FGFA layihəsinin çətin taleyi: Hindistan Rusiyanı təhdid edir

2018/02/456456_1518422392.jpg
Oxunub: 494     11:52     12 Fevral 2018    
Beşinci nəsil qırıcılarının istehsalı üzrə Rusiya Federasiyası ilə Hindistanın birgə layihədə iştirakı çox böyük sual altındadır. Eyni zamanda, Hindistanın iştirakına dair sual işarəsi o qədər böyükdür ki, proqramın özü daha çox Hindistan tərəfinin rusiyalı həmkarlarına qarşı iddialarından ibarət konsepsiyaya bənzəyir və bu iddialar bir qar topası kimi hər gün böyüyür.

Söhbət beşinci nəsil çoxməqsədli qırıcı layihəsindən - FGFA (Fifth Generation Fighter Aircraft) gedir. Bu layihə üzrə Rusiyanın T-50 qırıcısının ixrac variantının prototipi olan və bu yaxınlarda Su-57 adlandırılan təyyarənin istehsal olunması nəzərdə tutulur.

Hindistan tərəfi qeyd etdiyimiz kimi, davamlı olaraq layihənin həyata keçirilməsindən narazılığını ifadə edir ki, bu da öz növbəsində layihə üzrə işlərin yerinə yetirilməsi tarixlərinin hər dəfə uzadılması ilə bağlıdır. Rusiyanın "Rostex" şirkəti müqavilənin son versiyasının bu yaxınlarda imzalana biləcəyini açıqladı.

"Layihə çox mürəkkəbdir, işlər davam edir, lakin temp bizi qane etmir”, - deyə “Rostex” şirkətinin baş direktoru Sergey Çemezov bildirib.

Lakin Su-57 çoxməqsədli qırıcıları barədə FGFA müqaviləsinin son versiyasının imzalanması barədə "Rostex" korporasiyasının baş direktorunun nikbin proqnozları hindistanlı həmkarları tərəfindən birmənalı şəkildə qarşılanmır: "Rusiya mütəxəssisləri bir ildir ki, müqavilənin tezliklə bağlanacağını söyləyir, ancaq vəziyyət faktik olaraq ölü nöqtədən o tərəfə keçmir".

Hindistan tərəfinin iddiaları konkret olaraq hansılardır?

Göründüyü kimi, başdan bəri iddialarla müşayiət olunan birgə layihəyə son zamanlar Dehli tərəfindən əlavə "rəng" qatılıb.

Aydınlıq gətirmək üçün layihənin bəzi tarixlərini xatırlamaq lazımdır. Hökumətlərarası statusa malik olan ilk razılaşma, Rusiya Federasiyası və Hindistan arasında 11 il əvvəl - 2007-ci ildə imzalanıb. Bundan sonra, FGFA proqramının həyata keçirilməsi üçün yaranan ilk çətinlikləri dəf etmək və layihə müqaviləsini "doğmaq" üçün ölkələrə üç il lazım oldu. Doğmağa doğdular, lakin "uşaq" bir çox xəstəliklərə sahib idi.

Problemlər elə ilk günlərdən özlərini göstərdi. Problemlərdən biri potensial qırıcıda istifadə ediləcək yeni texnologiyalar ilə bağlı idi. Hindistan yalnız öz mütəxəssislərinin bütün tələblərinin "Suxoy" şirkətindəki rusiyalı həmkarları tərəfindən ciddi şəkildə yerinə yetiriləcəyi təqdirdə sərmayə qoymağa razılaşırdı. Rusiya həmkarlar bir az düşünüb daşındıqdan sonra Hindistan tərəfinin bu tələbinə müsbət cavab verdilər.

Bundan sonra Hindistan tərəfi prioritet tələblər arasında xərclərin paylanmasını irəli sürdü. Hindistan Hərbi Hava Qüvvələri 2010-cu ildə bağlanılan "sınaq" müqaviləsinin şərtlərinə əsasən maliyyə vəsaitləri tam həcmdə təmin edilə bilməyəcəyini bəyan etdi. Hindistan tərəfi birgə büdcədə kəsir qalmaması üçün dərhal maliyyələşməni azaltmağa hazır olduğunu bildirdi.

Rusiya tərəfi yenidən düşündü və ən azı ilkin nəticələri əldə etdikdən sonra proqramın maliyyə komponentinin tənzimlənməsi haqqında danışmağı təklif etdi.

Ümumiyyətlə, işlərə başladılar. İş birliyində iştirak etmək üçün maliyyə şərtləri 2010-cu illə eyni idi, yəni Rusiya Federasiyası və Hindistan 2020-ci ilə qədər layihəyə 12 milyard dollar (hər tərəf altı milyard dollar) sərf etməli idi.

Dehli layihə işləri başladıqdan sonra hiss etdi ki, həmkarları 5-ci nəsil təyyarələrə qarşı sürülən tələblərə cavab verəcək nəticələrə tam nail ola bilmir. Hindistan Hərbi Hava Qüvvələri tərəfindən Rusiyada hazırlanan prototip layihəsinin qiymətləndirilməsi zamanı 40 parametrdə düzəliş və dəyişikliyin vacib olduğunu rusların nəzərinə çatdırdı. Layihələndirmədə əsas çatışmamazlıqlar bunlar idi:

- silahların zəif imkanları,
- stels texnologiyanın lazımi səviyyəyə çatmaması,
- mühərrik istifadəsi üçün müasirləşdirilmə komponentinin olmaması.

Rusiya tərəfi bir sıra mühərrik və raket silahlanması ilə əlaqədar Hindistan tələblərinin haqlı olduğunu qəbul etdi. Layihənin həyata keçirilməsi təkrar yerində saymağa başladı - Hindistan tərəfi hesab etdi ki, ruslar əvvəlcə texniki xüsusiyyətləri 5-ci nəsil səviyyəsinə çatdırmalıdır. Bu səbəbləri əsas gətirən Hindistan tərəfi müqavilənin həcminə görə əlavə sərmayə qoymaqdan imtina etdi.

Problemlər bununla sona çatmadı. Birgə layihədə tərəfdaşlar arasında yeni sürtünmənin səbəbi aviasiya avadanlıqlarının alınması üçün elan edilən və Rusiya tərəfindən hazırlanan proqram oldu. Əvvəlcə 2022-ci ilə qədər FGFA çərçivəsində hazırlanacaq 400 ədəd təyyarədən təxminən 250 ədədini Rusiya Müdafiə Nazirliyi almalı idi. 2015-ci ildə Rusiyanın Müdafiə Nazirliyi məlumat yaydı ki, 5-ci nəsil Su-57 qırıcılarından hər il istifadəyə 24 ədəddən artıq qəbul etməyə hazır deyil. Bunun əvəzinə, Rusiya Su-35 və onun versiyalarına üstünlük verdi. Burada "yüzlərlə" Su-35 haqqında deyilənlər də çox şişirdilib.

Yeri gəlmişkən, başlanğıcda təxminən 400 ədəd FGFA-nın tətbiqinin ümumi dəyəri təxminən 30 milyard dollar təşkil edirdi, yəni bir qırıcı üçün 75 milyon dollar. Müqayisə üçün qeyd edək ki, bu, Amerika F-35-ləri ilə müqayisədə orta hesabla 10-20 milyon dollar daha ucuzdur.

Hindistan şirkəti "Hindustan Aeronautics Limited" (HAL) və bu istiqamətdə fəaliyyət göstərən digər investorlar təyyarənin alınması üçün son proqramda azalmaları nəzərə alaraq, 6 milyard dollar sərmayə yatırmağı məqsədəuyğun görmürlər. Rusiyalı həmkarları Hindistanın tələblərini ciddiyə alsınlar deyə, HAL istənilən zamanda layihəni tərk etməyə hazır olduğunu açıqladı. Rusiya tərəfi güzəştə getməyə məcbur oldu ki, nəticədə Hindistan 2020-ci ilədək FGFA layihəsinə 6 milyard dollar əvəzinə təxminən 3,7 milyard dollar sərmayə qoyacaq. Əgər qoysa...

FGFA birgə layihəsi üzrə, Hindistan tərəfindən olan alt qrupun rəhbəri, HHQ-nin təqaüddə olan aviasiya marşalı Simhakutti Vartxaman, bu yaxınlarda rəsmi Dehlinin həqiqətən layihə üzrə işləri dayandırmağa hazır olduğunu anlatmaq üçün yenidən ipucları verdi.

Təqaüdçü marşalın bəyanatı ABŞ-ın F-16 qırıcılarının Hindistanın "Tata" konserninin bazasında istehsalını genişləndirməyə və hətta F-35 qırıcılarından ibarət bir partiyasını sata biləcəklərinə hazır olduqları xəbərini açıqlanması fonunda səslənməsi diqqəti cəlb edir. Hindistanda özündə bu təklifi cəzbedi adlandırırlar.

Belə ki, Hindistan yol kəsişməsindədir: 3,7 milyard dollarla Rusiya ilə davam etsə, Moskvayla hərbi-texniki əməkdaşlığa görə Vaşinqton sanksiyalarının hədə-qorxusu ilə üzləşə bilər, ABŞ ilə getsə, sanksiya qorxusu yoxdur, lakin hələ özünü doğrultmayan F-35 qırıcıları var.

Analiz Volodin Alekseyin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: FGFA   Su-57   F-35  

Xəbər lenti

FGFA layihəsinin çətin taleyi: Hindistan Rusiyanı təhdid edir

2018/02/456456_1518422392.jpg
Oxunub: 495     11:52     12 Fevral 2018    