Ordumuz hansı ölkələrdən özüyeriyən və mobil artilleriya sistemləri əldə edə bilər? – ANALİZ

2018/02/maxresdefault56456_1518692173.jpg
Oxunub: 12265     18:55     15 Fevral 2018    
Özüyeriyən və mobil artilleriya sistemlərinin inkşafı və qurulma prinsipləri haqqında aşağıdakı mülahizələri söyləmək olar. Bir çox dünya ölkələrində 152-155 mm kalibrindən aşağı top və haubitsalar quru qoşunlarının artilleriya hissələrindən çıxarılır və yalnız xüsusi əməliyyatlar aparan və tanklarla mübarizə aparan biləşmələrdə saxlanılır. Səbəb isə bu mərmilərin fuqas və qəlpəli-fuqas təsirinin müasir ordu tələblərinə cavab verə bilməməsidir.

Bunu nəzərə alaraq proqnozlaşdırırıq ki, Azərbaycan ordusunun polk-briqada həlqəsindəki artilleriya birləşmələrindən 122 mm-lik artilleriya sistemləri tədricən yığışdırılıb ehtiyyat ambarlarında konservasiya ediləcəkdir.

Bu proqnoza istinad edərək demək olar ki, yaxın gələcəkdə Azərbaycanın motoatıcı qüvvələrinin mobil və özüyeriyən artilleriya sistemlərinə tələbatını ödəmək üçün təxminən 150-200 ədəd 152-155 mm-lik belə sistem tələb olunacaq.

Ölkəmizin maddi imkanları olduğu halda da bu məsələnin həlli göründüyü qədər asan deyil. Ölkəmizə və Ermənistana silah satılmaması haqqında NATO ölkələrinin, NATO-ya daxil olmayan Avropa Birliyi ölkələrinin qərarı var. Bu ədalətsiz qərarla BMT tərəfindən müəyyənləşdirilən təcavüzkarı və təcavüzə məruz qalanı eyniləşdirən ölkələrin vicdanının təmizliyi haqqında mülahizələr bu yazının mövzusundan kənar olduğu üçün, irəli sürməyəcəyik. Fakt budur ki, bu silah sistemlərini yalnız NATO və Avropa Birliyiniə daxil olmayan ölkələrdən, bir də qardaş Türkiyədən almaq olar.

Bu şərtlərlə məhdudlaşdırdığımız ölkələrin içində tırtıllı özüyeriyən artilleriya qurğusu istehsal edən ölkələr çox azdır. Bunlar Çin, Rusiya, Yaponiya, Cənubi Koreya, Türkiyə və Sinqapurdur.

Bunların içərisində Sinqapur, Türkiyə və Cənubi Koreya öz sistemlərini ya lisenziya əsasında, ya da bir çox mühüm qovşaqları NATO ölkələrindən idxal edərək yığır. Məsələn, Cənubi Koreya istehsalı olan zirehli tırtıllı özüyeriyən K9 artilleriya sistemi Almaniyanın “Reynmetall” şirkətinin istehsalı olan toplarla, güc qurğusuna da həmin ölkənin MTU şirkətinin dizellərini istifadə edir.

Türkiyənin özüyeriyən tırtıllı artilleriya qurğusu “Fırtına” da K9 sisteminin lisenziyalı istehsalıdır. Top və mühərrik də həmin ölkələrdən idxal olunur.

Yaponiya ənənəvi olaraq ümumiyyətlə silah ixrac etmir. Sinqapur özünün çox maraqlı “Primus” zirehli özüyeriyən artilleriya qurğusunda ABŞ istehsalı M109 topunu, “Detroyt Dizel” şirtkətinin 550 kVt(743 at.g) 6V92TA mühərrikini istifadə edir.

Ona görə də Yapon və Sinqapur sistemləri üzərində dayanmayacağıq.

Çox yüksək TTX-lərə malik və bizim müəyyən qədər idxal şansımız olan Cənubi Koreya sistemi üzərində bir qədər müfəssəl dayanaq.

Dünyada silah bazarının tədqiqat və analizi ilə məşğul olan “Forecast International İnc.” şirkəti özüyeriyən artilleriya qurğularının bazarını tədqiq edib bu qərara gəlmişdi ki, yaxın on ildə dünya silah bazarında ən populyar, tələb olunan özüyeriyən artilleriya qurğusu (ÖAQ) Cənubi Koreyanın “Samsung Techwin” korporasiyasının istehsalı olan K9 “Thunder” (ildırım) olacaq.

Adı çəkilən şirkət 90-cı illərin ortalarında Koreya Respublikası Müdafiə Nazirliyinin sifarişi ilə bu K9 “Thunder” adını alan özüyeriyən artilleriya qurğusunu layihələndirib istehsal etdi.

Bu sistem Cənubi Koreya ordusunun cəbbəxanasında olan K55 özüyeriyən artilleriya qurğusuna əlavə və tamamlayıcı xüsusiyyətlərə malik bir sistem kimi yaradılıb ki, gələcəkdə onu tam əvəz etsin.

K9 “Thunder” layihəsi 1989-cu ildə start götürdü. İlk prototipin poliqon sınaqları 1996-cı ildə keçirildi. İki ildən sonra - 1998-ci ilin qışında Cənubi Koreya hökuməti “Samsung Techwin” şirkəti ilə müqavilə imzaladı. Bu müqavilənin şərtlərinə əsasən, artıq 1999-cu ildə K9 “Thunder” qurğusunun ilk partiyası silahlı qüvvələrin istismarına verildi.

Yeni sistem öz yüksək atəş məsafəsi, yüksək mobilliyi, heyətin daha yaxşı mühafizəsi ilə ordu artilleriyasının imkanlarını çox genişləndirdi. Hər bir K9 “Thunder” ÖAQ batalyonu 6 qurğudan ibarət 3 batareyadan təşkil edilib.

Bu qurğu K10 avtomatlaşdırılmış tırtıllı döyüş sursatının nəqliyyat qurğusu ilə birlikdə qruplaşdırılır. K9-un qülləsi və korpusu tam şəkildə yayma poladdan olan zirehli listlərdən qaynaq olunıb. Bu da döyüş heyətini atıcı silahların atəşindən, mina və mərmi qəlpələrindən etibarlı şəkildə qoruyur.

Qurğunun standart təhcizatına kütləvi qırğın silahlarından müdafiə sistemi, isidici, rabitə vasitələri, daxili yanğınsöndürmə sistemi və gecəgörmə cihazları komplekti də daxildir. Özüyeriyən artilleriya qurğusunun döyüş heyəti 5 nəfərdən ibarətdir: komandir, sürücü-mexanik, tuşlayıcı və iki doldurucu.

47 tonluq maşının qabaq hissəsində sürücü-mexanikin yerləşdiyi idarəetmə bölməsi və transmissiya bölməsi yerləşir. Arxa hissəsində isə döyüş bölməsi və atəş qülləsi yerləşir.

Maşının enerji qurğusu 881 seriyadan olan MTU dizel mühərrikidir ki, bu da 735 kVt gücə (993 at gücü) malikdir. Dizel “Allison” şirkətinin XI 100-4A3 avtomatik transmissiyası ilə aqreqatlaşdırılıb ki, bu da maşının 4 sürət ötürməsi ilə irəli, iki sürət ötürməsi ilə geriyə hərəkətini təmin edir. Mühərrik imkan verir ki, maşın bərk örtüklü yollarda 480 km məsafəyə 67 km/saat sürətlə hərəkət etsin.

Özüyeriyən haubitsa hidropnevmatik şassi ilə təhciz olunub ki, bu da ona mürəkkəb relyefdə səlis hərəkət etmək qabiliyəti verir. Dairəvi hərəkət edən qüllədə uzunlüləli, yarıqlı lülə tormozu və ejektorla təhciz olunmuş 155 mm haubitsa quraşdırılıb.

Lülədə mərminin ilkin sürətini müəyyən edən cihaz yerləşir ki, bu da alınan məlumatı, sistemin bort kompüterinə ötürür. Qüllənin damında yerdəki və hava hədəflərinə atəş aça bilən 12,7 mm-lik pulemyot quraşdırılıb. Döyüş sursatlarının avtomatik olaraq doldurucuların iş yerinə ötürmə sistemi maksimal atəş intervalı əldə etmətə imkan verir – 15 saniyə ərsində 3 atəş.

Adi şəraitdə döyüş heyəti dəqiqədə 6 atəş təşkil edə bilir. Mərmilər topun xəzinəsinə avtomatik verilir və lüləyə ötürülür. Amma tullayıcı barıt atımları ya müasir modul şəklində qablaşdırılmış halda, ya da adi kartuzlarda əllə yerləşdirilir.

Maşının döyüş komplekti 46 mərmidən və onun müxtəlif çəkili barıt atımı dəstlərindən ibarətdir. Aparıcı halqası olan aktiv-reaktiv ERFB-HE mərmisi ilə atəş zamanı maksimal atəş məsafəsi 50 kilometr, adi aktiv-reaktiv mərmi ilə atəş məsafəsi 40 kilometrdir.

Ekipaj “bağlı atəş mövqeyində” dayanandan 30 saniyə sonra özünü döyüş xəritəsinə topogeodezik bağlayaraq, mexaniki sistemləri ilə atəşə tam hazır olur. Haubitsa eyni hədəfə müxtəlif trayektoriyalarda atəş aça bilir ki, bu da hədəfin “atəş burulğanı" vasitəsilə 100 faizli məhvini təmin edir.

Bu qısa baxış göstərir ki, maşın alman mühərriki ilə təhciz olunur. Almanlar bu mühərrikin Azərbaycanın quru qoşunlarına satılmasının (HDQ-yə isə yox) əleyhinədirlər.

Bu səbəbdən “Fırtına” ÖAQ nun Türkiyədən Azərbaycana satılması baş tutmadı.

Maraqlıdır, Koreya Respublikası inkişaf etmiş mühərrik, gəmiçilik, xüsusi texnika sənayesinə malik olsa da, niyə öz güclü mühərrikini istehsal etmir?

Hələlik yalnız Türkiyənin alman mühərriklərinə əvəz tapmaq cəhdini müşahidə edirik. Türkiyə sənayesinin hal-hazırda güclü mühərrik istehsalatı yoxdur.

Ona görə də xaricdə mühərrik axtarır. Məsələn, Xarkov tank istehsalçıları ilə birlikdə onların məhşur ikitaktlı B6 mühərriki əsasında birgə layihə qurub, Türkiyəni qane edə biləcək mühərrikin üzərində iş aparırlar. Ukraynalılar 1930-cu illərdən bu mühərriki təkmilləşdirmək üzərində işləyib, böyük təcrübə qazanıblar. Ola bilsin ki, bu müştərək layihə yaxşı bəhrə versin. Lakin türklər daha çox perspektivə işləyirlər. Bu problem indi onlar üçün elə də aktual deyil. Almanlar NATO üzrə müttəfiqlik öhdəliklərini yerinə yetirərək bu mühərrikləri Türkiyəyə satırlar.

Azərbaycan üçün hələlik bu kanal bağlıdır. Əgər bizim ölkə bu sistemləri indi almaq fikrinə düşsə, yalnız Rusiya və Çindən ala bilər.

Tırtıllı artilleriya sistemlərindən fərqli olaraq, təkərli artilleriya sistemlərini daha çox ölkə istehsal edir.

Bu sistemlər yüksək mobillik və dəmir yolu, daşıma platformaları olmadan strateji məsafə qət etmək bacarıqlarına malikdir. Bu da ordunun əməliyyat imkanlarını artırır. Zirehli və tırtıllı, yoxsa təkərli sistemlərə üstünlük bir çox dünya hərbi ekspertlərinin sevimli polemika mövzusudur.

Hələlik bu məsələdə ümumi fikir yoxdur. Hər bir sistemin üstün və çatışmayan cəhətləri var. Məsələn təkərli sistemlər özü ilə daha az döyüş sursatı götürə bilir və təhcizatdan daha asılı olurlar. Döyüş heyəti daha zəif qorunur. Təkərli maşınlar zirehli texnika ilə birlikdə çətin relyefli sahədə hərəkət edə bilmir. Lakin burada da istisnalar var. Məsələn, “BAE Systems” şirkətinin İsveç mühəndisləri ilə yaratdığı “Volvo” karxana yük maşını üzərində qurulmuş F77 L52 “Archer” artilleriya sistemi özü ilə 54 atış komplekti daşıyır. Heyət avtomobilin qəlpə və atıcı silahından qorunan kabinasından çıxmadan bütün atəş prosesini idarə edir.

Balanslaşdırılmış quru qoşunları olan bir çox dövlətlər hər iki sistemdən istifadə edirlər. Operatorlar bununla öz tələblərinin kompromiss variantını tapırlar.

Yeni yaradılmış bir çox təkərli ÖAQ-lar şassi kimi 6×6 yüksək keçimə malik yük avtomobillərindən istifadə edirlər ki, onların arxa yük platformalarında buksirdə daşınan artilleriya sistemləri bərkidilir. Nəticədə döyüş heyəti kabinanı tərk edib topu doldurmaq, tuşlamaq və atəş açmaq işi ilə məşğul olurlar ki, bu da onları düşmənin atıcı silahından, mərmi qəlpələrindən müdafiəsiz qoyur.

Ancaq müasir döyüş sursatlarının atılma məsafəsi böyük olduğundan, bu sistemləri döyüş səflərinin böyük dərinliyindəki mövqelərdə yerləşdirməyə imkan verir. Bu da yuxarıda göstərilən catışmazlıqları qeyri-aktual edir.

Biz bu sistemlərin NATO və onun müttəfiqləri olan Avropa Birliyi ölkələri istehsalı olan nümunələrinə baxmayacağıq. Onlar onsuz da Azərbaycan və Ermənistana silah embarqosu qoyub.

Qalır aşağıdakı istehsalçı dövlətlər: Çin, Sinqapur, Cənubi Afrika, İsrail, Serbiya, Türkiyə.

Çin, Rusiya, ABŞ kimi dövlətlərlə silah müqavilələri bu silahın taktiki və istismar xüsusiyyətlərinin qiymətləndirilməsindən əvvəl bu ölkələrə qarşı total loyallıq tələb edir. Bu bir siyasi addımdır.

Müstəqil siyasətə can atan ölkələrin dünya siyasətini müəyyən edən bu nüvə fövqəldövlətləri ilə silah sövdələşmələri onları siyasi loyallıq məcburiyyətində qoyur. Ona görə də bu ölkələrlə silah alış-verişi istismar və taktiki-texniki dəyərlər baxımından yox, siyasi baxımdan zərurət tələb edən məsələlərdir.

O baxımdan bu ölkələrin istehsal etdiyi məhsullara bu mövzu daxilində nəzər yetirməyəcəyik.

Türkiyənin MKEK şirkəti 2017 ci ildə özünün “Yavuz” adlanan 155 mm/52 kalibrlik lüləsi olan, 6×6 təkər formulu olan yüksək keçidli yük avtomobili üzərində qurulmuş özüyeriyən sistemini təqdim etdi. Topun doldurulması yarım avtomatikdir və dəqiqədə 4-6 atəş açmağa imkan verir. Sistem özü ilə 16 sursat komplekti götürə bilir. 155 mm-lik haubitsa-top aktiv-reaktiv mərmilərlə 40 km məsafəyə dəqiq atəş aça bilir. Avtomobilin zirehli kabinəsində rabitə-naviqasiya və atış-hesabat avadanlıqları qurulub. Döyüş heyəti 5 nəfərdən ibarətdir. Heyət döyüş tapşırığını kabina xaricində yerinə yetirir.

Sinqapurun “ST Kinetics” şirkəti 8×8 formulalı şassi üzərində yüksək mobilliyə malik, 80 km/saat sürətlə hərəkət edən 28 tonluq AMGS (Advanced Mobile Gun System) artilleriya sistemi qurub. Döyüş heyəti döyüş tapşırığını şassinin qabaq hissəsində yerləşmiş zirehli kabinadan həyata keçirir. Şassinin arxa hissəsində insan iştirakı tələb olunmayan bağlı qüllədə 52 kalibrlik/155 mm haubitsa öz döyüş sursatı, komplekti və doldurma avtomatı ilə birlikdə yerləşib. Kabinanın arxa hissəsində də əlavə olaraq 26 atım komplekti qablaşdırılıb. Sistem 30 saniyə ərzində yürüş vəziyyətindən döyüş vəziyyətinə gətirilir. Topun avtomatikası elə qurulub ki, 3 mərmini 20 saniyə ərzində ata bilir.

Serbiya istesalı olan təkərli ÖAQ “Aleksandar” “Yuqoimport SDPR” şirkətinin uzun illər satış bazarında olmuş NORA B-52 sisteminin konseptual davamıdır. Və həmin 52 kalibrli/155 mm topu və onun hərəkət edən hissəsini istifadə edir. Topun doldurulması tam avtomatlaşdırılıb və 8×8 təkər formulalı “Tatra” avtomobilinin zirehli kabinasından idarə olunur. Avtomat doldurucunun yığımında 12 mərmi komplekti, avtomobilin kabinası arxasında daha 12 mərmi komplekti qablaşdırılıb. Haubitsanın maksimal atəş məsafəsi 32,5 km, aktiv-reaktiv mərmilərlə isə 52 km-ə çatır.

Cənubi Afrikanın “Denel Land Systems” şirkətinin təkərli özüyeriyən 45 kalibrli/155 mm zirehli artilleriya sistemi G6 6×6 formulalı təkərli şassidə yerləşib. Sistem öz uzaqvuranlığı, atıcı silahdan, mərmi qəlpələrindən, yola basdırılmış minalardan döyüş heyətini mühafizə edir.

Uzun seriyaqabağı sınaqlardan sonra 1988-ci ildən başlayaraq CAR ordusu üçün seriya ilə 43 ədəd ÖAQ G6 istehsal olunub. Sistemin biçimi onunla maraqlıdır ki, sürüçü qabaqda yerləşən, möhkəm qorunan oxvari formada olan kərgədan buynuzuna bənzər kabinada yerləşir. Sistemin nefirmal adı da “Kərgədan”dır. Bu da CAR-ın partizan müharibələrində iştirakından əldə etdiyi təcrübəsindən irəli gəlir. Sürücünü minalardan yaxşı qoruyur.

Mühərrik bloku birbaşa sürücünün arxasında, 45 kalibr uzunluqlu/155 mm top qurulan qüllə və döyüş bölməsi isə şassinin arxa hissəsində yerləşib. Daşınan döyüş komplekti 50 ədəd mərmi və atış komplektindən ibarətdir. Maksimal atəş məsafəsi standart mərmilərlə 41 km təşkil edir. Lakin “Rheinmetall Denel Munitions” şirkətinin istehsal etdiyi bu standart mərmilər mərmidibi qazgeneratorları ilə təhciz olunur. Uzaqvuran artileriyanın VLAP tipli mərmiləri ilə sistemin atəş məsafəsi 54 kilometrə qədər artırılır.

Sistemin standart təhcizatı tuşlama sistemindən, mərminin ilkin sürəti ölçən radardan və inersial naviqasiya sistemindən ibarətdir.

Xarici ölkələrdən bu sistemi Oman 24 ədəd və Birləşmiş Ərəb Əmirlikləri 78 ədəd alıb. “Denel Land Systems” şirkəti bu sistemi modernizə edərək G6-52 yaradıblar ki, 52 rəqəmi lülənin 52 kalibr uzunluğunda olduğunu bildirir. Bu topun alışma kamorası 23 litr həcmindədir ki, bu da NATO ölkələrinin ballistik memorandumuna uyğun gəlir.

G6-52 sistemində artıq topun həm mərmi ilə, həm də tullayıçı barıt komplektləri tam avtomatik doldurulur.

Maşının arxa hissəsində yerləşən iki karuseldə 40 hazır mərmi və 40 modul tullayıcı barıt komplekti yerləşib. Bu sistemlərdə əlavə enerji qurğusu da quraşdırılıb ki, stasionar atəş mövqelərində əsas mühərriksiz keçinmək mümkün olsun.

Tuşlama və naviqasiya sistemi imkan verir ki, qısa dayanacaqlardan həm “qapalı mövqe” (hədəfi birbaşa görmədən), həm də birbaşa tuşlama ilə 2000 metrdə yerləşən hədəfə atəş açmaq mümkündür.

G6-52 nin qülləsi başqa şassilərdə də yerləşdirilə bilər. Məsələn, bu qüllə T-72 tankının şassisində yerləşdirilib. Bu sistemin iki problemi ola bilər. Qiyməti və “Denel” şirkətinin bir neçə il əvvəl Britaniya korporasiyası olan “BAE Systems” tərəfindən alınması.

Bəzi hüquqi məsələlər ortaya çıxır ki, onları dəqiqləşdirmək lazımdır. Şirkətin məhsulu CAR-ın məhsulu sayılır. Ancaq təchizat üçün hazır qovşaqlar Britaniyadan alınırsa, yuxarıda qeyd etdiyimiz aspektdə problemlər yarana bilər.

İsrail şirkəti “Elbit Soltam Systems” təkərli modul ÖAQ ATMOS (Autonomus Truck Mounted howitzer System - yük maşınına terləşdirilmiş avtonom haubitsa) sistemi layihələndirib qurub.

Bu sistem həm 6×6 , həm də 8×8 formulalı şassilərə yerləşdirilə bilər və sifarişçinin tələbinə əsasən kabinası zirehlənə, kompüterli atəşi idarəetmə sistemi ilə təhciz oluna bilər. Bu sistemə 39, 45 və 52 kalibrli 155 mm-lik haubitsa quraşdırmaq olur. Haubitsa horizontal və yer bucağı müstəvisində mexaniki tuşlama ötürücüləri ilə, lüləyə mərminin hidravlik (impuls) ötürücüsü ilə təhciz olunub. Bu da dolduruculara fiziki yükü azaldır və atəş tempini artırır.

Bu sistemin bir batareyası bir neçə il əvvəl Azərbaycan ordusu üçün alınıb. Davamı haqqında bir yenilik yoxdur. Ola bilsin ki, sistem üzərində istismar şəraitindən doğan təkmilləşmələr aparılır.

“Soltam” şirkəti Qazaxıstan respublikası ilə birlikdə də “Kamaz” 63502 6x6 şassi formulalı avtomobili bazasında “Nayza” (Nizə) sistemini yaradıbb. Bu sistemdə 122 mm-lik D-30 topu fırlanan platforma üzərində qurulub. Qazaxstan mətbuatından sızan xəbərlərə görə, bu ölkənin hərbiçiləri sistemin keyfiyyətindən narazıdırlar. Lakin Qazaxıstan mətbuatında və ordusunda Rusiyanın böyük təsirini nəzərə alsaq, bu xəbərlər ölkə bazarında rəqabətdən də irəli gələ bilər. Ona görə də bu xəbərləri ciddi təhlil etmək lazımdır.

Bu yazıdan görürük ki, seçim elə də böyük deyil. Hərçənd bu siyahıda da elə sistemlər var ki, ölkəmizin artilleriya qüvvələrinin operativ və taktiki imkanlarını qat-qat artıra bilər.

Hərbi ekspert Vüqar Miraslanov
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Azərbaycan-ordusu   Artilleriya-sistemləri  

Ordumuz hansı ölkələrdən özüyeriyən və mobil artilleriya sistemləri əldə edə bilər? – ANALİZ

2018/02/maxresdefault56456_1518692173.jpg
Oxunub: 12266     18:55     15 Fevral 2018    