Nuclear Posture Review: ABŞ nüvə silahlarından hansı şərtlər çərçivəsində istifadə edəcək? - ANALİZ

2018/02/2b864da2-c4ea-48ff-a898-94e5ee89c91f5645_1518250446.jpg
Oxunub: 932     12:13     10 Fevral 2018    
ABŞ Müdafiə Nazirliyi nüvə təhdidlərinin qiymətləndirilməsi və bu sahədə ABŞ-ın fəaliyyət strategiyasını müəyyən edən növbəti "Nüvə siyasətinin icmalı" (Nuclear Posture Review – NPR), sadə dillə nüvə doktrinası dərc edilib.

Preambulada, ötən səkkiz il ərzində qlobal təhdidlər planında, o cümlədən potensial rəqiblərin açıq nüvə təhdidləri baxımından da vəziyyət xeyli pisləşib. Bu gün ABŞ daha da mürəkkəb və genişmiqyaslı nüvə təhdidləri ilə qarşı-qarşıyadır.

İcmalda qeyd edildiyi kimi, ABŞ dünyanın nüvə silahlarından tam xilas olana qədər təhlükəsiz və etibarlı qorunan müasir, çox funksiyalı və davamlı nüvə potensialına malik olmalıdır.

"Amerika Birləşmiş Ştatları dünyada nüvə, bioloji və kimyəvi silahların tam məhv edilməsi səylərini dəstəkləməkdə davam edəcək".

"Amerika Birləşmiş Ştatları nüvə silahlarının sayını və əhəmiyyətini azaltmağa davam etdiyi bir vaxtda Rusiya və Çin də daxil olmaqla bəzi ölkələr əks istiqamətdə hərəkət edir. Onlar nüvə silahlarının yeni növləri ilə arsenallarını zənginləşdirir, strategiya və planlarında kosmik və kiberməkan da daxil olmaqla nüvə sailahlarının rolunu gücləndirərək daha aqressiv davranırlar".

"Nüvə siyasətinin icmalı" nın müəllifləri xüsusi vurğulayır ki, ABŞ Rusiya və ya Çini rəqib hesab etmək istəmir və hər iki ölkə ilə sabit əlaqələr saxlamağa çalışır.

"Rusiya silahların nəzarətinə aid bir sıra müqavilələri və öhdəliklərini pozmaqda davam edir. Nüvə kontekstində isə Rusiya tərəfindən əhəmiyyətli dərəcədə yerinə yetirilməyən orta və yaxın mənzilli raketlərin azaldılması göstərilir. Rusiya daha geniş kontekstdə çoxsaylı müqavilələr əsasında qəbul etdiyi öhdəliklərdən imtina edir, ya da onların yerinə yetirilməsindən yayınır".

Rusiyanın beynəlxalq və ikitərəfli müqavilələrlə tənzimlənməyən 20 kilotondan aşağı gücə (təxminən 1945-ci ildə Xirosimaya atılan atom bombası gücündə) malik taktiki nüvə silahı sahəsindəki fəaliyyəti xüsusi narahatlıq doğurur. Pentaqon, taktiki nüvə silahlarının nisbətən az gücü onun istifadə sferasının arta biləcəyindən ehtiyatlanır.

Sənəddə Şimali Koreyanın təcavüzkar hərəkətləri və İranın müvafiq qərarın qəbul edildiyi tarixdən etibarən bir il ərzində nüvə silahı yaratmaq üçün lazım olan güc və texniki imkanların əhəmiyyətli bir hissəsini əlində saxlaması diqqətə catdırılır.

""Nüvə siyasətinin icmalı"nda ABŞ nüvə silahlarından hansı şərtlər çərçivəsində istifadə edə biləcəyi açıqlanır: "ABŞ, ölkənin həyati vacib maraqlarını, müttəfiqlərini və tərəfdaşlarını qorumaq üçün yalnız müstəsna hallarda nüvə silahından istifadə etmə ehtimalını nəzərdən keçirməyə hazırdır. Nüvə silahından istifadə etməkdən çəkinmə istənilən nəticələri verməyəcəksə, Amerika Birləşmiş Ştatları müttəfiqləri və tərəfdaşları üçün ən əlverişli şərtlərlə və ən minimal itkilərlə istənilən münaqişəyə son qoymağa çalışacaq".

Nüvə terrorizmi bölməsində deyilir: "Səmərəli çəkindirmə məqsədilə Amerika Birləşmiş Ştatları terrorçuları dəstəkləyən və nüvə silahının onların əlinə keçməsinə görə tam məsululiyyəti buna şərait yaradan dövlət, terrorçu qrup və ya digər qeyri-dövlət subyektlərinin üzərinə qoymaq niyyətindədir. Bizim rəqiblərimiz başa düşməlidir ki, Amerika Birləşmiş Ştatlarına, onun müttəfiq və tərəfdaşlarına qarşı nüvə silahından istifadə etmək "fövqəladə vəziyyət" hesab olunacaq və ABŞ cavab zərbəsi kimi ifrat tədbirlərin görülməsi mümkünlüyünü istisna etmir".

Ekspertlərin reaksiyası və qiymətdirilməsi

2017- ci ilin fevralın 3-də Rusiya Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarının açıqladığı nüvə doktrinasını "qarşıdurmaya yüklənən və anti-Rusiya istiqamətli" olduğunu adlandıraraq məyusluq ifadə edən bəyanat yaydı və Rusiyanın bütün beynəlxalq öhdəliklərə riayət etdiyi bildirdi.

Rusiya Xarici İşlər Nazirliyi, mövcud problemlərin birgə həlli üçün axtarışa hazır olduğunu, həmçinin Amerikanın doktrinada sərgilədiyi münasibətə uyğun Rusiya öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək.

"Nüvə siyasətinin icmalı"nda nisbətən az güclü taktik nüvə silahlarının istifadə konsepsiyasını hazırlayan Rusiya bu silahların tətbiq sferasını genişləndirməyə çalışır. Pentaqon Rusiyanın açıqladığı hərbi doktrinanın Moskvanın nüvə silahlarından təhdid məqsədilə və ya birinci olaraq istifadə edə biləcəyi qənaətindədir.

Amerika ekspertlərinin fikrincə, Amerika Birləşmiş Ştatlarının cavabı, az gücə malik nüvə silahları potensialının artırılması ola bilər. Söhbət balistik raketlər üçün yeni yüngül nüvə başlığı hazırlamaqdan gedir.

Söhbət 20 kilotona qədər sualtı qayıqlar üçün nəzərdə tutulan az güclü ballistik raketlərdən gedir. Belə bir strategiyanın məntiqi, mövcud super gücə malik nüvə başlıqlarının tətbiq edilməsi, fantastik dağıdıcı qüvvədə olduğundan artıq çəkindirimə silahı hesab olunmamasından ibarətdir.

Uzun müddətli perspektivdə ABŞ hərbi gəmilərdən buraxılması nəzərdə tutulan nüvə başlıqlı yeni bir qanadlı raketi hazırlamaq niyyətindədir. Bu məsələ ilə bağlı hələ son qərar qəbul edilməyib və proqramın inkişaf prosesi on il davam edə bilər.

Strateji Qüvvələr Komandanının müavini Qreq Veaver deyib ki, ABŞ Rusiyanın qeyri-strateji nüvə silahlarında olan disbalansı aradan qaldırmaq üçün addımlar atacağı təqdirdə belə bir raketin hazırlanmasını dayandıra bilər.

Veaverə görə, icmal müəllifləri üçün ən çətin vəzifələrdən biri bu disbalansa reaksiya variantları tapmaq idi. Amerika Birləşmiş Ştatlarının Avropada aşağı gücdə bir neçə yüz nüvə başlığı olduğu halda Rusiyanın bu gün təxminən 2000 taktiki nüvə silahı var. Qreq Veaver, ABŞ-ın silahlanma yarışını başlatmadığını, bu istiqamətdə Rusiyanın təşəbbüslərinə cavab verdiyini ifadə edib.

Heç də bütün mütəxəssislər bu yanaşma ilə razılaşmır. "Biz qanadlı raketlərə nüvə başlığı quraşdırsaq, onların adi raket buraxılışı ilə necə fərqləndirə bilərik? - deyə Obama administrasiyasının silahlara yayılmamasına nəzarət departamentinin baş direktoru Con Uolfstal doktrina müəlliflərinə haqlı sual ünvanlayır. O zaman doktrina təsadüfi eskalasiya zonasının yaranma ehtimalını yüksəldir.

Əvvəlki planların əksinə olaraq, yeni doktrina B-83 sərbəst enən ən güclü Amerika nüvə bombalarının istehsalını davam etdirməyi nəzərdə tutur.

Öz növbəsində, ABŞ Silahlara nəzarət Assosiasiyasının Silahsızlanmaya nəzarət və təhlükələrin azaldılması siyasəti şöbəsinin direktoru Reyf Kinqston Amerika Birləşmiş Ştatlarının doktrinasının yeni silahlanma yarışına gətirib çıxara biləcəyini hesab edir: "Bu "Soyuq müharibə" dövründəki kimi kəmiyyət yarışı olmayacaq. Bu yalnız ABŞ və Rusiyanın deyil, həm də digər dövlətlərin iştirakı ilə mövcud nüvə qüvvələrinin modernləşdirilməsi yarşı olacaq".

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Nüvə-doktrinası   ABŞ  

Xəbər lenti

Nuclear Posture Review: ABŞ nüvə silahlarından hansı şərtlər çərçivəsində istifadə edəcək? - ANALİZ

2018/02/2b864da2-c4ea-48ff-a898-94e5ee89c91f5645_1518250446.jpg
Oxunub: 933     12:13     10 Fevral 2018    