Orta əsrlərdə karikatura: Vigen Sarkisyanın muzdlu snayperi

2018/02/13084545_1518281673.jpg
Oxunub: 1448     20:53     10 Fevral 2018    
Həftə ərzində Ermənistanda "Medialab" saytının redaktoru Marianna Qriqoryan və onun uşağına qarşı edilən təhdidlərin maraqlı inkişaf prosesi baş verdi. Məlum olub ki, təhdidləri edən şəxs, Hayk Ohanyanın hərbi peşəyə malikdir. Onun peşəsi insanların fiziki məhv edilməsi ilə bağlı olan, snayper peşəsidir. Özü isə zabitdir.

Bu barədə məhz şəxsin özü "instagram" səhifəsində yazıb. Düzdur qalmaqaldan sonra o, səhifəsini bağlasa da, sözügedən məlumatlar saxlanılıb.

Qəribədir, adətən snayperlər öz peşələri haqqında məlumat vermir, hətta şəkil çəkdirərəkən belə sifətlərini bağlayırlar. Bu beynəlxalq praktikadır. Daha qəribə olan isə Ermənistan müdafiə nazirliyinin və hüquq mühafizə orqanlarının davranış tərzidir.

"Medialab" saytının redaktoru öz ünvanına edilən təhdidlər barədə 10 gündən artıq olar məlumat verib. Ermənistanda jurnalist təşkilatları baş verən hadisəni tənqid edərək, çıxışlar etdilər. Lakin nə Vigen Sarkisyan, nə də Ermənistan hüquq mühafizə orqanları həmin şəxsin aşkarlanması istiqamətində heç bir iş görmürdülər. Yalnız keçən gün ABŞ-ın Ermənistandakı səfiri Riçard Milsin bəyanatı hesabına cinayət işi açılıb.

Bu Ermənistanda ilk hal deyil. Məsələn Serj Sarkisyanın ünvanına tənqidi çıxış edən deputat hücuma məruz qalmışdı. Günahkar şəxs istəmədən aşkar edilsə də, hücum edən şəxs real olaraq cəza çəkməyib.

Təbii ki, Ermənistan müdafiə naziri haqqında karikatura çəkəni məhkəməyə cəlb etmək niyyətindədir. Çünki, Ermənistan rəhbərliyinin siyasi düşüncəsinə görə, xanlar, sultanlar və rəhbərlərin ünvanına söz deyənlər cəzalandırılmadır. Bu orta əsrlərə dair dünya görüşüdür. Evləri, avtomobilləri nə qədər müasir olsa da, erməni iqtidar elitasının düşüncəsi məhz bundan ibarətdir.

Erməni redaktoru təhdid edən şəxsin müdafiə nazirliyinə bağlı olması səbəbindən Vigen Sarkisyan bu fakta dair bir sərt çıxış etməli idi. Lakin belə bir bəyanat olmadı.

Təsəvvür etsək ki, Ermənistan polis rəisi, müdafiə naziri və ya başqa bir məmura belə təhdid edilir. Bu təqdirdə "qara maskalı"lar həmin şəxsi çoxdan döyərək evdən aparmışdılar. Əgər sağ çatdırsaydılar, o zaman tez bir zamanda işini yekunlaşdırıb, mühakimə edib, həbs edərdilər. Yəni orta əsrlərdə oldu kimi...

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Vigen-Sarkisyan   Cinayət  

Xəbər lenti

Orta əsrlərdə karikatura: Vigen Sarkisyanın muzdlu snayperi

2018/02/13084545_1518281673.jpg
Oxunub: 1449     20:53     10 Fevral 2018    