CHD komandanı Ermənistana gəlib

2018/02/7185373234234_1518521026.jpg
Oxunub: 430     15:21     13 Fevral 2018    
Cənub Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Dvornikov Ermənistandakı Rusiya hərbi bazasına gəlib.

Ordu.az erməni KİHV-lərinə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev jurnalistlərə bildirib.

İşgüzar səfərin ilk günündə Dvornikov Rusiyanın "Erebuni" hava bazasında pilotlar tərəfindən döyüş növbətçiliyinin təşkilini, İrəvandakı hərbi aerodromun əmlakının və təchizatının vəziyyətini, Rusiya hərbi qulluqçuları və onların ailələrinin yerləşdiyi hərbi şəhərciyin infrastrukturunu yoxlayıb.

Məlumata görə, bir neçə gün ərzində Cənubi Qafqaz Hərbi dairəsi qoşunlarının komandanı Gümrüdəki Rusiya hərbi bazasının obyektlərinin inkişaf perespektivlərini öyrənəcək, Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birgə qərargahı çərçivəsində keçirilən tədbirlərdə iştirak edəcək.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: CHD   Ermənistan   102-baza   Erebuni  

Xəbər lenti

CHD komandanı Ermənistana gəlib

2018/02/7185373234234_1518521026.jpg
Oxunub: 431     15:21     13 Fevral 2018    