Tillerson İordaniyada Suriya müxalifəti ilə görüşəcək

2018/02/710_1518592434.jpg
Oxunub: 713     15:11     14 Fevral 2018    
ABŞ dövlət katibi Reks Tillerson çərşənbə günü İordaniyanın paytaxtı Ammanda danışıqlar üzrə Suriya müxalifət komitəsinin nümayəndələri ilə görüşəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Görüşün yerli vaxtla səhər saat 9:30-da (Bakı vaxtı ilə də həmçinin) baş tutacağı planlaşdırılıb.

Tillerson həmçinin İordaniya xarici işlər naziri Ayman əs-Səfadi və kral II Abdulla ilə görüşəcək.

Qeyd edək ki, Tillersonun İordaniyaya səfəri onun Yaxın Şərq turnesinin tərkib hissəsidir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   İordaniya   Suriya-müxalifəti   Reks-Tillerson  

Tillerson İordaniyada Suriya müxalifəti ilə görüşəcək

2018/02/710_1518592434.jpg
Oxunub: 714     15:11     14 Fevral 2018    