İsrail NATO-ya əlavə imkanlar yaradan müqavilə imzalayıb

2018/02/20171128_171128-israel4356345_1518530746.jpg
Oxunub: 698     22:34     13 Fevral 2018    
İsrailin NATO-dakı səfiri Aaron Leşano-Yar Alyansa rəhbərliyi ilə silah təchizatı üçün logistika üzrə müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müqavilənin imzalanmasında İsrailin Hollandiya, Belçika və İsrail Müdafiə Ordsunun NATO-dakı polkovniki Arika Hena, həmçinin İsrail Müdafiə Nazirliyində müdafiə ixracı şöbəsinin nümayəndəsi Meyrav Dar iştirak edib.

NATO tərəfindən isə müqaviləni Alyansın alışlar şöbəsinin baş direktoru Piter Doeman imzalayıb.

Müqavilə İsrail şirkətlərinin NATO üçün silah və hərbi texnika hazırlamasını nəzərdə tutur.

Ağalar Qəribov
Ordu.az

Teqlər: İsrail   NATO  

İsrail NATO-ya əlavə imkanlar yaradan müqavilə imzalayıb

2018/02/20171128_171128-israel4356345_1518530746.jpg
Oxunub: 699     22:34     13 Fevral 2018    