ABŞ-dan Ermənistana sanksiya xəbərdarlığı edilib

2018/02/eng145556414676324_1518629040.jpg
Oxunub: 176     16:19     14 Fevral 2018    
ABŞ Ermənistan hökumətinə qarşı sanksiyalar tətbiq edə bilər.

Ordu.az “Haykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, ABŞ Ermənistan hökümətini Rusiyanın hərbi sənaye müəssisələri ilə əhəmiyyətli razılaşmalar imzaladığı halda sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdar edib.

Bu barədə qəzetin, “sanksiyaların hədəfində Ermənistanın da ola bilərmi və mövzu ilə əlaqədar hakimiyyət orqanları ilə hər hansı danışıqlar aparılırmı?” sualına ABŞ-ın Ermənistandakı səfirliyindən cavab verilib.

“Digər dövlətlərin hökümət və özəl şirkətlərinə də Rusiyanın hərbi sənaye müəssisələri ilə əhəmiyyətli razılaşmalar imzaladıqları halda sanksiyalarla üzləşə biləcəkləri barədə xəbərdarlıq edilib. Biz sanksiyaları öncədən müzakirə etmirik. Belələri olduğu halda, biz bu sanksiyaları elan edirik”, - deyə səfirliyin mətbuat xidmətindən bildiriblər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   ABŞ   Sanksiya  

Xəbər lenti

ABŞ-dan Ermənistana sanksiya xəbərdarlığı edilib

2018/02/eng145556414676324_1518629040.jpg
Oxunub: 177     16:19     14 Fevral 2018    