Sarkisyan kilsəyə qarşı: Düşmən ordusunda keşişlər cinayət məsuliyyətinə cəlb olunacaqmı?

2018/02/top34534_1518678127.jpg
Oxunub: 1015     11:00     15 Fevral 2018    
Ermənistan höküməti bir neçə uğursuz cəhdlərdən sonra “məcburi dönüşüm” halını cinayətkarlıq hesab etməyə çalışır. 2011-ci ildə də bənzər cəhd edilib. Ancaq bu Avropa Şurası Venessiya komissiyası, dini təşkilatlar və hüquq müdafiəçiləri tərəfindən qəbul edilmədiyinə görə Ermənistan höküməti, o zaman geri addım atmağa məcbur oldu.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda “məcburi dönüşüm” halına görə Ermənistan ədliyyə nazirliyi cinayət məcəlləsində 300 min dramdan 2 il müddətinədək həbs nəzərdə tutulan dəyişiklik təklif edir.

Qanun dəyişikliyinin müəllifi olan erməni nazir maraqlı tərəfləri əmin edib ki, bu qanun layihəsi kilsəyə də şamil ediləcək. Bu halda Ermənistan apostol kilsəsi daha hərbi qulluqçuları məcburi dini ayinlərə cəlb edə bilməyəcək.

Bu qanunla həm də dini təşkilatların hökumətin rəsmi saytında hər il maliyyə hesabatları yerləşdirilməsi tələb olunur, kilsə isə buna əməl etmir.

Hələki erməni kilsəsi ilə qüvvədə olan “Vicdan azadlığı və dini təşkilatlar haqqında” qanun layihəsindəki münasibətlər müzakirə edilir. Ancaq dövlət və kilsə münasibətləri ayrıca qanunla tənzimlənəcək.

“Din və hüquq mərkəzinin” direktoru, erməni dinşünas Armen Lusyan qanundakı son dəyişikliyi yaxşı hesab etmir, onun fikrinə görə əvvəl ictimai müzakirəyə verilmiş qanun layihəsindən əsaslı şəkildə fərqləndiyini bildirib. Qanun layihəsində vicdan azadlığı xeyli məhdudlaşdırılıb. Onun sözlərinə görə, qanun layihəsi elə hazırlanıb ki, istənilən dini təbliğat cinayət məsuliyyətinə çevrilə bilər. O, qanun layihəsinə yenidən baxılmasının vacibliyini qeyd edib.

"Qanun layihəsinin adı vicdan azadlığıdır, vicdan məhdudlaşdırılması deyil. Bunu unutmamaq lazımdır", - deyə Lusyan öz narahatlığını ifadə edib.

Ermənistanda məcburi "dini dönüşüm"lə ümumtəhsil müəllimləri və orduda zabitlər məşğuldur. Hazırda 14 dini təşkilat Ermənistan ədliyyə nazirliyinə öz təkliflərini göndərib.

"Qanun layihəsinin əvvəlki variantında düzəlişlər etməklə demokratik bir qanun əldə etmək mümkün olsa da, son variantda bu imkandan məhrum edilmişik", - deyə narahatlıq olan dini təşkilatların nümayəndələri bildirib.

“Demokratiya naminə əməkdaşlıq” ictimai təşkilatının rəhbəri Stepan Danielyan "məcburi dönüşüm"ün cinayətkarlıq hesab edilməsini düzgün addım sayır.

O, Ermənistanda məcburi dini dönüşümlə ümumtəhsil müəllimlərinin və orduda zabitlərin məşğul olduğuna dair konkret faktların mövcud olduğunu bildirib: "Müəllimlər təhsil nazirinin iştirakı ilə tədbirlərdən birində uşaqların məcburi qaydada xaç suyuna çəkilməsinin təşkil edildiyi barədə məlumat verərək, bununla qürur duyduqlarını ifadə ediblər. Orduda da eyni vəziyyətin hökm sürür və cəzasızlıq baş alıb gedir".

Lakin, yeni qanun layihəsində bir sıra ikili standartların olduğunu qeyd edən Danielyan, qanun layihəsində erməni apostol kilsəsinin və digər dini təşkilatların ayrıca nəzərdə tutulmasının narahatlıq doğurduğunu bildirib.

"Gələcəkdə dövlət və kilsə münasibətlərini tənzimləyən yeni qanun layihəsinin olacağını düşünməyə əsas verən hallar var. Belə olan halda kilsəyə xüsusi status və üstünlüklər veriləcək, bu üstünlüklər orduda və ümumtəhsil məktəblərində də qüvvəyə minəcək, beləliklə kilsə-dövlət, münasibətləri artıq siyasi anlam və səbəblər daşıyacaq", - deyə o qeyd edib.

Hüquq müdafiəçisi, bununla yanaşı qeydiyyatla bağlı ciddi tələblərin qoyulmasını, misilsiz cərimələrin və cəzaların cinayət və inzibati qanunvericilikdə nəzərdə tutulmasının ciddi narahatlıq yaradan məsələ olduğunu qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Erməni-kilsəsi   Cinayət   Həbs  

Xəbər lenti

Sarkisyan kilsəyə qarşı: Düşmən ordusunda keşişlər cinayət məsuliyyətinə cəlb olunacaqmı?

2018/02/top34534_1518678127.jpg
Oxunub: 1016     11:00     15 Fevral 2018    