ABŞ ordusunun yeni elektron müharibə imkanları Avropaya gətirilir

2018/02/received_2473571012869052_1518531076.jpeg
Oxunub: 1041     23:59     13 Fevral 2018    
Almaniyanın İkinci süvari alayı, 173-cü Hava Briqadası, 2-ci Zirehli briqada, və 1-ci piyada diviziyası “EW” adlı prototip sistemlərini qəbul edəcək ilk dəstələr olacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sistemlər ABŞ ordusunun düşmənə meydan oxumağa və rəqabət aparmağa imkan verən yeni elektron döyüş sistemləridir.

Bu sistemlərin çatdırılmasına bu ilin yanvarından başlanıb və bu ayın sonlarına yaxın başa çatdırılması planlaşdırılır. Sistem elektromaqnit spektrdə düşmən fəaliyyətlərini aşkar etmək, başa düşmək və onların planlarını pozmaq üçün istifadə edilə bilər.

“Bu ləvazimatlar döyüş meydanında komandanlığın ümumi əməliyyat mənzərəsinə töhfə vermək məqsədilə əlavə sensorlar təmin edəcək”, - deyə 2-ci süvari alayının Elektron Müharibə zabiti, kapitan Sin Linç bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Almaniya   Avropa  

ABŞ ordusunun yeni elektron müharibə imkanları Avropaya gətirilir

2018/02/received_2473571012869052_1518531076.jpeg
Oxunub: 1042     23:59     13 Fevral 2018    