“İki Axilles dabanı”: Rusiya hərbi sənayesi sanksiyalara necə cavab verir

2018/02/rsz_rts1iikf456456_1518686100.jpg
Oxunub: 399     14:07     15 Fevral 2018    
Tvitter siyasəti təkcə Ağ Ev üçün deyil. Ötən ayn 8-də Rusiyanın hərbi sənayedən məsul naziri Dmitri Roqozin Hərbi-Sənaye Komissiyası (VPK) daxilində əməliyyat qərargahının yaradılması barədə tvit atdı. VPK Rusiyanın müdafiə sənayesində ən yüksək qərarverici orqandır. Bu tapşırıq qüvvəsi ABŞ sanksiyalarının Rusiya müdafiə sənayesinə təsirini və Dövlət müdafiə sifarişlərinin tətbiqinin monitorinqini aparacaq. Qərargaha nazir müavini Oleq Boçkarev başçılıq edəcək.

Ötən ilin iyulunda ABŞ Konqresi “Amerika düşmənlərinin qarşı sanksiya Qanununu” (CAASTA). Bura daxil edilən adlara oktyabrda “ROSTEC”, “United Aircraft Corporation”, “Almaz-Antey, “Kalaşnikov” kimi Rusiya Müdafiə sənayesi strategiyasının həyata keçirilməsindən məsul otuzdan çox müdafiə şirkətinin adı əlavə edildi. 2018-ci ilin yanvarından etibarən ABŞ administrasiyası CAASTA tərəfindən hədəf alınan hüquqi və fiziki şəxslərə qarşı sanksiyaları həyata keçirməyə başladı.

Sanksiyalar hazırda rəsmən VPK-nı narahat edir. Kimsə bəzi hərbi sənaye şirkətləri üçün vəziyyətin necə acınacaqlı olduğu haqda maraqlana bilər. Rusiya hərbi sənayesinə qarşı sektoral sanksiyalar Kreml üçün olduqca böyük bir müəmmadır. Bir tərəfdən Rusiya hərbi sənayesinin Qərb və Ukrayna detallarından asılılığını inkar edən bəzi rəsmilər sanksiyaların VPK üçün böyük bir lütfkarlıq olduğunu iddia edirlər. Onlar sanksiyaların rus müdafiə kompaniyalarını daha azad və səmərəli etdiyi fikrini müdafiə edirlər.

Digər tərəfdən isə sanksiyalar müdafiə sektorunda yeni bir şübhə toxumları əkib. Çünki Ukrayna ilə ənənəvi hərbi sənaye əməkdaşlığı məhv olub, Qərb isə əngəlləri artırmaqda davam edir. 2014-cü ildə Rusiya prezidenti Vladimir Putin sanksiyalara uyğunlaşmağın mümkünlüyünə şübhə etmədiyini bildirsə də, 2016-cı ildə onların hərbi sənayeyə çox ciddi çətinlik törətdiyini etiraf etməli oldu.

Moskva sanksiyalara iki sənaye strategiyası ilə cavab verməyi düşünürdü. Birincisi idxalın yerli istehsalla əvəzlənməsi idi. Bunun üçün iki idxal əvəzləmə proqramı hazırlanmalı idi. Bunlardan biri Ukrayna üçün, digəri isə Birləşmiş Ştatlar və digər NATO ölkələri üçün idi. Müdafiə sənayesində idxalın əvəzlənməsi fikri uzun müddət idi ki, gəzirdi, lakin sanksiyalar kontekstində sürətləndirildi. Bu strategiyaya görə, Rusiya 2025-ci ilə qədər hərbi detallar və ləvazimatların 85%-ni yerli məhsullarla təmin etməlidir. Daha çox məlumatın verilməməsinə rəğmən deyə bilərik ki, hər iki proqram hədəfləndiyi kimi getmir onların tam tətbiqi bu vaxta qədər bir neçə dəfə gecikdirilib.

İkinci strategiya isə idxalın xarici partnyorlardan edilən idxalla əvəzlənməsini nəzərdə tuturdu. Dövlət rəsmiləri iki istiqamətli yanaşma ortaya qoydular. Birinci və daha önəmlisi bu idi ki, Moskva xüsusilə mikroelektron detallar üzər ənənəvi partnyorlardan edilən idxalı artırırdı. Bu partnyorlara əsasən Çin, Hindistan və Belarus daxildir. Bu bir tərəfdən olan asılılığın başqa tərəfə olanla əvəzlənməsi mənasına gəlir. Eyni zamanda müdafiə sənayesi strategiyaya uyğun olaraq xarici istehsal mərkəzləri ilə ortaq layihələr həyata keçirməyi planlaşdırırdı. Bu, bir mənada Rusiyaya dolayı da olsa qərb texnologiyasına çıxış təmin edəcəkdi.

Lakin başlıca problem qalmaqdadır. Dmitri Roqozinin də adlandırdığı kimi müdafiə sənayesinin “iki Axilles dabanı” olan mikroelektron komponentlər və alətlər hələ də problemdir. Çünki yerli istehsal məhduddur və bu tələblərə uyğunlaşa bilmir. Üstəlik qiymət nəzarəti müdafiə sənayesinin üzləşdiyi başqa bir problemdir. Çünki əvəzlənən komponentlərin təkmilləşdirmə xərcləri artır. Özünü təmin daha baha başa gəlir.

Nəhayət, idxal əvəzlənməsi dəyişdiriləcək komponentlərin və alt sistemlərin əhatəli və inteqrativ terminologiyasının olmamasından dolayı da axsayır. Bütün idxalat müqavilələrinin və qiymətləndirmənin əhatəli mühasibatı 2014-cü ildə proqramların başladılmasından əvvəl edilməliydi.

Hərbi sferada idxalın əvəzlənməsi siyasətindən, Qərb və Ukrayna detallarından asılılığı azaltmaqdan daha çox, iqtisadi siyasətdə və istehsalda dərin bir dəyişikliyə daha çox ehtiyac var. Bu, bu vaxta qədər Rusiya müdafiə sənayesində baş verməyib. O, baş vermədiyi müddətcə sanksiyalar ölkənin müdafiə sifarişlərinə əngəl törətməyə davam edəcək.

Mateyu Boleqi (Beynəlxalq Məsələlər üzrə Kral İnstitutunda Rusiya və Avrasiya Proqramı üzrə tədqiqatçı)
Tərcümə etdi: Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   ABŞ   Müdafiə-sənayesi   Sanksiya  

Xəbər lenti

“İki Axilles dabanı”: Rusiya hərbi sənayesi sanksiyalara necə cavab verir

2018/02/rsz_rts1iikf456456_1518686100.jpg
Oxunub: 400     14:07     15 Fevral 2018    