ABŞ-dan məktub: Ermənistan hökuməti sanksiyaların hədəfində - ANALİZ

2018/02/6456456_1518694942.jpg
Oxunub: 3726     15:40     15 Fevral 2018    
ABŞ Ermənistan hökümətini Rusiyanın hərbi sənaye müəssisələri ilə əhəmiyyətli razılaşmalar imzaladığı halda sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdar edib.

Bu barədə “Haykakan Jamanak” qəzetinin “Bu sanksiyaların hədəfində Ermənistanın da ola bilərmi və mövzu ilə əlaqədar hakimiyyət orqanları ilə hər hansı danışıqlar aparılırmı?” sualına ABŞ-ın Ermənistandakı səfirliyindən cavab verilib.

“Digər dövlətlərin hökümət və özəl şirkətlərinə də Rusiyanın hərbi sənaye müəssisələri ilə əhəmiyyətli razılaşmalar imzaladıqları halda sanksiyalarla üzləşə biləcəkləri barədə xəbərdarlıq edilib. Biz sanksiyaları öncədən müzakirə etmirik. Belələri olduğu halda, biz bu sanksiyaları elan edirik”, - deyə səfirliyin mətbuat xidmətindən bildiriblər.

Lakin ABŞ səfirliyinin bildirişləri daha qlobal bir kontekstə malikdir və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə birbaşa təsir edə bilər.

Ermənistana "İsgəndər" raketlərinin, o cümlədən hərbi kreditlərlə silahların verilməsini nəzərə alarsaq, belə bir vəziyyətin yalnız regional təhlükəsizlik və sabitliyə kömək etmədiyini, eyni zamanda 2016-cı ilin aprelində olduğu kimi, döyüşlərin bərpası üçün də böyük risklər daşıdığını görərik.

Xüsusilə, bu vəziyyətdə ABŞ-ın Rusiyanın hərbi-sənaye kompleksinə qarşı tətbiq etdiyi sanksiyalar və mümkün istinadlar bölgədə militarizasiya artımını, müharibə risklərini azaltmaq və həll prosesinə yeni bir təkan vermək üçün Ermənistana ciddi təsir göstərə bilər.

Bu da Qarabağ məsələsində tezliklə olmasa da imzalanmış sazişlər əsasında regionda müəyyən təhlükəsizlik təminatlarının yaradılmasında ABŞ-ın təsirini artıracaq. Bununla biz Vaşinqtonun daha aktiv siyasətinin şahidi olacağıq.

Beləliklə, yeni vəziyyət Amerika sanksiyalarının hədəfi təhlükəsi, Moskva ilə hərbi-texniki əməkdaşlığın mümkün məhdudiyyətləri, Ermənistan üçün əlavə problemlər yaradır. Çünki Ermənistanın hərbi-texniki əməkdaşlığı, yumşaq qaydada desək çoxşaxəli deyil.

Bir tərəfdən bu, Rusiyanın ümumi təsirinin nəticəsi, digər tərəfdən, Ermənistanın iqtisadi potensialının digər istiqamətlərdə aktivləşməsinə imkan verməməsidir.

Ölkəmiz isə bu baxımdan daha əlverişli vəziyyətdədir. Rusiyanın Azərbaycanın silahlanmasında əsas tədarükçü olmasına baxmayaraq, biz daha geniş coğrafi hərbi-texniki əməkdaşlıq sahəsinə malikik.

Bu baxımdan, hazırda Ermənistan hakimiyyəti çox diqqətli və balanslı siyasət aparmağa qlobal güclərin "məngənə"sindən yaxa qurtarmağa çalışır. Sarkisyanın isə bir tərəfdən, Amerika sanksiyalarından qaçınmaq, digər tərəfdən, xarici siyasətin və hərbi-texniki əməkdaşlığın şaxələndirilməsi vasitəsilə həyati təhlükə problemini həll etməyə siyasi səriştəsi yoxdur.

Nəticədə deyə bilərik ki, Rusiya-Qərb münaqişəsi və xüsusilə ABŞ sanksiyaları Ermənistanda böyük nəticələrə səbəb olacaq. Məhz bu proseslər, Ermənistana yeni üsul-idarə fonunda təhlükəli risklər yaradan yeni bir vəziyyət formalaşdıracaq.

Alpər Mövludoğlu
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Ermənistan   Sanksiya   ABŞ  

Xəbər lenti

ABŞ-dan məktub: Ermənistan hökuməti sanksiyaların hədəfində - ANALİZ

2018/02/6456456_1518694942.jpg
Oxunub: 3727     15:40     15 Fevral 2018    