Ermənistan BQ kəşfiyyat idarəsinin keçmiş rəisi gizli təyinat alıb - DETALLAR

2018/02/46-3-2-134534_1518510029.jpg
Oxunub: 1272     12:18     13 Fevral 2018    
Ermənistanda aprel döyüşlərindən sonra vəzifədən çıxarılan generallar geri qaytarılır.

Ordu.az “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, aprel döyüşlərindən sonra Ermənistan müdafiə nazirliyində istefalar və qovulmalar başlayıb.

Bununla, Sarkisyan döyüşlər ərzində ortaya çıxan nöqsanlara görə ictimaiyyətin narazılığını bu cür dəf etməyə çalışırdı. İstefaya göndərilənlər arasında Ermənistan ordusunun baş qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi general-mayor Arşak Karapetyan da vardı.

Məlum olub ki, Karapetyanın işsiz qalması çox çəkməyib. Serj Sarkisyanla yaxın əlaqələri hesabına Karapetyan yenidən müdafiə nazirliyinə qayıdıb. Onu “görünməz” vəzifələrdən birinə təyin ediblər.

Erməni jurnalist Karapetyanın konkret hansı vəzifəyə təyin edildiyini müəyyənləşdirməyə cəhd edib. Lakin Ermənistan müdafiə nazirliyi yazılı müraciət formasını bəhanə edərək, müraciəti cavablandırmaqdan yayınıb.

Onlar yazılı müraciət olunsa da qanunla müəyyən edilmiş 5 gün müddəti başa çatdıqdan sonra, bu müraciəti cavablandırmaq üçün əlavə vaxt tələb olunduğunu da bildiriblər. Qəzet baş verən halı gülünc adlandırıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   BQ   Aprel-döyüşləri  

Xəbər lenti

Ermənistan BQ kəşfiyyat idarəsinin keçmiş rəisi gizli təyinat alıb - DETALLAR

2018/02/46-3-2-134534_1518510029.jpg
Oxunub: 1273     12:18     13 Fevral 2018    