İndoneziya Rusiyadan Su-35-lər alacaq

2018/02/istrebitel-Su-35-litso-boevoy-aviatsii-rossii-34du1o2nrjcvi5punqpv623453_1518686801.jpeg
Oxunub: 1027     18:11     15 Fevral 2018    
Rusiya və İndoneziya 11 ədəd çoxfunksiyalı Su-35 qırıcılarının təchizatına dair müqavilə imzalayıb.

Ordu.az Rusvesna.su saytına istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi sənaye kompleksindən olan mənbələr məlumat yayıblar.

Qeyd edək ki, daha öncə Rusiya və İndoneziya arasında 11 ədəd Su-35-in alışına dair müqavilə imzalanması üçün bəzi texniki məsələlərin dəqiqləşdirildiyi bildirilirdi.

Su-35 bütövlükdə modernləşdirilən, böyük manevr qabiliyyətinə malik, “4++” nəsil çoxfunksiyalı qırıcıdır. “Suxoy” şirkətinin məlumatına görə, bu təyyarədə 5-ci sinif qırıcılarında olan bir çox detallardan da istifadə edilib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: İndoneziya-Rusiya   Su-35  

İndoneziya Rusiyadan Su-35-lər alacaq

2018/02/istrebitel-Su-35-litso-boevoy-aviatsii-rossii-34du1o2nrjcvi5punqpv623453_1518686801.jpeg
Oxunub: 1028     18:11     15 Fevral 2018    