqdim edən Poroşenko, bu dəfə də Avdevkada ukraynalı hərbçilərin qaldırdığı Avropa Birliyinin bayrağını nümayiş etdirdi.

Əli boş heç hara getməyən Poroşenkonun Saakaşvili ilə üz-üzə gəlmə şansı var. Keçmiş Odessa qubernatoru dünən Münxen aeroportunda görünüb. Onun Amerika dövlət katibinin müavini Viktoriya Nulandla (Kiyevdə Saakaşvili ilə bərabər mitinqlərə qatılırdılar) birgə eyni aeroportun çıxışında görünməsinin pərdəarxası məlum deyil.

Ukraynanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü isə "Normand formatı" çərçivəsində baş tutub. İki ölkə arasındakı münaqişə və əsirlərin qaytarılması müzakirə olunub, lakin gözlənildiyi kimi görüş ciddi nəticələrə səbəb olmayıb.

Kanadanın xarici işlər naziri Xrist Friland Ukraynanın təhlükəsizliyinin təmin edilməsini bütün dünya ictimaiyyəti üçün çox vacib olduğunu vurğulayıb. Xanım Friland Ukrayna ərazilərinin itirilməsinə görə çox kəskin çıxış edib: "Ukrayna Budapeşt bəyannaməsinə görə ərazi bütövlüyünə zəmanət verildiyinə görə nüvə silahından imtina etdi. Kimsə Ukraynanın ərazisinə soxulub oranı işğal edirsə, demək bu bəyannamənin heç bir qüvvəsi yoxdur. Biz başqa nüvə silahı mövcud olan və əldə etmək istəyənlərə hansı siqnalı veririk?".

O, Kanada hərbçilərinin Ukrayna Silahlı Qüvvələrində şəxsi heyətin döyüş hazırlığında yaxından iştirakını təsdiqləyib.

Estoniyanın müdafiə naziri Yuri Luyk Gürcüstana və Ukraynaya NATO-ya daxil olmaq məsələsində bir qədər səbrli olmağı məsləhət gördü.

İngiltərənin Baş naziri də Breksitlə bağlı əvvəl söylədiklərini təkrarlayıb, Rusiyanı Avropa üçün təhdid adlandırıb.

Konfransda iştirak edən NATO-nun Baş katibi Yens Soltenberq əsas diqqəti Avropa xarici siyasətinin gələcəyinə, NATO- ABŞ-Aİ münasibətlərinə, kiber təhlükələrə, nüvə təhlükəsizliyinə, Yaxın Şərq münaqişəsinə və terrorizmlə mübarizəyə yönəldib.

NATO-nun keçmiş Baş katibi foq Rassmussen isə Donbasda 20 min sülhməramlı yerləşdirməyi təklif edib.

ABŞ keçmiş vitse prezidenti Co Bayden isə Rusiyanın ünvanına tənqidlərlə dolu çıxış edib.

Rusiyanın xarici işlər nazirinin çıxışı isə bu günə planlaşdırılıb.

Konfrans öncəsi Türkiyə və ABŞ arasında yüksək səviyyəli görüşün keçirilməsi, görüşdə müəyyən nailiyyətlərin əldə olunması NATO çərçivəsində yaranan çatların böyüməsinin qarşısını nisbətən aldı. Lakin həll olunası problemlər hələ kifayət qədərdir.

Konfrans işini bu gün və sabah davam etdirəcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Münxen-2018   Dünya-nizamı  

"Uçurumun kənarına qədər və geriyə?": Münxen - 2018

2018/02/9_10632059900.jpg
Oxunub: 5110     19:09     17 Fevral 2018    