“JSTARS” doğru yoldadır?| “Lockheed”dən müəmmalı açıqlama

2018/02/received_2470707263155427_1518194755.jpeg
Oxunub: 3758     00:49     10 Fevral 2018    
Gələn həftə ABŞ Hərbi Hava Qüvvələrinin “JSTARS” proqramına davam edib-etməyəcəyi barədə qərarını açıqlayacağı gözlənilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, proqramın sonrakı mərhələsi üçün 6.9 milyard dollarlıq bir müqavilə qazanma ehtimalı olan “Lockheed Martin” icraçı direktoru belə “JSTARS”a alternativ tapılması ən yaxşı yanaşma ola biləcəyində təkid edir.

“Əgər ən sonda HHQ bu proqrama davam etməmək barədə qərar qəbul etsə, biz bu qərarı tamamilə hörmətlə qarşılayacayıq, biz bunu yaxşı başa düşürük”, - deyə “Lockheed”in aeronavtika biznes sahəsi üzrə vitse prezidenti Orlando Karvalo bildirib.

Qeyd edək ki, HHQ sentyabrda JSTARS proqramını ləğv etməyi nəzərdən keçirdiyini qəbul edib. Əsas narahatlıq kimi satınalınması nəzərdə tutulan 17 təyyarənin qeyri-rəqabət mühitinə sızması üçün kifayət qədər təhlükəsiz olması ilə bağlı şübhələrin olmasıdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: JSTARS   Lockheed-Martin   Pentaqon  


Bizi "telegram"da izləyin