ABŞ donanması 4 fərqli lazer silahlarına yatırım edir

2018/02/1662068-15185540015645_1518596933.jpg
Oxunub: 384     12:32     14 Fevral 2018    
ABŞ donanması lazer silahları ailəsi ilə bağlı tədqiqatlar üçün 300 milyon dollar xərcləməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, donanma bununla “zəhlətökən” təhdidlərə qarşı mübarizə imkanlarını gücləndirməyə çalışır. Həmin təhdidlərə PUA-lar, pilotsuz gəmilər, silahlı sürət qayıqları daxildir.

Bu tipli təhdidlər ABŞ-ın böyük gəmilərini birbaşa batırmağa qadir olmasa da, nəzarət altında saxlaya, narahat edə və hətta xəsar törədə bilər.

Lazer silah ailəsinə raket və təyyarələrə qarşı faydalı ola biləcək 150 kilovatlıq silahlar daxildir. Donanmanın hazırda yatırım etdiyi lazer silahları “SNLWS”, “ODIN”, “Solid State Laser” və “RHEL” sistemləridir.

“SNLWS” qabaqcıl prototip lazer silahıdır. Onun 60 kilovat gücü var. “Arleigh Burke” sinifli gəmilərdə quraşdırıla bilər.

“ODIN” (Optik Gözqamaşdırıcı Müdaxilə) Pilotsuz Uçan Sistemləri kor etmək və dağıtmaq üçün dizayn edilmiş lazerdir. Bu silah hazırda ABŞ gəmilərinin izlənməsi üçün istifadə edilir.

“Solid State Laser” texnoloji inkişafın məhsuludur. Onun gücü 150 kilovatdan daha böyükdür. 2019-cu ildə San-Antonio sinifli gəmiyə quraşdırılması planlaşdırılır. Bu silahla yaxın xüsusiyyətlərə malik olan RHEL silahı da təqribən 150 kilovat gücə maikdir. Onun əsas özəlliyi fərqli lazer şüalarından istifadə etməsidir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ-donanması   Lazer-silahları  

Xəbər lenti

ABŞ donanması 4 fərqli lazer silahlarına yatırım edir

2018/02/1662068-15185540015645_1518596933.jpg
Oxunub: 385     12:32     14 Fevral 2018    