7 hərflik damğa: Tarixdən bu günə ABŞ-Türkiyə münasibətləri – ANALİZ

2018/02/1_1518805489.jpg
Oxunub: 4703     01:29     17 Fevral 2018    
Türkiyə ilə ABŞ arasındakı əlaqələr, hələ Osmanlı dövründə ABŞ-ın qurulmasından (1783-cü il) bir neçə il sonra Aralıq dənizidəki ticarət fəaliyyətləri çərçivəsində başlayıb. Həmin vaxt Əlcəzair dənizçiləri ABŞ-ın Aralıq dənizində icazəsiz səfərdə olan iki gəmisini həbs etdi. Osmanlı ilə ABŞ arasındakı bu ilk problem Osmanlının hələ ABŞ-ı tanımadığı dövrə təsadüf edirdi. Osmanlının tabeliyində olan Əlcəzair əyaləti ilə ABŞ arasında 1795-ci ildə, Trablus əyaləti ilə 1796-cı ildə, Tunis ilə 1797- ci ildə əldə olunan müqaviləyə görə ABŞ hər il Osmanlıya 12 min qızıl və ya ekvivalent məbləğdə silah-sursat ödəməyə razı olub. ABŞ 1795-1815-ci illər arasında müntəzəm olaraq bu vergiləri Osmanlılara ödəyib.

ABŞ, 1799-1828- ci illər arasında Osmanlı ilə bir neçə dəfə dostluq və ticarət razılaşmaları əldə etməyə cəhd göstərsə də uğur əldə edə bilməyib. 1827-ci ildə Osmanlı donanmasının Fransa- İngiltərə- Rusiya müttəfiq donanması tərəfindən yandırılmasından sonra, II Mahmud 1830-cu ildə ABŞ ilə Ticarət Anlaşması imzalayır. O dövrün digər razılaşmaları kimi, bu müqavilə də zəifləyən Osmanlının özünə qarşı çevrilən bir anlaşma olub.

ABŞ, Osmanlı ilə rəsmi əlaqələrini nizamladıqdan dərhal sonra Osmanlı tabeliyində olan digər dinlərdən olan millətlərə münasibətdə pozuculuq fəaliyyətinə başladı. Ortodoks və katolik xristianları protestant kilsəsinə tərəf istiqamətləndirmək bu fəaliyyətin əsasını təşkil edirdi. Erməni kartından istifadə etmək faktlarına da ilk dəfə həmin illərdə rast gəlinir.

Zəifləyən Osmanlı ABŞ-ın İstanbul, Beyrut və İzmir konsulları vasitəsilə protestant məktəblərini açmasına və ermənilərin hakimiyyətə qarşı təxribatlarına da mane ola bilmədi. 19-cu əsrin sonunda ABŞ-la Osmanlı arasındakı illik ticarət həcmi bir milyon dollara çatarkən, Amerikanın "Board" təşkilatı, Osmanlı ölkələrində 400-ə yaxın protestant məktəbi aça bildi. Bu təşkilatın səyləri nəticəsində Osmanlıda protestantların sayı otuz minə yaxınlaşdı və ölkədə yeni bir milli azlıq doğuldu. Osmanlı hakimiyyəti Antakya, Urfa, Mardin və Musula qədər ərazilərdə açılan əlliyə qədər məktəb istisna olmaqla, digər yerlərdə sənədsiz və icazəsiz açılan protestant məktəblərini nəzarətdə saxlamır, bu məktəblərin ABŞ və ermənilərin maraqlarına xidmət etməsini önləyə bilmirdi.

1895-ci ildə ABŞ, Osmanlıların daxili problemlərinə ermənilər vasitəsilə müdaxilə etməyə başladı və Amerika Senatı ermənilərin maraqlarının lehinə qərar verdi. Osmanlı Dövlətinin Səlib zehniyyəti çərçivəsində qiymətləndirdiyi bu qərarla ABŞ, erməniləri himayə etmək və Osmanlını Berlin sazişinin qərarlarına uyğun davranmağa məcbur etmək məqsədi daşıyırdı. Ancaq ermənilərin müvəffəqiyyət ümidlərini itirməsi ilə ABŞ-ın Osmanlıya qarşı bu tələbləri, əhəmiyyətli sayda erməni əhalinin ABŞ-a köçməsi ilə nəticələndi.

Amerika Birləşmiş Ştatlarının 1917-ci ildə Almaniyaya müharibə elan etməsinin ardından, Türkiyə ABŞ ilə diplomatik əlaqələrini dərhal kəsdi. Əlaqələr 10 il sonra bərpa olundu.

1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında Birinci dünya müharibəsinin acı nəticələrini özündə əks etdirən "Lozanna" müqaviləsinin imzalanmasına səbəb oldu. Müqavilə şərtlərinə görə, ABŞ-ın layihələri tam gücü ilə irəliləyirdi: Osmanlı sərhədləri daxilində yaşayan erməni və yəhudilərin statusu müəyyən edildi. Bu milli azlıqlar tam hüquqlu Türkiyə vətəndaşı elan edildi. Amma Lozannada həllini tapmayan nüanslar da oldu. İraqla Türkiyə sərhəddindəki Mosul vilayətinin statusunun qeyri-müəyyən qalması və Kipr məsələsində razılığın əldə edilməməsi sonradan regionda ciddi münaqişələrin formalaşmasına gətirib çıxardı.

ABŞ ilə Türkiyə əlaqələri prezident Harry S. Truman tərəfindən 1947-ci ildə imzalanan "Marşall planı" ilə yeni bir dövrə qədəm qoydu. Bütün dünyada "Soyuq müharibə" dövrünün başlanğıcı hesab olunan bu tarixdən etibarən Türkiyə Silahlı Qüvvələrinin sayı azaldıldı, silah və texnika isə yenilənməyə başladı. Bir il sonra iqtisadi sahədə əməkdaşlığa dair sazişlər, münasibətlərin daha da inkişaf etməsinə səbəb oldu.

Türkiyənin NATO-ya girməsinə səbəb Şimali Koreyanın Cənubi Koreyaya hücum etməsi oldu. Birləşmiş Millətlər Təşkilatının Cənubi Koreyaya yardım istəyinə, Türkiyə 1950-ci ilin iyulun 25-də 4500 nəfərlik silahlı birliyi Koreyaya göndərməklə cavab verdi. Türkiyə ordusunun Koreyadakı müvəffəqiyyətləri Ankaranın NATO-ya qatılmasının ən əhəmiyyətli faktoruna çevrildi. Buna baxmayaraq, 1950-ci ilin avqustun 5-də Türkiyənin Yunanıstanla birgə etdiyi müraciət qəbul edilmədi. Lakin sonradan Türkiyə və Yunanıstan, 1951-ci ilin sentyabrın 15-20-si arası Ottovada keçirilən NATO-nun yeddinci toplantısında yekdilliklə NATO-ya daxil oldular. TBMM rəsmi olaraq Şimali Atlantika Müqaviləsini 1952-ci ilin fevralın 18-də ratifikasiya etdi və Türkiyə NATO-nun üzvü oldu.

1951-ci ildən Türkiyə "Ortaq Müdafiə Proqramı"nın üzvüdür. Genişlənən əlaqələr Türkiyənin ABŞ-ın strateji müttəfiqi səviyyəsinə qədər yüksəlməsinə səbəb oldu. Türkiyənin son 70 ildə ən mühüm strateji müttəfiqi ABŞ olub. Lakin bəzi dönəmlərdə ABŞ müttəfiq kimi davranmadığından münasibətlərin korlanması da istisna olmayıb. Məsələn 1960-cı ilin mayın 27-də Türkiyədə çevriliş baş verdiyi zaman təşkilatçılar NATO və ABŞ-la bağlı olduqlarını təsdiqlədilər.

1964-cü ildə Kiprdə türklərə qarşı yunan Kipri tərəfindən edilən təzyiqlərə cavab olaraq, Ankaranın adaya qoşun yeritmək istəyinə ABŞ-ın qarşı çıxması, hətta Amerikanın belə bir münaqişədə ABŞ silahlarından istifadə edilməyəcəyini bildirməsi Ankaranın haqlı narazılığına və münasibətlərin pozulmasına səbəb oldu. Türkiyə isə cavab olaraq ərazisindəki hərbi baza və infrastrukturdan icazəsiz istifadə etməyi qadağan etdi və türk heyətlərinə həmin bazaları yoxlamaq hüqunu verdi. ABŞ Silahlı Qüvvələrinin Türkiyədə olan 30000 nəfərdən ibarət şəxsi heyət sayı 7000 nəfərə qədər azaldıldı. 1974-cü ildə Kipr sülh hərəkatından sonra ABŞ 1975- 1978-ci illərdə sanksiyalar tətbiq etdi. Əvəzində Türkiyə ərazisindəki ABŞ bazalarına əl qoydu. 1980-ci il çevrilişinin də ABŞ-da məmnuniyyətlə qarşılanması artıq təəcüblü deyildi.

Zaman-zaman erməni qətnamələrinin layihələrini tez-tez Senat və nümayəndələr palatasının üzvləri tərəfindən qabardılması və bəzi qərarların qəbul edilməsi də iki ölkə arasındakı gərginliyi yüksəldən əsas amillərdən hesab olunur. 1980-ci ilə qədər bu məsələ ABŞ rəhbərliyi tərəfindən dayandırılırdı. Lakin bu tarixdən sonra ABŞ bu mövzunu dayandırmaq əvəzinə onu dəstəkləməyə başladı. 1980-1982-1984-cü illərdə bu mövzu təkrar-təkrar məclisə gətirildi, 1984-cü ildə isə nümayəndələr palatasında 24 aprel "insanın insanı vəhşicəsinə qətl etdiyi gün" olaraq elan edildi. 1985-ci ildə isə bu "diaqnoz" nümayəndələr məclisinə təqdim edildi, lakin ABŞ-dakı 69 nəfərdən ibarət Türkiyə tarixçilərinin ortaq şəkildə bəyanatı nəticəsində layihə son anda rədd edildi.

Lakin erməni lobbisi bu istiqamətdə tam sürətlə işləməyə davam edir, bəzən də nəyəsə nail olurdu. Zamanında Hilari Klintonun da qondarma "erməni soyqırımı"nı qəbul etməklə bağlı mövqeyi Türkiyə ilə münasibətlərin soyumasına səbəb olub. Bunu qəbul edənlərin siyasəti ilk növbədə erməni lobbisinin seçkilərdə dəstəyini qazanmaqdır. Əgər məqsəd həlak olan insanların taleyinə münasibət bildirmək olsaydı, o zaman həmin siyasilər 26 il qabaq baş verən Xocalını, Malıbəylini və Qaradağlını görərdilər.

Türkiyə II Dünya müharibəsindən sonrakı müddətdə kiçik kəsintiləri nəzərə almasaq, həmişə ABŞ ilə müttəfiq münasibətlərini qoruyub və onula birgə sinxron hərəkət edib. 1983-cü ildə baş nazir olan Turqut Özal dövründə Türkiyə- Amerika münasibətləri hər sahədə inkişaf edirdi. 1983-cü ildən 1989-cu ilə qədər "Soyuq Müharibə"nın sona çatması hərbi sahədəki əlaqələrdə bir qədər durğunluğa səbəb olsa da, 1991-ci ildə Körfəz Müharibəsində Türkiyənin rolu, ABŞ-ın super güc olduğu bu yeni dünya düzənində əhəmiyyətli bir mövqeyə sahib olduğunu göstərdi. 90-cı illərdən Türkiyə daxildə terrorla və böhranlarla məşğul olmaq məcburiyyətində qalsa da, xarici siyasətdə ABŞ ilə əlaqələri qorumağa üstünlük verib. 1991-ci ildə hazırlanan "tərəfdaşlıq konsepsiyası" irəli sürülub. 1995-ci ildən sonra əlaqələr fərqli bir səviyyəyə yüksələrək "strateji tərəfdaşlığa" çevrilib.

2001-ci ilin sentyabrın 11-də əkiz qüllələrə terror hücumundan sonra Birləşmiş Ştatların gələcək illərdə bütün dünyaya və xüsusilə Orta Şərqə təhlükəsizlik baxışları dəyişdi.

ABŞ soyuq müharibənin artıq başa çatdığını və onun əvvəlki rəqibi olan Sovet İttifaqının yerini daha böyük düşmən olan terrorun tutduğunu və bu yeni düşmənlə köhnə təhlükəsizlik tədbirləri ilə mübarizə edə bilməyəcəyini anladı. Türkiyə yenə də ABŞ-ın yanında idi. ABŞ əsgərləri tərəfindən Şimali İraqdakı Türk hərbi birləşməsinə basqın və Türkiyə əsgərlərinin başına torba keçirilməsi Türkiyə- Amerika əlaqələrini yenidən dondurdu. ABŞ bunun üçün üzr istəsə də, Türkiyə ictimaiyyəti müttəfiqi tərəfindən bu hadisə əlaqədar dərin bir yara aldı. Türkiyə bu hadisəyə qədər ölkə maraqlarına zidd olmayan istənilən məsələlərdə ABŞ-ı dəstəkləyib. İraqa qoşun yeridilməsi istisna sayıla bilməz, çunki bu, Türkiyənin maraqlarına cavab verməyən işğalçı müharibə idi. Zaman da göstərdi ki, İraq müharibəsi ən çox Türkiyəyə ziyan vurdu.

2008-ci ildə Obamanın prezident seçilməsi və "qonşularla sıfır problem" siyasətini tətbiq etməsi ABŞ Türkiyə əlaqələrində müsbət bir atmosfer yaratdı. ABŞ, Kipr məsələsinin həllində atılan addımları və xüsusilə Ermənistanla ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılan addımları açıq şəkildə dəstəklədi.

Lakin 2010-ci ildə yaşanan Mavi Mərmərə basqınından sonra Türkiyənin ABŞ-dan yalnız saxta dəstək alması, ABŞ-Türkiyə əlaqələrinin səmimiyyətdən uzaq olduğunu göstərdi.

Artıq biz bu gün yalnız maraqları təmin olunduqda ABŞ-ı seçən, lakin maraqlarına zidd olduqda belə yenə də ABŞ-dan qırıla bilməyən Türkiyə əvəzinə, hər sahədə milli maraqlarını maksimum təmin etməyə çalışan Türkiyənin özünü göstərməsinin şahidiyik.

Ancaq son zamanlarda Türkiyə- Amerika münasibətləri çox böyük faciələrlə üzləşib. Ortada böyük bir etibarsızlıq və inamsızlıq hökm sürür. Barak Obamanın ikinci prezidentliyi dövründən bəri ABŞ-ın Suriyadakı ciddi səhvləri münasibətlərin soyumasına, indi isə qırılma nöqtəsinə qədər gətirib çıxarıb. Türkiyə sərhədlərində baş verənlər, ABŞ-ın "Fərat Qalxanı" əməliyatı çərçivəsində verdiyi sözü tutmaması, İraqda "Kürdüstan" rejiminin yaradılmasını dəstəkləməsi, PKK tərəfdarlarını böyük miqdarda texnika, ağır silah və sursatla təmin etməsi, ABŞ generallarının Türkiyədə axtarışda olan terrorçularla "bir yataqda" yatması, terrorçulara hər cür dəstək verilməsi, illərdir Fətullah Gülənin qaytarılmaması, Maykl Flynn araşdırmasında Türkiyənin FETÖ rəhbərini qaçırmaq "planlarının" açılması (təsəvvür edin ki, müttəfiq bir ölkədən cinayətkarı qaçırmaq yolu ilə məhkəməyə çıxarmaqdan başqa seçim qalmayıb), Quds məsələsi, qarşılıqlı viza verilməsinin dayandırılması, Türkiyəli nazirlərin adları keçən ABŞ-da "Xalqbank" işi üzrə məhkəmə işi, Türkiyənin SWIFT- dən çıxarılma hədələri və s. saymaqla bitməyən, hər biri Türkiyə üçün "qırmızı xətt" ola biləcək xətalardır. Xətaların müəlifləri isə bəllidir: ABŞ xarici siyasət idarəsi, yəni dövlət katibi və dövlət başçısı.

Prezident Donald Trampın iqtidarında keçən bir ili ərzində onun Türkiyə istiqamətli problemlər haqqında təsəvvürü və məlumatının az olması, müttəfiqə qarşı haqsız davranması, üzünü Misirə və Səudiyyəyə tərəf çevirməsi Rusiya- Türkiyə -İran birliyinin yaranmasına səbəb oldu.

ABŞ xarici siyasətinin Türkiyənin yerləşdiyi bölgədə artıq söz sahibi deyil. İlk dəfə 2014-cü ildə Obama dövründə PKK-nın Suriya qolu kimi tanınan PYD terror qruplaşmasına silah verilməyə başladı. Bu "ticarət" marksist-leninçi PKK/PYD ilə ABŞ arasında çiçəklənmə dövrünün əsasını qoydu. Türkiyənin əvvəl İraqda, indi də Suriyada maraqlarını nəzərə almayan ABŞ-la arasındakı onsuz da gərgin olan münasibətlər "Zeytun Budağı" əməliyyatı səbəbiylə daha da gərginləşdi. ABŞ Türkiyənin əməliyyata başlayacağını gözləmirdi. Ən azından Rusiyanın rahatlıqla Afrindən çıxacağı ehtimalı az idi. Əməliyyatın kifayət qədər sürətlə həyata keçirilməsi, Afrindən sonra isə Membicə tərəf hərəkət edəcəklərini açıqlayan Türkiyənin qərarlılığı ABŞ bu dəfə seçim yeri qoymadı.

ABŞ-dan gələn təkliflə dünən dövlət katibi Reks Tillerson və Müdafiə Naziri Ceyms Mettis Ankaraya görüşə gəldilər. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla ABŞ dövlət katibi arasında 3 saat 15 dəqiqə sürən gərgin bir görüş keçirildi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirak etdiyi görüşdə Ankaranın prioritetləri, Suriya və İraq problemi, "Zeytun Budağı" əməliyyatı, PYD-nin ABŞ tərəfindən silahlandırılması və təlimlərə cəlb edilməsi, terrorçuluqla mübarizə və s. məsələlər bağlı qapılar arasında müzakirə olundu. Turkiyə rəhbərliyi dövlət katibinə PYD ilə əməkdaşlığı sübut edəcək 75 səhifədən ibarət dosye təqdim etdi. Görüş sonrası hər iki tərəf görüşün məhsuldar və açıq keçdiyini bəyan etdi.

Bundan əvvəl isə Reks Tillerson "Biz PYD-yə ağır silah vermədik" ifadəsindən istifadə etmişdi. Pentaqon rəhbəri Ceyms Mettis isə Türkiyəli həmkarı Nurəddin Canikli ilə görüşündə "ABŞ PYD-yə verilən ağır silahlar da daxil olmaqla, bütün silahların geri alınması planı üzərində işləyir" ifadəsini işlətdi. Biri deyir ağır silah vermədik, digəri deyir ki, ağır silahları geri alınması üzərində işləyirik. Sanki hərəsi ayrı-ayrı planetdən gəliblər. Kimə inanasan? Bu görüşlər nə qədər səmimidir, demək çətindir.

Gəldilər, görüşdülər, getdilər. Baş verənləri analiz etdiyimizdə ABŞ-ın iki seçim variantı olduğunu görürük:

1. PYD və digər alyansa üzv etdiyi terror qruplaşmalarına dəstəyi kəsir, verdiyi silarları geri toplayır. Bu zaman ABŞ Suriyada istədiyi kimi istifadə etdiyi insan resursunu itirir və terrorçulardan haqlı "xəyanətkar" damğasını qazanır;

2. PYD-yə dəstəyini davam etdirir və Membicdə digər NATO üzvü olan Türkiyə ilə savaşa girmə riskini gözə alır. Bu zaman yenədə NATO üzvləri və əsası da 70 illik müttəfiqi tərəfindən çox haqlı "xəyanətkar" damğasını qazanır.

Seçim geniş deyil. İstənilən halda haqlı "xəyanətkar" damğası qazanılıb. Amma terror qruplaşmasından "xəyanətkar" damğasını həzm etmək daha asan olardı. Çünki NATO kimi nüfuzlu bir blokun dağılmasına yönələn fəaliyyətlər həqiqətən də əsl xəyanətdir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: ABŞ   Türkiyə  

7 hərflik damğa: Tarixdən bu günə ABŞ-Türkiyə münasibətləri – ANALİZ

2018/02/1_1518805489.jpg
Oxunub: 4704     01:29     17 Fevral 2018    