Kölgə müharibəsindən açıq döyüşə: İran-İsrail gərginliyi aktiv fazaya keçir - ANALİZ

2018/02/234_1518444223.png
Oxunub: 1802     18:29     12 Fevral 2018    
Ötən həftə İran dronunun İsrail hava fəzasına daxil olmasından sonra iki ölkə arasında mövcud olan kölgə müharibəsi açıq döyüşə çevrildi. Şənbə günü səhər 04:25 radələrində İranın ABŞ-ın RQ-170 “Sentinel” PUA-sının kopyası olduğu ehtimal edilən tədqiqat dronunun İsrail aviaməkanına daxil olması ilə tamaşanın pərdəsi qalxdı. Lakin ilk hissə İsrailin “Apache” hücum helikopterinin İordaniya vadisində dronu vurması ilə cəmi 90 saniyə davam etdi.

İsrail kəşfiyyatı dronu hələ Suriyanın Palmira şəhərinin yaxınlığındakı T4 adlı İran hava bazasından çıxdıqdan qısa müddət sonradan izləməyə başlamışdı. Dronun vurulmasından dərhal sonra İsrail Hərbi Hava Qüvvələri PUA-nın komanda-nəzarətindən məsul vasitələrə hücum başlatdı və onu da məhv etdi.

HHQ-nin təyyarəsi geri dönərkən təyyarə əleyhinə raket yağmuruna məruz qaldı. İsrail mənbələrinə görə, Suriya 15-20 ədəd havadan müdafiə raketi atıb. Ya uzaq mənzilli SA-5, ya da orta mənzilli SA-17 olduğu ehtimal edilən bir raketin İsrail HHQ-yə məxsus F-16 “Sufa” qırıcısının arxasına düşdü. Təyyarənin yanında partlayan bombanın qırıntıları isə təyyarəyə tuş gəlib.

Həm pilot, həm də naviqator sağ-salamat katapult etdilər, təyyarə isə İsrailin Cəzril vadisində yerə çırpıldı. Xoşbəxtlikdən heç bir itki baş vermədi. Naviqatorun bu gün-sabah evə buraxılacağı gözlənilsə də, pilot hələ də qarın nahiyəsindəki yaradan müayinə edilir. Onun şüurlu olduğu və normal tənəffüs etdiyini bildirən həkimlər nikbindirlər.

Gələk məsələnin digər tərəflərinə. 1982-ci ildən sonra ilk dəfədir ki, İsrail qırıcısı vurularaq sıradan çıxarılır. O zaman bir ədəd A-4 “Sky Hawk” (Səma Şahini) Qaliley üçün Sülh Əməliyyatının ilk mərhələsində Beyrut səmasında vurulmuşdu. 1983-cü ildə F-4 “Phantom” Livanda qəzaya uğradı, lakin bu düşmən hücumundan daha çox texniki nasazlıqdan qaynaqlanırdı. 2006-cı ildə İsrailin “Yassur” ağır yük daşıma helikopteri Hizbullah terrorçularının atdığı MANPADS ilə vurulub.

Qəzadan dərhal sonra İsrail Suriya və İran hərbi məkanlarına qarşı qəzəbli və dağıdıcı bombardmana başladı və ümumilikdə 12 hədəf məhv edildi. Bunların dördü İran baza və düşərgələri, digərləri isə Suriyanın HHM raket batareyaları və hərbi bazaları idi.

İsrail HHQ-nin rəhbərinin müavini general Tomer Bar hücumun Qaliley üçün Sülh Əməliyyatından sonra Suriya havadan müdafiə qüvvələrinə qarşı həyata keçirilən ən böyük və ən əhəmiyyətli hücum olduğunu bildirib. Bu qarşıdurma zamanı HHQ Suriyanın 19 ədəd yer-hava raket batareyasını məhv edib. Əlavə olaraq heç bir itki vermədən 80 ədəd Mİ-21 və Mİ-23-ləri sıradan çıxarılıb.

İnsan Hüquqları üzrə Suriya Müşahidə qrupu sonuncu hücum zamanı Əsəd rejimi və onun müttəfiqlərinə məxsus ən azı 6 əsgərin həlak olduğunu, lakin ölü sayının artacağının gözlənildiyini bildirib. Həmişəki kimi nə Suriya, nə də İran tərəfi itkilərlə bağlı məlumat yaymayıb.

Əsəd rejiminin dəstəkçiləri F-16-nın vurulması xəbərini Tehran, Dəməşq və Beyrutda qeyd etdilər. Minlərlə hücumdan sonra bir dənə qırıcının vurulması İsrailin hava üstünlüyünü itirməsi mənasına gəlmir, gəlməməlidir də. Üstəlik, F-16-nın vurulmasına şampan qaldıranlar qarşılıqlı itkiləri müqayisə etmirlər. İranın PUA-sı qısa müddət ərzində (90 saniyə) zərərsizləşdirildi, onun əmr-nəzarət mərkəzi dağıdıldı, çoxsaylı İran və Suriya bazası məhv edildi.

Nəticə olaraq onu deyə bilərik ki, ötən həftəsonu baş verən hadisələr regionun daha bir təhlükəli fazaya daxil olduğunu göstərdi. Əsəd əleyhdarlarının ölkədə zəifləməsi İranın diqqətini Suriyanın döyüş meydanından başqa yönlərə toplamağa imkan verib.

Ağalar Ağalarlı
Analiz Ordu.az-a məxsusdur

Teqlər: İsrail-İran   PUA   Suriya-böharanı  

Xəbər lenti

Kölgə müharibəsindən açıq döyüşə: İran-İsrail gərginliyi aktiv fazaya keçir - ANALİZ

2018/02/234_1518444223.png
Oxunub: 1803     18:29     12 Fevral 2018    