ABŞ kəşfiyyatı: YPG PKK-nın Suriyadakı milis gücüdür

2018/02/717_1518595774.jpg
Oxunub: 685     12:06     14 Fevral 2018    
ABŞ konqresinə təqdim edilən kəşfiyyat hesabatında YPG-nin PKK-nın Suriyadakı milis qüvvəsi olduğu və muxtariyyət axtardığı bildirilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ Milli Kəşfiyyat rəhbəri Daniel Koatsın Konqresə “ABŞ Kəşifyyat Cəmiyyətinin Dünyadakı Təhdidləri Qiymətləndirməsi” hesabatını təqdim edib.

Sözügedən hesabatın Suriya ilə bağlı hissəsində “PKK-nın Suriyadakı milis qüvvəsi olan YPG böyük ehtimalla muxtar struktur qurmağa çalışacaq, lakin Türkiyə, Rusiya və İranın müqaviməti ilə üzləşəcək” ifadələri yer alıb.

YPG-nin açıq şəkildə PKK-nın Suriyadakı qolu olduğunun bildirildiyi hesabatda təşkilatın muxtar struktur qurmağa çalışdığının göstərilıməsi də diqqət çəkib.

Qeyd edək ki, ötən ay Mərkəzi Kəşfiyyat İdarəsi də rəsmi internet saytında PYD/PKK-nın Suriyadakı xarici mənbəli terror təşkilatı olduğunu göstərib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   YPG   PKK  

Xəbər lenti

ABŞ kəşfiyyatı: YPG PKK-nın Suriyadakı milis gücüdür

2018/02/717_1518595774.jpg
Oxunub: 686     12:06     14 Fevral 2018    