Tramp Əfqanıstan üçün 5 milyard dollar hərbi yardım istəyir

2018/02/thumbs_b_c_999e9ace78d4ca0828aa08c0be2ced39234234_1518519490.jpg
Oxunub: 692     14:56     13 Fevral 2018    
ABŞ prezidenti Donald Trampın dünən açıqlanan 2019-cu maliyyə ili üzrə büdcə layihəsində Əfqanıstan Təhlükəsizlik Qüvvələri üçün 5 milyard dollar nəzərdə tutulub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ “Taliban” qiyamçılarına qarşı müharibədə Əfqanıstan hökuməti və təhlükəsizlik qüvvələrinə dəstək verməklə Cənubi Asiyada sabitliyi bərqərar etməyi hədəfləyir.

Sözügedən vəsait ABŞ-ın ölkədə davam edən təlimlər, təhsil proqramları, terrorizmlə mübarizə əməliyyatlarının maliyyələşdirilməsinə sərf olunacaq.

Qeyd edək ki, hərbi yardımdan əlavə büdcə layihəsində 630 milyon dollar dəyərində mülki yardım edilməsi nəzərdə tutulub.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Tramp   Əfqanıstan  

Xəbər lenti

Tramp Əfqanıstan üçün 5 milyard dollar hərbi yardım istəyir

2018/02/thumbs_b_c_999e9ace78d4ca0828aa08c0be2ced39234234_1518519490.jpg
Oxunub: 693     14:56     13 Fevral 2018    