B-21 "Raider": Hərbi Hava Qüvvələrinın ümidi və maliyyələşmə ilə bağlı problemlər - ANALİZ

2018/02/2_3037212072.jpg
Oxunub: 2324     15:03     14 Fevral 2018    
Pentaqonun hazırki planlarına görə, növbəti onilliyin ortalarında "Northrop Grumman" şirkəti tərəfindən hazırlanan perspektivli B-21 "Raider" uzunməsafəli bombardmançı təyyarəsi havaya qalxmalıdır. HHQ üçün yeni bir maşının yaradılması müəyyən texniki, maliyyə və təşkilati problemlərlə bağlıdır. Son həftələrdə məlum ki, bəzi aktual problemlər istənilən nəticələri əldə etməyə mane ola bilər. Əsasən işlərin uzanması və müəyyən edilən cədvəldən geri qalma məsələləri daha çox müzakirə olunur.

Xatırladaq ki, 2014-cü ildə ABŞ hərbi rəhbərliyi "Long-Range Strike Bomber" (LRS-B) adı altında uzunməsafəli bombardmançı hazırlamaq üçün yeni bir proqram təsdiq etdi. Növbəti ilin oktyabr ayında "Northrop Grumman" şirkəti ilkin layihələr müsabiqəsinin qalibi oldu. Rəqiblərdən gələn tənqidlərə baxmayaraq, o, yeni maşının layihələndirmək üçün sifariş aldı. Bir neçə aydan sonra yeni bombardmançı B-21 "Raider" rəsmi adını aldı.

Bu günə qədər artıq aparıcı şirkət Pentaqon ilə birlikdə subpodratçıların siyahısını müəyyənləşdirərək tamhəcmli layihə işlərinə başlayıb. Yaxın bir neçə il ərzində layihələndirmə mərhələsini başa çatdırmaq və seriya istehsalına hazırlıq mərhələsinə keçmək planlaşdırılır. Bu mərhələdə B-21 layihəsinin bir sıra problemləri üzə çıxdı və doğrudan da bu problemlər daha çox Amerika hakimiyyətində olan ümumi neqativ vəziyyətlə əlaqəli idi.

Yanvarın 18-də "Northrop Grumman" şirkətinin B-21"Raider" layihəsinin inkişafı mövzusuna ABŞ Hərbi Hava Qüvvələri Komandanının müavini Matt Donovan da toxundu. Həmin ərəfədə Konqresdə bir sıra müdafiə proqramlarının gələcəkdə maliyyələşdirilməsi mövzusunda şiddətli mübahisələr gedirdi. Digər məsələlərlə bərabər bəzi yeni layihələr üçün də ayrılan vəsaitlərin azaldılması təklif olunurdu. Onlardan biri də yeni bombardmançı hazırlanması proqramı ola bilərdi. Donovana görə, bu azalma layihə-dizayn işlərində yavaşlamasına gətirib çıxara bilərdi.

Konqresin dövlət orqanlarının gələcəkdə maliyyələşdirilməsi barədə qərar qəbul etməkdə yekun qərara gələ bilməməsi, onların işlərinin müvəqqəti dayandırılmasına səbəb olacağı labüd idi. Bu şərtlərdə Hava Qüvvələrinin rəhbərliyi qanunverici qurumların hərbi xərclərin azaldılmasını təklif edə biləcəyindən narahat idi ki, bu da perspektivli layihələrə zərər verə bilərdi. Digər yeni layihələr ilə birlikdə B-21 "Raider" proqramının da ixtisar olunma şansı böyük idi.

Matt Donovan bildirib ki, hazırda xərclərin uzunmüddətli azalması B-21 "Raider" layihəsinin tədqiqat və inkişaf mərhələlərinə ağır zərbə ola bilər. Yeni layihələrin maliyyələşməsi 2010-cu ilin səviyyəsinə endirilə bilər, bu halda 2018-ci il üçün sifarişlər yalnız qismən təmin ediləcək. Bütün bunların LRS-B layihəsi də daxil olmaqla müxtəlif proqramlar və layihələr kontekstində kritik nəticələri ola bilər.

Mətbuat nümayəndələri Matt Donovandan B-21 bombardmançısının gələcək perspektivləri barədə soruşdular. Onlar əsasən maliyyələşmə problemləri davam edərsə, yeni təyyarələrin ilkin əməliyyat hazırlığına nə zaman çatacaqları ilə maraqlandılar.

Komandan müavini layihə üzrə tələb olunan xərclərin azaldılmasının onun həyata keçirilməsi qrafikinə təsir edəcəyini təsdiqlədi. Eyni zamanda qoşunların yeni avadanlıqlara nə zaman sahib olacağı barədə konkret məlumat vermədi və tarix dəqiqləşdirmədi.

Eyni zamanda hava qüvvələrinin rəhbərliyi 2019-cu maliyyə ili üçün büdcəsinin yeni layihəsini hazırlanması üzərində işləyir. Büdcə tələbi fevral ayının ortalarında təqdim olunmalıdır. Matt Donovan layihənin detallarını ifadə etmədi, lakin onun hazırlanmasının bəzi xüsusiyyətlərini qeyd etdi. Onun sözlərinə görə, növbəti il üçün müdafiə büdcəsi layihəsi Milli Təhlükəsizlik Strategiyası ilə bağlı işlərlə paralel olaraq tərtib edilir. Bu strategiyaya görə, ABŞ Rusiya və Çin üzərində müəyyən üstünlüklərə malik olmalıdır. Hərbi büdcənin yeni layihəsi bu tələbləri nəzərə alacaq.

Hərbi Hava Qüvvələri Komandanının müavini büdcə tələblərinə aid dəqiq rəqəmlər göstərmədi və digər detalları açıqlamadı, lakin B-21/LRS-B proqramı mövzusuna toxundu. Onun sözlərinə görə, perspektivli uzunməsafəli bombardmançı layihənin maliyyələşdirilməsi mütləq artacaq. Bununla birlikdə maliyyələşmənin necə və nəyin hesabına artacağını göstərmədi.

Matt Donovanın çıxışından sonra məlum oldu ki, Konqres lazımlı qərarları vaxtında qəbul edə bilməyib. Müavinin çıxışından iki gün sonra – yanvarın 20-də dövlət orqanlarının işi iki gün müddətində dayandırıldı. Vəsait olmaması bir çox strukturların işinə mənfi, bir sıra layihələrə isə arzuolunmaz təsir göstərdi. Lakin B-21 "Raider" layihəsi barədə növbəti rəsmi məlumat heç də pessimist deyildi.

Bir neçə gün öncə ABŞ-ın hərbi və siyasi rəhbərliyi yeni "Nüvə Siyasəti İcmalı"nı dərc etdi. Bu sənəddə mövcud vəziyyətin və Amerika nüvə qüvvələrinin üzləşdiyi problemlərin xüsusiyyətləri göstərildi.

Bu sənəddə mövcud vəziyyətin və Amerika nüvə qüvvələrinin üzləşdiyi problemlərin xüsusiyyətləri göstərilir. Bundan əlavə, onun müəllifləri strateji və taktiki nüvə silahlarının, eləcə də daşıyıcıların gələcək inkişafı üçün bəzi planları qeyd ediblər. Təqdimatın bir hissəsində nüvə triadasının hava komponentinə, o cümlədən perspektivli bir layihəyə həsr olunan bir bölmə mövcuddur.

"Nüvə Siyasəti İcmalı" hazırda ABŞ-ın yeni nəsil B-21 "Raider" bombardımançısı yaratmaq və qoşunlarda yerləşdirmək üçün bir proqram başlatdığını qeyd edir. Bu proqramın məqsədi strateji bombardmançı qruplaşmanın yeni təyyarələrlə gücləndirilməsi və mövcud təyyarələrin zamanla dəyişdirilməsindən ibarətdir. Bu proseslərə 20-ci illərin ortalarında başlanacaq.

"Nüvə Siyasəti İcmalı"nda B-21 layihəsinə aid başqa heç bir istinad yoxdur. Buna baxmayaraq, bu sənəddə yeni təyyarədə istifadə oluna biləcək potensial taktik və strateji silahlar barədə bəzi məlumatlar göstərilib. Sənədin müəllifləri nüvə başlıqları ilə təchiz olunan aviasiya silahlarının bəzi mövcud və perspektiv layihələri barədə məlumat verir. Eyni zamanda, bəzi oxşar silahların taktiki aviasiya kateqoriyalı daşıyıcılardan da istifadə edə biləcəyi qeyd olunur.

Müəyyən hədəfləri məhv etmək üçün strateji və taktiki bombardmançılar B83-1 və B61-11 seriyasından olan sərbəst enən bombalardan istifadə edə biləcəklər. Pentaqon bu silahları arsenallarda yaxın bir neçə il ərzində saxlamaq niyyətindədir. Onlar ən azı B61-12 perspektivli döyüş sursatının bütün imkanları nümayiş və təsdiq olunana qədər silahlanmada yer alacaqlar. Bu bombanın qəbulu 2020-ci ilə planlaşdırılır.

"İcmal" xatırladır ki, səksəninci illərin əvvəllərində havadan buraxılan yeni qanadlı raketlərin daşıyıcıları olan ABŞ-ın strateji bombardmançıları bu gün bütün potensialını itiriblər. B-52H təyyarələrinin lazımi zərbə imkanlarını qorumaq üçün uzunməsafəli perspektivli “Long-Range Stand-Off” (LRSO) qanadlı raket hazırlanır. Gələcəkdə isə bu raket də yeni B-21 bombardmançısının silahlanma nomenklaturasına daxil ola bilər. Belə bir sursatın mövcudluğu ehtimal olunan düşmənin kompleks hava hücumundan müdafiə sisteminin yarmaq üçün lazım olan imkanların qorunmasını təmin edəcəkdir.

İndi Pentaqon və "Northrop Grumman" perspektiv B-21 "Raider" layihəsinin bəzi detallarını açıqlayıblar. Təsdiq edilən planlara əsasən, yeni təyyarə B-2 layihəsində nəzərdə tutulan ideyaların inkişafına çevrilməlidir. Layihə, "uçan qanad" sxeminə, raket və ya bomba silahlarını daşımaq qabiliyyətinə, səsdən aşağı sürətli və zəif görüntülənmə xüsusiyyətlərinə malik olacaq. Belə bir bombardmançının əsas vəzifələrindən biri düşmənin əsas hava hücumundan müdafiə qurğularını məhv etmək üçün gizli şəkildə raketlərin buraxılması və ya bombaların atılması rayonlarına çıxmaqdan ibarət olacaqdır. Düşmənin havadan müdafiə sistemlərinin əhəmiyyətli bir hissəsini məhv etdikdən sonra, B-21 "Raider" bombardmançısı taktiki aviasiyanın döyüşə başlamasına imkan yaradacaq.

Müxtəlif məlumatlara və təxminlərə görə, B-21 perspektivi mövcud B-2 bombardmançısından daha kiçik və daha yüngül olacaqdır. Qanad açılımı 35-40 metrdən yuxarı ola bilməz, normal üçüş çəkisi isə 100 tona çatacaq, təyyarə "Pratt & Whitney" şirkətindən turboreaktiv mühərriklər alacaq. Belə bir mühərrikin köməyi ilə, səsdən aşağı sürətlə uçmaq və yüksək döyüş radiusunun və uçuş məsafəsi nümayiş etdirmək mümkün olacaq. Maşının döyüş yükü haqqında dəqiq məlumat hələ məlum deyil.

2015-ci il müqaviləsinə əsasən yeni bir təyyarə yaratma şərtlərini müəyyənləşdirərək bütün layihə və istehsal proqramının ümumi dəyəri 80 milyard dolları keçməli deyildi. Hər zaman cəsarətli layihələrdə olduğu kim, bu dəfə də artıq layihə işləri zamanı maliyyələşmənin artırılmasına ehtiyac olduğu müəyyənləşdi. Ötən ilin noyabr ayında Konqres proqramın yeni dəyərini 97 milyard dollar təsdiqlədi. Bu vəsaitin əsas hissəsi seriya təyyarələrinin istehsalına sərf olunacaq.

İqtisadi və təşkilati səbəblərə görə dəyişdirilə bilən hazırkı planlara görə, yeni tipli ilk prototip təyyarə havaya növbəti onilliyin əvvəllərindən tez qalxmayacaq. Növbəti bir neçə il ərzində maşınlar sınaqdan keçiriləcək və lazımı göstəricilər əldə olunduqdan sonra şirkət təyyarələri hərbi hava qüvvələrinə təhvil verməyə başlayacaq.

Təsdiq edilən qrafikdə 2025-ci ilin birinci yarısının sonunda B-21 seriyalı istehsalını HHQ təhvil verilməsi nəzərdə tutulub. Bu vaxta qədər maşınlar ilkin əməliyyat hazırlıq mərhələsinə çatmalıdır. Nəhayət, hərbi hava qüvvələrinə onlarla təyyarə veriləcək və onların hissələrdə "qoşun sınaqları" ilə bərabər mənimsənilməsinə başlanacaq. Bu isə 30-cu illərin əvvəllərinə qədər davam edə bilər.

Bir neçə il boyunca tələb olunan LRS-B/B-21 bombardmançı sayı hər səviyyədə mübahisə mövzusu olaraq qalırdı. Bu maşınların vəzifələrindən biri də ən azı mövcud tipli təyyarələrin hissə-hissə dəyişdirilməsi olacaq. Bundan əlavə, Pentaqon uzunməsafəli aviasiyasının keyfiyyət və kəmiyyət potensialını artırmaq niyyətindədir. Bəzən 130-140 ədədə qədər yeni bombardmançı alınması barədə fikirlər səsləndirilir. Bu günə qədər bu cür planlar yenidən nəzərdən keçirilib. Nəticələr daha təvazökar olsada yenə də çox təsirli görünür. 20-ci illərin ortalarından sonra ABŞ Hərbi Hava Qüvvələri ən azı 100 ədəd yeni B-21 bombardmançı təyyarə almaq istəyir. Gələcəkdə də bu maşınlar üçün yeni bir sifarişin ortaya çıxma ehtimalı istisna edilmir. Belə bir müqavilə imzalandığı təqdirdə belə onların hazırlanması yalnız uzaq gələcəkdə mümkün olacaq.

Vəzifəli şəxslərin çoxsaylı bəyanatları və müxtəlif sənədlərin mövcudluğu, LRS-B proqramının və onun nəticəsi olacaq "Northrop Grumman" şirkətinin B-21 "Raider" bombardmançısının istehsalının vacibliyini ABŞ-ın hərbi və siyasi rəhbərliyi tərəfindən başa düşüldüyünü aydın şəkildə göstərir. Bu təyyarənin layihələndirilməsi artıq başlanıb və yaxın gələcəkdə arzu olunan nəticələrə gətirib çıxaracaq. Eyni zamanda müəyyən dairələrdə fikir ayrılıqları və büdcə pullarının bölüşdürülməsi ilə bağlı razılıq olmaması müəyyən problemlərə yol aça bilər.

HHQ Komandanının müavininin sözlərinə görə, bir neçə həftə əvvəlki dövlət strukturlarının büdcə ilə bağlı mübahisələri B-21 layihəsinə zərbə vura bilər və onun nəticələrinin reallaşma tarixini dəyişə bilər. Yanvardakı büdcə problemləri ilə bağlı müzakirələrin bir neçə gün ərzində başa çatması optimist proqnozlar üçün əsas ola bilər. Buna baxmayaraq, Vaşinqtondakı fikir ayrılıqları yalnız vəziyyəti daha da pisləşdirəcək oxşar vəziyyətlərə gətirib çıxara bilər. Aydındır ki, Pentaqon B-21 "Raider" layihəsini istədiyi finala gətirib çıxara biləcək. Lakin bunun nə vaxt baş verəcəyi və bütün proqramın son qiymətinin nə qədər olacağını yalnız ehtimal etmək olar. Bu çox bahalı və mühüm layihənin həyata keçirilməsində bir sıra ciddi problemlər hələ də mövcuddur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: B-2   B-21  

Xəbər lenti

B-21 "Raider": Hərbi Hava Qüvvələrinın ümidi və maliyyələşmə ilə bağlı problemlər - ANALİZ

2018/02/2_3037212072.jpg
Oxunub: 2325     15:03     14 Fevral 2018    