2018-ci ilin yanvar ayı ərzində düşmən ordusunun itkiləri

2018/02/1500297442_1491831450herb_149924266945645645_1509519158_1518597726.jpg
Oxunub: 901     12:40     14 Fevral 2018    
2018-ci ilin 1-31 yanvar tarixi ərzində Ermənistan ordusunda 5 ölüm faktı barədə rəsmi məlumat verilib.

Ordu.az erməni KİV-lərinə istinadən döyüş və qeyri-döyüş itkilərini təqdim edir.

Döyüş itkisi

Yanvarın 7-də işğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmənin şimal-qərb hissəsində yerləşən döyüş postundan təxribata cəhd edilib. Təxribat törətməyə cəhd edən 1998-ci il təvəllüdlü, Vaçe Nveri Çilinqaryan məhv edilib.

Qeyri-döyüş itkiləri

İlkin məlumata görə, yanavrın 6-da dəm qazından işğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmənin müqaviləli hərbi qulluqçusu 1992-ci il təvəllüdlü, Mher Vaniki Ziroyan ölüb.

Həmin tarixdə hospitalda məzuniyyətdə olarkən yanvarın 2-də avtomobil qəzasında xəsarət almış, hərbi qulluqçu 1999-cu il təvəllüdlü, Parkev Saribekyan ölüb.

Yanvarın 16-da işğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmənin şimal-qərb hissəsində naməlum şəraitdə 1998-ci il təvəllüdlü, hərbi qulluqçu Harutyun Vanyani Xaçatryan ölüb.

Yanvarın 27-də əsgər yoldaşı tərəfindən silahla davranış qaydalarının pozulması nəticəsində işğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmənin hərbi qulluqçusu 1998-ci il təvəllüdlü, Hovsep Kareni Qriqoryan ölüb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə erməni silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Ölüm   Cinayət   Qarabağ  

Xəbər lenti

2018-ci ilin yanvar ayı ərzində düşmən ordusunun itkiləri

2018/02/1500297442_1491831450herb_149924266945645645_1509519158_1518597726.jpg
Oxunub: 902     12:40     14 Fevral 2018    