MiQ-29MU2: Sovet qırıcısından Ukrayna hücumçusu

2018/02/711_1518593066.jpg
Oxunub: 419     11:23     14 Fevral 2018    
Zaman-zaman silahlanmasında Sovet hərbi texnikası və silahlarına malik ölkələr bu vasitələri modernləşdirmək və təkmilləşdirmək yolu ilə yeni nümunələr, hərbi vahidlər yaradır.

Ordu.az Topwar.ru saytına istinadən xəbər verir ki, Ukrayna müdafiə sənayesinin konstruktorları MiQ-29 qırıcısının modernləşdirilməsi ilə yeni hücum təyyarə yaratmaq istəyirlər.

Ukrayna Müdafiə Nazirliyi bu yaxınlarda silahlanmada olan qırıcı və təyyarələrin modernləşməyə ehtiyacı olduğunu açıqlayıb. Məlumata görə, cari təyyarə parkı müharibə və münaqişə üçün yararsızdır.

Çıxış yolu isə artıq müasir aviasiya şəraitində öz aktuallığını itirmiş MiQ-29-ların hücum qırıcıları ilə əvəzlənməsində görünür.

Təyyarənin Donbas döyüşlərində əldə edilən təcrübənin tətbiqi ilə yaradılacağı planlaşdırılır. Qırıcıda 20PM silahların idarəetmə sistemi, R-682 radiostansiyası da quraşdırılacaq. Lakin bunun kənarında qırıcının hansı xüsusiyyətlərə malik olacağı ilə bağlı dəqiq məlumatlar yoxdur.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Ukrayna   Rusiya   MiQ-29  

Xəbər lenti

MiQ-29MU2: Sovet qırıcısından Ukrayna hücumçusu

2018/02/711_1518593066.jpg
Oxunub: 420     11:23     14 Fevral 2018    