"The National Interest": "Tip 99" M1 "Abrams" və T-90-ı məğlub edə bilərmi? - ANALİZ

2018/02/regnum_picture_1518615065381971_big3242_1518625105.jpg
Oxunub: 478     20:20     14 Fevral 2018    
Çinin ən yeni əsas döyüş tankı "Tip 99" təbii olaraq mütəxəssislərin, ictimaiyyətin və mətbuatın diqqətini çəkir. Bu maraqların təzahürlərindən biri Çinin yeni tankını müasir xarici zirehli maşınlarla müqayisə etmək cəhdidir. Ən son belə bir müqayisə Amerika nəşri olan "The National Interest" tərəfindən hazırlanıb.

Yanvar 23-də "The Buzz" bölməsində Sebastian Roblin tərəfindən "Çinin "Tip 99" tankı: Bu, M1 "Abrams" və ya Rusiyanın T-90 tankını məğlub edə bilərmi?” adlı məqaləsi işıq üzü görüb. Təhlükəsizlik bölməsinə aid olunan məqalədə müəllif üç aparıcı ölkənin son zirehli texnika nümunələrini müqayisə etməyə çalışıb.

S. Roblin məqaləsinə Çinin təxminən 8 və ya 9 min tanka sahib olmasından başlayır və dərhal sual yaranır: başqa kim bu qədər zirehli qoşunları saxlaya bilər? Yalnız ABŞ və Rusiya. Burada müəllif həm nizami döyüş hissələrində, həm də saxlama bazalarında olan ümumi tank sayının cəmindən söhbət getdiyini nəzərə çatdırır.

Çox sayda avadanlıqların mövcudluğuna baxmayaraq, hələ də ordu sıralarında bir çox köhnə maşınlar xidmət göstərir. Aralarında 1950-ci illərin Sovet texnikalarının bənzəri, hətta eynisi olan "Tip 59" və ya "Tip 69" tankları da var. Köhnə tanklar o qədər çoxdur ki, onları bəzən qeyri-xarakterik rollarda istifadə edirlər. Beləliklə, S. Roblinə "gənclik" maraqlarına xidmət etmək üçün uşaq meydanında yerləşdirilən köhnə tanka rast gəlmək belə qismət olub.

Bununla belə, Çinin "Tip 99" yeni tankı xarici mütəxəssislərin diqqətini çəkir və hətta hörmətinə də səbəb olur. Eyni zamanda bu tip maşınlar hələ ixrac edilməyib və döyüşdə istifadə edilməyib. Bu texnikaya marağın səbəbləri sadədir. İstehsalçı xarici analoqlarla müqayisə edilə biləcək qədər çox yüksək texniki göstəricilər bəyan edir. Bundan əlavə, layihədə bəzi xüsusi həllərdən istifadə edilib.

S. Roblin "Tip 99" Çin tankını nəzərdən keçirərək onu Amerikanın M1A2 "Abrams" və Rusiyanın T-90A tankları ilə müqayisə edir.

Texnikanı öyrənmək və müqayisə etməzdən əvvəl, müəllif başqa bir təklif edir. O, əvvəlcə Çinin tanklara olan ehtiyacını müəyyən etməyi zəruri hesab edir. Pekinin son illərdəki əsas səyləri Sakit okeana doğru yönəlib və buna görə də belə bir sual məqbul görünür. "Tip 99" və Amerikanın "Abrams" tanklarının mümkün toqquşması da əslində sual altındadır. Bu baxımdan, S. Roblin zarafatla Çin tanklarının Sakit okeanı üzərək Skarboro Şol atollasını atəşə tuta biləcəyini də vurğulayır.

Zarafatı kənara qoysaq, həqiqətən də "Tip 99" və M1 “Abrams” tanklarının qarşı-qarşıya gəlmək ssenarisi real görünmür. Eyni zamanda Tayvan, Amerika zirehli vasitələrinə maraq göstərir, Avstraliyada isə artıq 60 ədəd "Abrams" tankı var. Müxtəlif ölkələrdən tankların toqquşması məsələsini nəzərdən keçirdikdə, Rusiya texnologiyasını da araşdırmaq məqsədəuyğun hesab oluna bilər. Moskva hazırda Pekinlə yaxşı münasibətlər qurur, lakin altmışıncı illərdə iki ölkə arasındakı fikir ayrılıqları az qaldı ki, müharibəyə gətirib çıxarsın.

Rusiya Vyetnam və Hindistan üçün silah sitemləri satır. Bu sistemlərin bəzilərinin Dehli və Hanoy tərəfindən Çin ordusu ilə mübarizə aparmaq üçün nəzərdə tutulduğu aşkardır.

"BrahMos" raketləri və Hindistanın şimal sərhədləri boyunca yerləşdirilən mindən çox T-90 tankları hansı məqsədlə istifadə edilə bilər? Müəllif Asiya dövlətlərinin əlaqələrini xatırladır. Beləliklə, 1962-ci ildə Çin Hindistanla, 1979-cu ildə isə Vyetnamla müharibə aparıb. Eyni zamanda, Vyetnam digər ölkələr kimi T-90 tanklarını satın almaq ehtimalı ilə də maraqlanır.

Hindistan potensial super gücdür və buna görə də Çin onu real təhlükə olaraq görür. Çin komandanlığı hipotetik bir hərbi qarşıdurma vəziyyətində istifadə üçün sərhəd infrastrukturunu hazırlayır. Müharibə vəziyyətində, bu sərhəd dağlarında ordunun fəaliyyətini təmin edəcək. Bundan əlavə, Çin Pakistanla hərbi-texniki sahədə sıx əlaqələrə malikdir. Pakistan isə bir neçə dəfə Hindistana qarşı vuruşub.

Nəhayət, müəllif Şimali Koreya məsələsini nəzərdən keçirmək təklif edir. Pxenyan hakimiyyətinin dağılması və ya vətəndaş müharibəsinin baş verməsi halında Pekin nə edəcək? İddia edilən ssenarilərdən biri Çin Silahlı qüvvələrinin müdaxiləsini və qayda- qanunun bərpasından ibarətdir. Bu halda, Çin ordusu Cənubi Koreyanın silahlı qüvvələri ilə qarşılaşma riski də böyükdür. Potensial münaqişə bütün müharibələrdə olduğu kimi burada da heç kimə lazım deyil və daha böyük risklərlə əlaqəlidir. Buna baxmayaraq, Çin sərhədlərində zirehli qüvvələrin iştirakı ilə başlaya biləcək döyüş ssenariləri mövcuddur.

S. Roblin bunu siyasətlə bitirmək və texniki xarakterli məsələlərin nəzərdən keçirilməsini təklif edir. Bu proses "müsabiqədə iştirakçıların təqdimatı" ilə başlayır.

Müəllif M1 "Abrams" tankını klassik Amerika istehsalı adlandırır. Bu maşın 1991-ci il müharibəsi zamanı İraq ordusundakı Sovet tanklarını onların atəşindən itki vermədən məhv edə bildi. "Abrams" yeni tank deyil, lakin ordu daim onu lazımi səviyyədə saxlamaq üçün yeni sursatlar, aşkaretmə və mühafizə texnologiyaları sifariş edir.

T-90 “Soyuq Müharibə”dən sonra yaradılan ilk Rusiya tankıdır. S. Roblin hesab edir ki, bu maşın yüksək potensiala malik olmasına baxmayaraq, "Abrams" ilə rəqabət aparmağa qadir deyil. Avadanlıqlar yenilənib, daha yüksək atəş dəqiqliyi və yeni dinamik mühafizə ilə təchiz edilib. T-14 inqilabi tankı hələ xidmətə hazırlaşarkən, təxminən 550 ədəd T-90A vasitəsi zirehli qüvvələrdə xidmət etməkdə davam edir. Tankın inkişafı çərçivəsində T-90AM layihəsi yaradıldı, lakin onlardan qoşunların yenidən silahlanmasında istifadə olunmadı. Bənzəri olan 354 ədəd T-90MS tankı Hindistanla Çin sərhədinə yerləşdirilməsi məqsədilə Hindistana satıldı. Ümumiyyətlə, Hindistan ordusunda T-90 tankının 1200-dən çox müxtəlif növləri var. Əlcəzair T-90 parkını 800 ədədə qədər artırmağı planlaşdırır.

Çin tankı "Tip 99" Alman maşını Leopard 2 "qərb stilli" qülləsinə və Sovetlərin T-72 korpusuna bənzər bir quruluşa malikdir. İlk dəfə tank 1999-cu ildə keçirilən paradda görünüb və "Tip 98" kimi tanınıb. İki ildən sonra bu maşın "Tip 99" adı altında silahlanmaya qəbul edildi. 57 ton döyüş çəkisi ilə Çin tankı ABŞ-ın"Abrams" (70 t) və Rusiyanın T-90 (48 t) arasında aralıq mövqe tutur. Çin sənayesi layihəyə bir sıra yeni həllər təqdim etdi. Nəticədə, digərləri arasında, modernləşdirilən "Tip 99A2" tankı meydana gəldi.

Hal-hazırda Çin ordusunun 16 tabor arasında paylanan təxminən 500 ədəd "Tip 99" tankı var. Həmçinin 124 ədəd yeni A2 versiyası hazırlanıb. VT-4 ixrac tank variantını yaratmaq üçün "Type 99" ailəsinin layihələrində istifadə olunan bəzi texnologiyalar təkrar tətbiq olunub. Ancaq bu maşınlar üçüncü ölkələrə təklif edilmir.

Atəş gücü

T-90 və "Tip 99" tankları sovet texnologiya məhsulu olan avtomatik yükləmə mexanizmli 125 mm toplarla təchiz olunub. Fars körfəzindəki müharibə zamanı belə silahlar "Abrams" və "Challenger" tankları ilə mübarizə aparmaq üçün kifayət qədər imkanları olmadığını göstərdi. Lakin sonradan, yaxın məsafələrdə Amerika texnologiyasını öndən zirehini vuraraq məhv edə bilən volfram elementli yeni zirehdələn mərmilər hazırlandı.

"Tip 99A2" yeniləndi, nəzəri cəhətdən mərminin daha yaxşı sürətləndirilməsini, zireh dəlmə qabiliyyətini və atəş məsafəsini artmasını təmin edən daha uzun topa sahib oldu. Sabitləşdirici qurğu da yeniləndi.

S. Roblin "Tip 99" yeni modifikasiyada 140 mm-lik top əldə edə biləcəyinə dair məlumatları xatırladır. Sonuncu sınaqlara çıxarıldı, lakin atəş yükünə qarşı davam gətirə bilmədi və top zədələndi. Rusiyanın da bənzər planları var. Yeni T-14 tankı daha böyük kalibrli yeni bir top əldə edə bilər.

120 mm M1 "Abrams" tankları rəqibləri ilə müqayisədə 15-25% yüksək zireh dəlmə qabiliyyətinə malik "siyasi mübahisəli" zəifləşdirilən uran özəyinə malik M829 mərmilərindən istifadə edir. "Kontakt" və ya "Relikt" tipli dinamik qoruma arxasında zirehləri dələ bilən M829 mərmilərinin yeni modifikasiyasının istehsalına başlanılıb.

Çin də zəiflədilən urandan istifadə edərək, öz zireh dələn mərmilərini hazırlayıb. Bu tip mərmilərlə təchiz edilən Çinlilərin 125 mm-lik topları Amerikanın M1 tankını 1400 m-ə qədər məsafədə zirehini dəlib keçdiyi iddia olunur.

"Abrams" ekipajında doldurucu nəzərdə tutulur ki, bu da müəyyən bir üstünlük verir. Amerikalı tankçılarının fikrincə, belə bir ekipaj daha effektivdir, daha yüksək dərəcədə atəş tezliyi göstərməyə qadirdir və fövqəladə hallarda isə ehtiyat insan qüvvəsi yaranır. Eyni zamanda dördüncü ekipaj üzvü üçün qüllədə əlavə bir həcm tələb olunur, ona görə tank daha böyük və daha ağır alınır.

"Tip 99" və T-90 topun lüləsindən tank əleyhinə raketlərdən də atəş aça bilər, M1 isə bu qabiliyyətə malik deyil. Teorik olaraq, uzun mərtəbələrdə atəş açmaq və ya aşağı uçan helikopterlərlə mübarizə aparmaq üçün raket sistemi faydalı ola bilər. Lakin, oxşar raket sistemləri tanklarda təxminən yarım əsrdir ki, mövcuddur və çox nadir hallarda istifadə edilir.

Müəllif atəş gücünün kontekstində aşkarlama və nişangah vasitələrinin həlledici amil olduğunu göstərir. Son illərdə Rusiya sənayesi tank nişangahları və termal görüntüləyicilər sahəsində bir sıra mühüm addımlar atıb, lakin hələ də xarici ölkə məhsullarından nisbətən geridə qalırlar. Belə ki, bəzi T-90A tankları fransız istehsalı olan avadanlıqlarla yeniləndi. T-90MS tanklarında Rusiya istehsalı olan "Kalina" atəşi idarəetmə sistemindən istifadə edilir.

Çin yaxşı elektronikası ilə tanınır və bu, tank istehsalı sahəsində müsbət nəticələr verə bilər. Ən yeni "Tip 99A2" tankları ehtimal ki, yeni bir termal görüntüləmə avadanlığına malikdir. Bəzi təxminlərə görə, bu avadanlığın texniki xüsusiyyətlərinə görə, Çin tankı Rusiyanın T-90A tankından üstün ola bilər.

Qorunma

Birinci versiya "Tip 99" kombinə edilən zireh və dinamik qorunma ilə təchiz olunub. "A2" yeni modifikasiyasında Rusiyanın "Relikt" sisteminə bənzəyən yeni bir qoruyucudan istifadə edilir. Bu kompleks təhlükəni aşkar etmək üçün radiolokatordan istifadə etməlidir və mərmi zirehə vurmadan əvvəl müdafiə elementini partladacaq. Bu köhnə növ dinamik qorunmalara nüfuz edə bilən tandem kumilyativ mərmilərlə mübarizə aparmağa imkan verir.

T-90A tankları nisbətən köhnə "Kontakt-5" mühafizə sistemi ilə təchiz olunur. Hindistan üçün yeni T-90MS isə "Relikt" sistemi ilə təchiz edilib. Bu sistemlərin hər ikisi tank əleyhinə raketlərindən qorunmaq üçün çox səmərəlidir və kinetik mərmilərə qarşı qorunmada da müəyyən potensiala malikdir.

Çin texnikası lazer şüalanması barədə xəbərdarlıq cihazları ilə təchiz olunub ki, bununla da ekipajın düşmən hücumundan xəbər tutması və lazımi tədbirləri görə bilməsinə imkan verir. Suriyadan və ya Yəməndən olan videolar, tank əleyhinə raket ilə tanka hücum edildikdə, lazer işarəsinin uzun müddət hədəfin üzərində dayanmasının lazım olduğunu göstərir. 20-30 saniyə ərzində isə tank lazer şüalanma sensorlarınin xəbərdarlığı sayəsində atəşdən qaça bilir və bu da sistemin əhəmiyyətini göstərir.

"Tip 99" infraqırmızı və ya lazer başlıqlı olan raketlərlə mübarizə aparmaq üçün lazer qurğusuna sahibdir. Bundan əlavə, bu cihaz düşmənin optik-elektronik sistemlərinə hücum edə bilər və ya düşmən müşahidəçilərinin görmə orqanlarına qarşı istifadə edilə bilər. Xoşbəxtlikdən, bu cür avadanlıq hələ döyüşdə istifadə edilməyib və bu səbəbdən indiyə qədər lazerlərin real imkanları tam məlum deyil.

Həmçinin "Tip 99A2" şifrəli məlumatları lazer şüası ilə ötürən rabitə avadanlıqları ilə təmin olunub. Bu avadanlıq həm digər bölmə və texnikalarla əlaqə saxlamaq, həmçinin aşkar edilən texnikaların mənsubiyyətini müəyyən etmək üçün istifadə edilə bilər.

T-90 tanklarında düşmənin lazer şüalanmasını basdırmaq və ya aerozol buludu yaratmaq üçün "Ştora" (Pərdə) sistemi nəzərdə tutulub. Sonuncu tankı gizlədir və hücumdan uzaqlaşmağa şərait yaradır. M1 "Abrams" öz növbəsində, aktiv, dinamik qorunma və ya lazer şüalanma sensorları ilə təchiz edilməyib. Yəqin ki, belə avadanlıqlar sonrakı təkmilləşdirilən variantlardan istifadə ediləcəkdir.

Hal-hazırda M1A2 tankının müdafiəsi 800 mm homogen polad ekvivalentində kinetik məmilərə qarşı və 1300 mm ekvivalentində kumilyativ mərmilərə qarşı davamlılq əmsalına malik "Chonham" zirehindən ibarətdir. Müqayisə üçün T-90 tankının qorunması 650 mm ekvivalentində davamlılıq əmsalı ilə qiymətləndirilir. "Abrams"ın mühüm xüsusiyyətlərindən biri də sursatın ayrıca bir bölmədə saxlanmasıdır ki, bu da zədələnmələr zamanı ölümcül nəticələr ehtimalını azaldır.

Lakin, faktiki olaraq müdafiə və qorunma göstəriciləri tam məxfidir.

Hərəkətlilik

Sözügedən maşınlardan ən sürətli olanı saatda 50 mil/s (80 km/s) qədər şosse yolda sürətlənə bilən Çinin "Tip 99" tankılarıdır.

M1 "Abrams" və T-90MS maşınları saatda 42 və 45 mil (67 və 72 km/saat) sürətlə hərəkət edə bilir. Yaşlı T-90A yalnız 35 mil/saat (56km/s) sürətlənə bilir. Eyni zamanda, Amerika tankının qaz turbinli mühərriki yanacaq çənlərini 240 mil (386 km) məsafədən sonra boşaldır. T-90 və "Tip 99" tanklarının məsafə ehtiyatı isə 300 mildən çoxdur (486 km-dən çox). Bundan başqa ağır "Abrams" tanklarını hərbi əməliyyatlar teatrına çatdırmaq daha çətindir.

Müəllif həmçinin qeyd edir ki, "Tip 99" tankı texniki vəziyyətə nəzarət etmək üçün müasir rəqəmsal sistemlərlə təchiz olunub. M1 "Abrams" tanklarına da ən son modernizasiya prosesi çərçivəsində oxşar cihazlar quraşdırılır.

Hərəkətlilik göstəricilərini araşdırdıqdan sonra, "The National Interest"ın müəllifi müqayisəni yekunlaşdırdı. S. Roblinə görə, Amerika döyüş vasitəsi ən yüksək atəş gücünə malikdir. Bu vəziyyətdə ən yaxşı müdafiə olunan Çin tankıdır. O, həmçinin hərəkətlilik göstəricilərində də qalib gəlir. Rusiya T-90A tankı bir sıra parametrlərdə rəqiblərinə uduzur. Yalnız T-90MS yeni bir dinamik qorunma və təkmilləşdirilən atəşin idarəetmə cihazları ilə digər müasir döyüş tankları ilə rəqabət aparmağa tam qadirdir.

Bununla belə, yadda saxlanılmalıdır ki, "Tip 99" tankının qorunması, silahları və elektron sistemlərinın real xüsusiyyətləri dəqiq məlum deyil. Bundan başqa, "Abrams" və T-90-dan fərqli olaraq, bu tank heç vaxt ixrac edilməyib. Pekin həm də real texniki göstəriciləri gizlətmək və şişirdilən xüsusiyyətləri elan etmək vərdişi ilə də tanınır.

Buna baxmayaraq, hazırkı vəziyyətin bütün xüsusi məqamları və məlumatların əksəriyyəti bizə çox dəqiq bir nəticəyə gəlməyə imkan verdi. Köhnə tankların "Tip 59" varlığına baxmayaraq, Çin müasir döyüş vasitələrini inkişaf və istehsal etməyə qadirdir. "Tip 99" kimi tankın mövcudluğu Çin Xalq Respublikasının lideri Si Tsinpinin silahlı qüvvələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasının zəruriliyi barədə son sözləri ilə çox yaxşı uzlaşır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Tip-99   Abrams   T-90  

Xəbər lenti

"The National Interest": "Tip 99" M1 "Abrams" və T-90-ı məğlub edə bilərmi? - ANALİZ

2018/02/regnum_picture_1518615065381971_big3242_1518625105.jpg
Oxunub: 479     20:20     14 Fevral 2018    