Ekspert: “Fransa müdafiə büdcəsinin artması Rusiyanın güclənməsinə görədir”

2018/02/images7567_1518525511.jpg
Oxunub: 306     16:37     13 Fevral 2018    
“Fransanın müdafiə sahəsinə ayırdığı vəsaitlərin əhəmiyyətli dərəcədə artması Rusiyanın güclənməsi ilə bağlıdır”.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Sıqanok bildirib.

Onun sözlərinə görə, Fransa rəhbərliyinin bu qərarı verməsinin əsas səbəblərindən biri Rusiyanın Suriyada nümayiş və istifadə etdiyi dəniz bazalı “Kalibr NK” qanadlı raket kompleksi ola bilərdi.

“Fransızları digər Rusiya silahları da təəccübləndirdi. Fransızlar Rusiyanın öz gücünü nümayiş etdirməsi fonunda arxa fonda qalmaq istəmirlər və zənn edirlər ki, Rusiyanın ordusunu gücləndirməsi istənilən halda Avropaya qarşı aqressiya tətbiq olunacağı ilə bağlıdır. Halbuki reallıqların belə olmadığı məlumdur”, - deyə ekspert vurğulayıb.

Sıqanok qeyd edib ki, Fransanın hərbi büdcəsinin qəfil şəkildə artırılması ABŞ prezidenti Donald Trampın bəyanatı ilə də əlaqədar ola bilər. O, Vaşinqtonun NATO-ya ayırdığı xərcləri azaltdığını bildirdi, bu isə Alyansa ciddi zərbədir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Fransa   Rusiya   Suriya-böhranı  

Xəbər lenti

Ekspert: “Fransa müdafiə büdcəsinin artması Rusiyanın güclənməsinə görədir”

2018/02/images7567_1518525511.jpg
Oxunub: 307     16:37     13 Fevral 2018    