Çinin yeni dronu “yaxın kosmosdan” raketləri vura bilər

2018/02/e1da612f-c77e-415c-9932-78eb69b03098345_1518519980.jpeg
Oxunub: 1574     19:04     13 Fevral 2018    
Çin Xalq Azadlıq Ordusunun “Caihong” dronunun sonuncu versiyasının sınaqları ekstrim şəraitdə davam edir. Bu dron 20 kilometr yüksəklikdə fasiləsiz 15 saat uça bilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, XAO-nun günəş enerjisi ilə işləyən PUA-nın sonuncu versiyasının ekstremal hava şəraitindəki sınaqları ötən ay başa çatıb. Mandarin dilindən tərcümədə “Göyqurşağı mənasını verən “Caihong” (CH) adlı dron Pekin Aerokosmos Təkan İnstitutu tərəfindən hazırlanıb.

CH-4-ün sonuncu versiyası Çinin şimal-qərbində 6 günlük bombardman sınağına qatılıb. O, Çinin ilk yaxın kosmik günəş batareyalı dronudur. Yaxın kosmos dedikdə dəniz səviyyəsindən 20-100 kilometr yüksəklik arasındakı məsafə başa düşülür.

Həmin yüksəklikdə havanın seyrəlməsi ənənəvi növ yanacaqlardan istifadə edən təyyarə mühərriklərinin səmərəliliyini azaldır. Bunun əksinə olaraq günəş batareyalı dronlar yer atmosferinin xarici təbəqəsində daha səmərəli ola bilir. Gələcəkdə bu tipli dronların aylarla fasiləsiz uçuş qabiliyyəti əldə edəcəyi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Caihong   Kosmos  

Çinin yeni dronu “yaxın kosmosdan” raketləri vura bilər

2018/02/e1da612f-c77e-415c-9932-78eb69b03098345_1518519980.jpeg
Oxunub: 1575     19:04     13 Fevral 2018    