Havayda yeni raketdən müdafiə radar sistemi quraşdırılacaq

2018/02/456456_1518679438.jpg
Oxunub: 475     15:22     15 Fevral 2018    
Havay üçün gücləndirilmiş raketdən müdafiə üzrə radar sistemi 2023-cü ilin payızında istifadəyə veriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sakit Okean Komandanlığının rəhbəri admiral Harri Harris bildirib.

Onun sözlərinə görə, “Ana Vətən Müdafiə Radarı – Havay” üçün yerləşdirilmə prosesi bitmək üzrədir. Bu il ərzində işlərin görülməsi üçün kontraktın bağlanması planlaşdırılır.

“Yeni radar Sakit okeanda diskriminasiya qabiliyyətini və ballistik raketlərin aşkarlanmasını gücləndirəcək. O, həm də yerüstü müdafiə sistemlərinin imkanlarını da artıracaq və Havayın müdafiəsi üçün əlavə dəstək olacaq”, - deyə admiral bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Havay   RƏM  

Havayda yeni raketdən müdafiə radar sistemi quraşdırılacaq

2018/02/456456_1518679438.jpg
Oxunub: 476     15:22     15 Fevral 2018    