Pentaqonun YPG ilə bağlı məlumatında dəyişiklik edilib

2018/02/345345_1518686690.jpg
Oxunub: 351     13:24     15 Fevral 2018    
ABŞ prezidenti Donald Trampın 2019-cu il üçün təklif olunan büdcə layihəsində PKK-ya bağlı qüvvələrin başçılığı altında “sərhəd ordusu”nun formalaşdırılması üçün ayrılacağı ehtimal edilən vəsaitin fərqli yöndə xərclənəcəyi göstərilib.

Ordu.az xəbər verir ki, bu barədə “Daily Sabah” bildirib.

Pentaqonun sözçüsü mayor Adriyan Rankin-Qalluvey daha öncə “Anadolu” agentliyinə ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiyanın İraq-Suriya sərhədində təhlükəsizliyi möhkəmləndirəcəyi və bununla əlaqədar olaraq PKK-nın bir qolu olan YPG-ilə əlaqəli olan Suriya Demokratik Qüvvələrinə təlim və təchizat üçün 250 milyon dollar ayıracağını bildirib. Lakin Rankin Qalluvey daha sonra bəyanatını dəyişib.

“Mənim qeydimin ikinci hissəsi səhvən 250 milyon dolların ABŞ-ın Suriyadakı partnyorlarına ayrılacağı kimi dəyişdirilib. Əslində mən 250 milyon dolların İordaniya və Livanda sərhədlərin təhlükəsizliyini dəstəkləmək üçün bu ölkələrin hökumətlərinə ayrılacağını bildirmişəm, Suriyadakı partnyor qüvvələrə deyil”, - deyə o vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pentaqon   YPG   Suriya  

Xəbər lenti

Pentaqonun YPG ilə bağlı məlumatında dəyişiklik edilib

2018/02/345345_1518686690.jpg
Oxunub: 352     13:24     15 Fevral 2018    