Koçaryanın "məntiqi": Vaşinqtondan İrəvana, yoxsa İrəvandan Vaşinqtona işarə - ANALİZ

2018/02/345646_1518778958.jpg
Oxunub: 3940     14:57     16 Fevral 2018    
ABŞ Maliyyə Naziri Stiven Mnuçin dünən ABŞ Senatında zəngin rusiyalılara qarşı sanksiyaların yaxın gələcəkdə elan ediləcəyini açıqlayib.

"Biz bu sanksiyalar üzərində fəal işləyirik. Bu sanksiyalar yaxın gələcəkdə nəşr olunacaq ", - deyə senatın maliyyə məsələləri üzrə komissiyasının büdcə iclaslarında Mnuçin bildirib.

Məsələ "Kremlin siyahısına" daxil olan zəngin erməni biznesmenlərindən gedir. Bu siyahıda Ermənistanın iqtisadiyyatında böyük rol oynayan, işğal altında olan Qarabağa qanunsuz maliyyə yatırımları edən Samvel Karapetyanın adı da var.

Beləliklə, Vaşinqton artıq dünənki qərar barədə danışmağa başlayıb. Yeri gəlmişkən, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan dünən amerikalıları "redaktə" etməyə çalışaraq, Samvel Karapetyanın adının "qara siyahıda" olmadığını deyib.

Belə bir açıqlama Ermənistanı doğrudan və ya dolayısı ilə təhdid edən problemlərin təsirsiz hala düşdüyünü iddia etmək üçün erməni diplomatiyasının əl atdığı adi qaydadır. Bir sözlə acizlikdir.

Eyni məntiqlə Şavarş Koçaryan Rusiya ilə əhəmiyyətli hərbi və texniki razılaşmaların imzalanması vəziyyətində Vaşinqtonun Ermənistana sanksiya tətbiq edə biləcəyi barədə təhlükəni şişirdilmiş hesab edib.

O, Rusiya və ABŞ tərəfləri ilə danışıqları tələb edən heç bir problemin olmadığını vurğulayaraq, Ermənistan-Rusiya münasibətlərinin ölkənin təhlükəsizliyinin mühüm tərkib hissəsi olduğunu qeyd edib.

Qeyd edək ki, Şavarş Koçaryanın bəyanatları qeyri-adekvatdır, çünki ABŞ hökuməti İrəvanı potensial təhlükələr barədə rəsmən məlumatlandırıb. Hətta bu çərçivədə Ermənistanın xarici siyasətinin mühüm şəxslərindən biri deyir ki, Moskva və Vaşinqtonla danışıqlar aparmaq üçün narahat olmayın.

Koçaryan "uğrulu" diplomatik cavablarını davam etdirərək, silahlanma sahəsində Rusiya ilə münasibətlərin davam etdirilməsinin lazım olduğunu qeyd edir.

Bu baxımdan, deyə bilərik ki, Ermənistan hakimiyyət orqanları hətta Amerikanın sanksiyalar tətbiqetmə təhlükəsi olsa da, xarici siyasət, o cümlədən təhlükəsizlik sisteminin diversifikasiyası barədə düşünmürlər. Çünki regionda birmənalı olaraq Rusiyanın "forpostu" olduqlarını yaxşı dərk edirlər.

Bundan əlavə, Koçaryan, əgər Amerika Ermənistana qarşı sanksiyalar tətbiq etməyi qərara alarsa, Vaşinqtonun Ermənistana təsirini tam itirəcəyinə dair işarə edir. Bu, əlbəttə ki, Ermənistan hakimiyyətinin gücsüzlüyünün nəticəsidir. Digər tərəfdən Sarkisyan hakimiyyəti Vaşinqtondan alternativ təhlükəsizlik təklifləri gözləsə də, hazırda Moskvanın "pəncə siyasəti"ndən olduqca qorxur.

Moskva ilə yanaşı Vaşinqton Rusiyanın hərbi sənaye komplekslərinə qarşı sanksiyalar tətbiq etməklə, Cənubi Qafqazda şaxələnmək üçün fürsət əldə etdiyini yaxşı dərk edir.

Baş verən hadisələrin fonunda ABŞ-ın artan çoxvektorlu təsiri, o cümlədən Rusiyanın "pəncə siyasəti" altında Ermənistanın heç bir şansı yoxdur. Sözsüz ki, artıq rəsmi İrəvan böyük güclərin məngənəsində sıxışıb qalıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   ABŞ-Rusiya   Sanksiya  

Xəbər lenti

Koçaryanın "məntiqi": Vaşinqtondan İrəvana, yoxsa İrəvandan Vaşinqtona işarə - ANALİZ

2018/02/345646_1518778958.jpg
Oxunub: 3941     14:57     16 Fevral 2018    