ABŞ 2019-cu ildə Ermənistana 3.24 milyon dollar ayırmağı planlaşdırır

2018/02/21741756_2372060756353412_1953872100_n_1505212172645_1518517294.jpg
Oxunub: 1670     18:20     13 Fevral 2018    
Dünən ABŞ prezidenti Donald Trump ölkənin 2019-cu il maliyyə ili üzrə nəzərdə tutulan büdcə layihəsini açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, büdcə layihəsinə əsasən, rəhbərlik xarici dövlətlərə yardımın köklü şəkildə azaldılmasını planlaşdırır.

Sənəddə 2019 maliyyə ili üçün Ermənistana iqtisadi yardım olaraq 3.24 milyon dollar ayırmağı təklif edir. 2018-ci il üçün bu yardım 4 milyon dollar təşkil edir.

ABŞ beynəlxalq hərbi təhsil proqramı çərçivəsində Ermənistana 600 min dollar, beynəlxalq narkotik maddələrə nəzarət üçün isə 1,5 milyon dollar yardım ayıracaq. Həmçinin hərbi tədris proqramı çərçivəsində Azərbaycana da 600 min dollar vəsait ayrılacağı bildirilir.

Məlumata görə, hərbi yardım üçün Ermənistana, eləcə də Azərbaycana heç bir vasitə ayrılmayacaq.

Qonşu Gürcüstana gəlincə isə, ABŞ administrasiyası Tiflisə 25 milyon dollar civarında maddi yardım göstərəcək.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Tramp   2019   Büdcə   Ermənistan  

ABŞ 2019-cu ildə Ermənistana 3.24 milyon dollar ayırmağı planlaşdırır

2018/02/21741756_2372060756353412_1953872100_n_1505212172645_1518517294.jpg
Oxunub: 1671     18:20     13 Fevral 2018    