Tillerson Küveytdə KXDR, İran və İŞİD-i müzakirə edib

2018/02/107656_1518596504.jpg
Oxunub: 213     12:20     14 Fevral 2018    
ABŞ dövlət katibi Reks Tillersonun Küvetdə keçirdiyi görüşlərin əsas mövzuları Şimali Koreya ətrafında vəziyyət, İŞİD terror qruplaşmasına qarşı mübarizə və İranın fəaliyyəti olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Tillersonun Küveytdə ilk görüşü Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Mogerini ilə görüşüb. Tərəflər geniş spektrdə mövzuların müzakirəsini aparıb, Şimali Koreyaya təsirin gücləndirilməsi, Suriyada münaqişənin bitməsi üçün Cenevrə prosesinin əhəmiyyətini, o cümlədən ABŞ və Avropa İttifaqının İrana qarşı mübarizə üçün birləşməsini müzakirə ediblər.

Tillerson eyni mövzuları Avstraliya xarici işlər naziri Culi Bişopla görüş çərçivəsində də müzakirə edib. Onlar Amerika-Avstraliya münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Səudiyyə Ərəbistanın xarici işlər naziri Adel əl-Cübeyrlə görüş çərçivəsində tərəflər Yəməndə münaqişəsinin dayandırılmasından da danışıb, bu ölkəyə humanitar yardımların göstərilməsinin zərurliyi barədə fikir mübadiləsi aparıblar.

Son olaraq BMT baş katibi Antonio Quterreşlə görüşən Tillerson onunla KXDR, İran, Yaxın Şərqdə sülhə nail olmaq cədhləri və BMT-nin Suriya üzrə xüsusi səfiri Staffan de Misturanın fəaliyyəti barədə danışıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Tillerson   Küveyt  

Xəbər lenti

Tillerson Küveytdə KXDR, İran və İŞİD-i müzakirə edib

2018/02/107656_1518596504.jpg
Oxunub: 214     12:20     14 Fevral 2018    