Pakistan BQ rəisi: “Terrorçular ölkəmizdəki əfqan qaçqınlarından faydalanmağa çalışır”

2018/02/345345_1518609453.jpg
Oxunub: 622     19:55     14 Fevral 2018    
“Terrorçular ölkəmizdəki 2,7 milyon əfqan qaçqınından faydalanmağa çalışır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Pakistan Silahlı Qüvvələri Baş Qərargah rəisi general Qəmər Cavid Bəcva səsləndirib.

Məsələ ilə bağlı Kabildə baş tutan Baş Qərargah rəislərinin görüşündə danışan general terrorçuların əfqan qaçqınlarından faydalanaraq, yerləşdirildikləri yerlərə sığınmağa çalışdıqlarını bildirib.

O, terrorçuların həm bundan , həm də effektiv sərhəd təhlükəsizliyi koordinasiyasının olmamasından istifadə etməyə çalışdığını, lakin Pakistanın ərazisindəki bütün terror ocaqlarını təmizlədiyini əlavə edib.

O, Pakistan Baş Qərargahının dəfələrlə regional sülhə və sabitliyə gedən yolun Əfqanıstandan keçdiyi ilə bağlı verdiyi bəyanatları xatırladıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pakistan   Əfqanıstan  

Pakistan BQ rəisi: “Terrorçular ölkəmizdəki əfqan qaçqınlarından faydalanmağa çalışır”

2018/02/345345_1518609453.jpg
Oxunub: 623     19:55     14 Fevral 2018    