Təqaüdə çıxarılan “Spirit” təyyarəsini almaq məqsədilə 1 milyard dollar vəsait yığılması üçün B-2 pilotu tərəfindən başladılan “GoFundMe” kampaniyasında bu ifadələr qeyd edilib:
“Bu yaxınlarda B-2 bombardmançılarının 2030-cu illərdə təqaüdə çıxarılacağı bildirilib. Mən, gələcək nəsilləri aviasiya xariqəsi ilə tanış etmək məqsədilə hazırda qalan 20 ədəd B-2 təyyarəsindən birini almaq üçün B-2 Gizli Bombardmançı Tarixi Cəmiyyətini qururam”
HHQ B-1 və B-2 təyyarələrinin təqaüdə çıxarılması ilə bağlı qərarını dünən açıqlayıb.
“Bizim qərarımızın bir hissəsi kimi HHQ B-52 filotiliyasını yeniləyəcək və mühərriklərin əvəzlənməsini maliyyələşdirəcəyik. Həmçinin, B-21-lərin istifadəyə verilməsinə qədər B-1 və B-2 təyyarələrinin istifadəyə yararlılığını saxlamaq üçün zəruri modifikasiya işlərini də davam etdirəcəyik ”, - deyə HHQ-nin rəhbəri Heser Uilson bildirib.
HHQ-yə görə, B-2 özünün ən bacarıqlı bombardmançısı kimi qalsa da, “Raider”in gəlməsiylə qocaman “Spirit”in təqaüdə çıxması vacibdir. Hazırda HHQ-nin filotiliyasında sadəcə 20 ədəd B-2 qalıb. Filotiliya kiçik olması HHQ-nin təyyarənin gizlilik örtüyü ilə məşğul olmadan belə boşuna vaxt, pul və insan əməyi sərf etməsi mənasına gəlir.
B-52-yə nəzərən B-2-nin missiyaya hazır olma imkanlarına baxdıqda bu həqiqətən də görünür. “Möhtərəm” B-52-nin təxminən 80%-lik bir missiya hazırlıq göstəricisi var. Bu rəqəm “Spirit”də isə 50%-dir. Sadəcə 10 gizli bombardmançı istənilən vaxt uçma qabiliyyətinə malikdir. Üstəlik B-2-nin yenilənməsi də əlavə əziyyətdir. Onun elektron proqram təminatı köhnə dəblidir. İstehsalçılar isə təchizat üçün az miqdarda istehsal paketini həyata keçirməyə meyilli deyillər.
Dolayısıyla, B-2-nin saxlanması üçün göstərilən çətinlik və bahalıq və B-21-lərin daha böyük imkanlara malik olmasının başa düşülməsi HHQ-nin 2030-cu illərdə “Spirit”dən yaxasını qurtarma qərarı verməsinə gətirib çıxardı. Bunun əvəzində HHQ kəskin hücum rolu üçün B-21 filotiliyası və qanadlı raketlərin atılması rolu üçün B-51 filotiliyasını hazırlayacaq. Bu məqsədlə B-52 yeni və daha çox səmərəli mühərriklər də daxil olmaqla bir neçə yenilənmələrə məruz qalacaq.
Məqalənin əvvəlində haqqında danışılan pilotdan fərqli olaraq HHQ-nin əsas strategiyası bombardmançı güc strukturlarını saxlamaqdır: sadəcə təyyarələrin tərkibi dəyişəcək.
Dəyanət Ağalarlı
Ordu.az