Super silahlar: "Silah pul kimidir - heç kim bilmir ki, nə qədər kifayət edəcək" - BİLD

2018/02/16_136200329015645_3036363756.jpg
Oxunub: 4654     20:59     09 Fevral 2018    
Elm və texnologiyanın inkişafına daim müdafiə sənayesi tərəfindən ənənəvi və mühüm töhfələr verilir. Hərbi sənaye layihələrinin nəticələri həmişə mütəxəssislərin diqqətini cəlb edir və ictimaiyyət üçün müəyyən maraq doğurur. Bundan əlavə, mətbuat da bu məsələdən diqqətini əsigəmir. Hərbi-texniki tərəqqinin son nümunələri Almaniyanın "Bild" nəşrini maraqlandırıb və onlar müdafiə müəssisələrin istehsal etdiyi müasir məhsullar barədə geniş material hazırlayıb.

Niklas Renzelin müəllifi olduğu "Unsichtbare Flugzeuge und schwimmende Militärbasen: Die Superwaffen der Gegenwart", yəni "Görünməz təyyarələr və uçan hərbi bazalar: müasir super silahlar" yazısı 13 yanvarda dərc olunub. Adından bəlli olduğu kimi yazıda müxtəlif ölkələrdə qurulan silah və hərbi texnikaların ən son nailiyyətləri təcəssüm olunur.

Yazının epiqrafı İngilis yazıçı Martin Emisin aforizmi ilə başlayır: "Silah pul kimidir - heç kim bilmir ki, nə qədər kifayət edəcək".

Daha sürətli, daha yüksək, daha dəhşətli. Müharibə üçün silahların inkişaf etdirilməsi müzakirə mövzusu olduğunda, insan ağlı heç bir məhdudiyyətə malik olmur. Hər zaman bu və ya digər ordularda ciddi üstünlük saxlayan və düşmən üçün heç bir şans saxlamayan silahlar mövcud olub. "Bild" nəşri müxtəlif dövrlərin supergücünü nəzərdən keçirmək niyyətindədir və bu məqalədə müasir nümunələrə diqqət çəkir.

N.Renzel ötən əsrin hadisələrini xatırladır. XX əsrdə insanlıq bütün digər münaqişələrin cəmindən daha çox insanı məhv edən iki dünya müharibəsini yaşadı. Hərbi fəlakətlərdən sonra sulhün bərqərar olunması ümidləri özünü doğrultmadı. İkinci Dünya müharibəsindən sonra "Soyuq müharibə" başladı. ABŞ və SSRİ bir-birinə düşmənçilik edirdilər, lakin onlar məsələni açıq qarşıdurmaya gətirib çıxarmırdılar. Eyni zamanda, silahlanma yarışları və nüvə qarşıdurmaları bir neçə dəfə dünyanı fəlakətin bir addımlığına qədər gətirib çıxardı. Sovet İttifaqının dağılmasından sonra "Soyuq müharibə" sona çatdı, lakin müxtəlif bölgələrdə münaqişələr davam etdi. Cari asimmetrik müharibələr də ordular üçün yeni bir çağırışdır.

Təyyarə daşıyıcıları

Birinci Dünya Müharibəsi zamanı təyyarə daşıyıcıları ilk dəfə dənizdə döyüş vəzifələrinin icrasına başladı. İkinci Dünya Müharibəsi zamanı isə artıq bu gəmilər strateji əhəmiyyətli bir amilə çevrildi. Bu gün gövdəsində minlərlə heyət üzvləriylə üzən hərbi bazalar güc nümayişi üçün unikal bir vasitədir.

Amerika təyyarə daşıyıcısı "USS Carl Winson" Sakit okeanda

Birləşmiş Ştatlar, Böyük Britaniya və Yaponiya təyyarə daşıyıcılarının istismarına başlayan ilk ölkələrdir. Əvvəllər gəmilərin digər sinflərinin nümayəndələrinin konstruksiyasında dəyişiklik etməklə aviadaşıyıcılar yaradılırdı. 20-ci illərin əvvəllərində isə xüsusi inşa edilən ilk təyyarə daşıyıcıları ortaya çıxdı. Hitler Almaniyası İkinci Dünya Müharibəsi başlamazdan əvvəl təyyarə daşıyıcılarının inşası üçün planlar hazırladı. Onlar "Qraf Zeppelin" kimi iki gəmi qurmaq istəyirdi, lakin müharibə başlandıqdan dərhal sonra işlər dayandırıldı.

Təyyarə daşıyıcıları İkinci Dünya Müharibəsində ABŞ və Yaponiyanın mübarizə etdiyi Sakit okean akvatoriyasında mühüm rol oynayırdı. Həmin dövrün təyyarə daşıyıcıları müasirlərindən çox fərqlənirdi. Beləliklə, onlar yalnız birbaşa uçuş göyərtəsinə sahib idi. Bir neçə təyyarənin eyni vaxtda qalxmasını və enməsini təmin edən künc göyərtələri daha sonra ortaya çıxdı. Əhəmiyyətli yeniliklərdən katapult və aerofinisləri qeyd etmək olar.

Hazırda ən böyük təyyarə daşıyıcıları donanması Birləşmiş Ştatlarda mövcuddur. Onların Donanmasında "Nimitz" layihəsinin 10 aviadaşıyıcı gəmisi var. 1976-cı ildən bəri bu silsilənin adını daşıyan ilk daşıyıcı istifadədədir. Bu, layihənin ilk gəmiləri müəyyən dərəcədə köhnəlib. Bu baxımdan növbəti iki onillik ərzində, qədim təyyarə daşıyıcılarını "Gerald R. Ford" yeni gəmi layihələri əvəz edəcək. Bu növün əsas gəmisini artıq ABŞ Donanmasına təhvil veriblər, ikisi isə tikinti mərhələsindədir. Üçüncüsünün təməli yaxın gələcəkdə qoyulacaq.

Rusiya təyyarə gəmisi Admiral Kuznetsov

ABŞ-dan başqa 12 ölkə: Misir, Avstraliya, Braziliya, Çin, Fransa, Hindistan, İtaliya, Yaponiya, Rusiya, İspaniya, Cənubi Koreya, Tayland, Türkiyə və Birləşmiş Krallıq bu tip aviadaşıyıcılara malikdir. N. Renzel yazır ki, rus təyyarə daşıyıcısı xarab olan ehtiyat hissələrə görə texniki problemlərlə üzləşə bilər. Eyni zamanda, Çin və Böyük Britaniya yüksək imkanlara malik müasir gəmilər inşa edirlər.

Yüksək dəqiqlikli sursatlar

Ağıllı bombalar və mərmilər birbaşa hədəfi taparaq onu nişan almağa qadirdir. "RAND Corporation" analitik mərkəzinin eksperti Corc Nakuzi hesab edir ki, yüksək dəqiqlikli idarə olunan sursatlar döyüş əməliyyatlarının xarakterini tamamilə dəyişib. İkinci Dünya Müharibəsi zamanı bir zavodu məhv etmək üçün orduya yüzlərlə bomba lazım idi, lakin indi eyni problemi bir neçə sursatla həll etmək mümkündür.

Ekspertlərin fikrincə, dəqiq silahların əsas üstünlüklərindən biri mülki vətəndaşlar arasında itkilərin və maddi ziyanın azalmasından ibarətdir. Bu sursatların ən mühüm komponenti peyk naviqasiya tipli GPS-dir.

N. Renzelin sözlərinə görə, yerləşmə nöqtəsini müəyyənləşdirmədən müasir silahlar bu qədər effektiv olmayacaqdı.

Pilotsuz Uçuş Apparatları

PUA-lar gələcək müharibələrin aparılmasının əsas vasitələrindən biri hesab olunur. Bu sahədəki ilk təcrübələr 1931-ci ilə aiddir, uzaqdan idarə olunan İngilis təyyarəsi "Fairey III" qırıcı ekipajlarının hazırlanması üçün hədəf kimi havaya buraxılıb. İndi fərqli siniflərə və tiplərə aid PUA-lar bir çox orduların əsas avadanlıqlarının bir hissəsidir. Onlar operatordan uzaq məsafələrdə müşahidə apara, silah-sursat daşıya və ya onlardan istifadə edə bilər.

Böyük Britaniyanın yeni aviadaşıyıcı gəmisi "HMS Queen Elizabet"

PUA özünə diqqəti cəlb etmədən nəzərədə tutulan əraziyə uça bilir və orada saatlarla müşahidə apara bilər. PUA-larda istifadə, pilotlu təyyarələrdən istifadə etməkdən daha asan, daha təhlükəsiz və daha ucuzdur. İnkişaf etdirilmiş optoelektronik qurğulardan gələn siqnal rabitə peyklərindən istifadə etməklə operatora ötürülür. Məsələn, Yaxın Şərqdə fəaliyyət göstərən Amerika PUA-ları Nevada, Texas və ya Kaliforniyadakı bazalardan idarə olunur. Nəzarət paneli hava gəmilərindən uzaq məsafədədir və buna görə operatorları heç bir təhlükəyə məruz qalmırlar. "Ənənəvi" təyyarə ekipajları, öz növbəsində, uçuşlar zamanı təhlükə altındadır. Yüksək dəqiqlikli silahlardan istifadə edildikdə isə həm pilotlu, həm də pilotsuz təyyarələr yüksək döyüş effektivliyi göstərir.

PUA əleyhdarları bu vasitələrin istifadə məhdudiyyətinin olmamasından ehtiyat edirlər. Bundan əlavə, bu cür avadanlıqların istifadəsi beynəlxalq hüquqa ziddir. Bəzi hallarda, PUA-lar terroristləri məhv etmək üçün rəsmi bildiriş və ya müharibə elan etmədən üçüncü ölkələrin ərazilərinə göndərilir. ABŞ Yəmən ərazisində PUA-lardan bu məqsədlərlə istifadə edir. Pakistan ərazisində də silahlı qruplara qarşı keçirilən belə əməliyyatların beynəlxalq hüquq baxımından heç bir əsası yoxdur. Bundan əlavə, PUA-dan istifadə edilməsi nəticəsində mülki vətəndaşların ölüm halları da mövcuddur.

"Reaper"

PUA-lar Birləşmiş Ştatlar tərəfindən çox istifadə edilir. Onlar bu cür avadanlıqlardan kəşfiyyat və müşahidə, eləcə də "terrorçu ovu" üçün istifadə edirlər. PUA digər ölkələrdə də - İngiltərədə, Fransada, İsraildə, Rusiyada və s. xidmət göstərir. Qərb müdafiə mütəxəssisləri Çinin öz zərbə PUA-sını hazırlamağa başladığından narahatdır. Bəzi iddialara görə KXDR tərəfindən də bənzər layihələrə start verilib.

F-22 "Raptor"

İstehsalçıya görə, "Lockheed Martin" F-22 "Raptor" dünyanın ən yaxşı qırıcısıdır. Bu havada üstünlüyü saxlamağa və səmaya tam nəzarət etməyə imkan verən bir döyüşçü-təyyarədir. N.Renzel F-22-nin digərlərindən üstünlüyünü təmin edən bir sıra amillər olduğunu düşünür. Stels texnologiyadan istifadə etmək F-22 qırıcılarını düşmən radiolokasiya qurğularından qoruya bilir. Yüksək manevr imkanlarına və hava döyüşü kontekstində ciddi döyüş potensialına malikdir. Bundan əlavə, maşın yerüstü hədəflərə də hücum edə bilər. Mühərriklərin forsaj kameralarından istifadə etmədən qırıcı, M = 2 sürətini toplaya bilir.

F-22 təyyarələrinin hazırlanmasına təxminən 30 il əvvəl başlanılıb, lakin son vaxtlara qədər real döyüş əməliyyatlarında iştirakı qeydə alımayan qırıcılar yaxın vaxtlarda Yaxın Şərqdəki terrorçulara qarşı mübarizə çərçivəsində yer hədəflərinə qarşı bir neçə zərbə endirdilər və döyüş qabiliyyətlərini sübut etdilər.

F-22 "Raptor qırıcısı"

"Bild" nəşrinin müəllifi qeyd edir ki, indi Raptor layihəsinin tənqidçilərinin daha az sayda dəlilləri var. İndi onlar F-22-nin döyüşdə istifadə olunmadığına görə tənqidlərdən imtina etməlidirlər. Həqiqətən də, bu təyyarələr Əfqanıstan və İraqdakı münaqişə zamanı heç vaxt istifadə olunmayıb, bu Pentaqonun özündə də mübahisəyə səbəb olmuşdu.

F-22 layihəsinin problemlərindən biri həddindən artıq xidmət və proqram xərcləri idi. Hər bir seriya istehsal təyyarəsi 189 milyon dollara başa gəlir. Əlavə edilən digər xərcləri nəzərə alsaq (layihə, sınaq modelləri, pilot təlimləri, əməliyyat xərcləri və s.) hər bir təyyarənin dəyəri 400 milyona çatır. Beləliklə, hər hansı bir "Raptor"un seriya istehsalı Münhendəki yeni futbol stadionundan daha bahalıdır. F-22 proqramının ümumi dəyəri isə 77 milyard dollardır.

Yaxın keçmişə qədər ABŞ-ın hərbi rəhbərliyi F-22 qırıcılarını "Soyuq müharibə"nin elementi olaraq görürdülər. Ancaq sonradan Çinin hərbi gücünü inkişafı və Vladimir Putinin Ukraynada güc nümayişi vəziyyəti dəyişdi. Bu şəraitdə bir çox insanlar mövcud qırıcıları yeni və köhnə düşmənlərlə mübarizə apara biləcək möcüzəvi bir silah kini görməyə başlayıb.

B-2 "Spirit"

Bombardmancılar sahəsində yenə də ABŞ üstün nəticələr əldə edə bilib. İndiyə qədər, "Northrop Grumman" istehsalı olan B-2 "Spirit" strateji bombardmançısı unikal təyyarə hesab olunur.

Bu təyyarə "Soyuq müharibə"nin son mərhələsində yaradılıb və nüvə başlıqlarının düşmənin arxa hədəflərinə sürətli və gizli çatdırılması üçün nəzərdə tutulub.

Bundesverenin kiber əsgərləri

B-2 "uçan qanad" sxeminə uyğun olaraq qurulub və xüsusi formalara malikdir, stels texnologiya sayəsində düşmən radarlarına görünməz qalır. Maşın iki pilot tərəfindən idarə olunur. 11 min km-ə qədər eniş etmədən uçuşa qadirdir. Təyyarənin hər biri, proqram və layihə xərcləri nəzərə alınmadan, təxminən 700 milyon dollara başa gəlir.

Yuqoslaviya, İraq və Liviyadakı döyüşlərdə B-2 bombardmançıları iştirak edib. Mövcud B-2 təyyarələrinin tələb olunan imkanları qoruya bilməsi və xidmətdə qalması üçün bir modernləşdirmə proqramı planlaşdırılır. 20 ədəd B-2 təyyarəsinin yenilənməsinə 10 milyard dollar xərcləmək planlaşdırılır.

Rəqəmsal müharibə

N.Renzel indi döyüşdə yalnız raketlərin, tankların və döyüşçülərin köməyi ilə deyil, həm də kompüter sistemlərindən istifadə edərək qalib gəlməyin mümkünlüyünü xatırladır. Belə "silah" nisbətən aşağı qiymət ilə fərqlənir və onun hərəkətlərinin izlənilməsi müəyyən problemlərlə bağlıdır. Düşmən qoşunlarını izləmək və infrastrukturuna nəzarət etmək üçün virus proqramından istifadə edə bilərsiniz. Ənənəvi silahların olduğu kimi bu cür tədbirlərin əsas məqsədi düşmənə mövcud üsullarla zəiflətməkdir.

"Dəmir Qübbə" raket kompleksinin buraxılışı

"RAND Corporation"dan C.Nakuzi xatırladır: "Kompüterlər hər yerdədir və özünüzü kiberhücumlardan qoruya bilməniz demək olar ki, mümkün deyil. Buna görə də, hansı qoruyucu proqramların yaradıldığından və istifadə olunmasından asılı olmayaraq, hər zaman əks təsir edə biləcək yeni virus proqramı mövcuddur".

Kompüter hücumları uzun müddətdir ki, reallıqdır. 2016-cı ildə "Bild", Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarədən Rusiyanın xüsusi xidmət orqanları olan FTX və BKİ-nin Almaniyada dövlət və qeyri-hökumət təşkilatlarına ünvanlı kiberhücumlar etdiyini öyrəniblər. Belə hücumlarda əhəmiyyətli resurslardan və böyük texniki imkanlardan istifadə edilir.

"Dəmir Qübbə"

HƏMAS kimi silahlı qruplar tərəfindən edilən raket hücumlarından qorunmaq üçün İsrail raket əleyhinə müdafiə kompleksi olan "Dəmir Qübbə" ("Kipat barzel" və ya "İron Dome") yaratdı. Mobil müdafiə sistemləri, raket hücumunun hədəfi ola biləcək şəhərlərin yaxınlığında yerləşdirilib.

Belə bir mürəkkəb sistemin atıcı qurğusu 3 m yüksəkliyə malik metal qutudur, onun içərisində 20 raket əleyhinə sursat yerləşdirilir. Kiçik ölçüləri sayəsində qurğu, mövcud ordu yük maşınları ilə nəql edilə bilər. "Dəmir Qübbə" batareyası 50-80 milyon dollara başa gəlir. Raketlərin dəyəri isə təxminən 50 min dollardır. Batareyanın tərkibinə bir RLS, 3 atıcı qurğu və atəşi idarəetmə mərkəzi daxildir.

MOAB bombasının təsviri

Kompleksin radarı artıq uçuşda düşmən hədəfini tapır və atıcı qurğuya raket əleyhinə sursatın buraxılmasını əmr edir. 90 kq ağırlığında üç metrlik raket düşmən hədəfinin vurulacağı hesablanan nöqtəyə büraxılır. Bəzi məhdudiyyətlər də mövcuddur. Beləliklə, "Dəmir Qübbə" kütləvi bir raket hücumunu dəf edə bilmir. Bundan əlavə, bu raketin İsrail ərazisinə düşə biləcəyi vəziyyətlərdə tətbiq edilə biləcəyi barədə sərəncam mövcuddur.

İsrail ordusu, bu kompleksin silahlı qruplar tərəfindən atılan raketlərin 85-90 faizini ələ keçirərək məhv etdiyini bildirir. Kompleks 4-70 km məsafə aralığında ballistik raket və digər hava hədəfləri ilə mübarizə apara bilir.

"Bütün bombaların atası"

2007-ci ildə Rusiya ilk dəfə olaraq dünyanın ən güclü qeyri-nüvə bombasını sınaqdan keçirdi və bu, dərhal "bütün bombaların atası" ləqəbi qazandı. Təyyarədən atılan bomba 44 ton TNT (trotil) partlayışına ekvivalent güc nümayiş etdirdi.

T-14 "Armata" tankı

Bu məhsul xüsusi bir maye və yanan toz ilə təchiz olunan termobarik bombadır. Birincisi, partlayış ətraf məkana yanacağı sprey və ya aerozol şəklində yayır, sonra isə onların alovlanması baş verir. Belə bir bombanın partlayışında bütün hədəf və obyektləri yandıraraq məhv edən nəhəng bir atəş kürəsi yaranır. Bombardmançılar tərəfindən istifadə üçün 7 ton ağırlığında bombalar təklif olunur.

Daha əvvəl, Birləşmiş Ştatlar tərəfindən "bütün bombaların anası" adlanan GBB-43/B "Massive Ordnance Air Blast" bombası yaradılıb. 2017-ci ilin aprelin 13-də bu bomba ilk dəfə olaraq real hədəfə qarşı istifadə edildi. Yerli vaxtla saat 19:30-da ABŞ Hava Qüvvələri Əfqanıstanın şimal-şərqindəki terror obyektlərinə hücum etdi. Bomba terrorçuların sığınacağına atılaraq tunelləri məhv etdi. 36 terrorçu məhv edildi, mülki vətəndaşlar isə zərər görmədilər. GBU-43/B, real döyüş əməliyyatinda istifadə olunan bombalar arasında ən güclü bomba hesab edilə bilər.

DF-21D

"Dunfen" (Şərq küləyi) raketi Çinin bölgədəki və dünyada liderlik arzusunu göstərən real layihələrdən biridir. DF-21D sisteminin, düşmən gəmilərini məhv etmək üçün hazırlanan bir ballistik raket olduğu ifadə edilir. Bəzi məlumatlara görə, bu raket buraxılmadan öncə proqramlaşdırılmaya bilər. Hərəkət edən hədəflərə hücum etmək üçün bütün lazımi məlumatlar raketə, atmosferə buraxıldığından sonra ötürülə bilər.

"Bild"in məlumatına görə, DF-21Draketi 12 min km/s sürətlə uça və 1500 km-ə qədər məsafədəki hədəfləri məhv edə bilər. DF-21D layihəsinin varlığı uzun müddətdir məlum idi, lakin müəyyən bir müddətə qədər rəsmi Pekin yeni raketin texniki məlumatlarının detallarını açıqlamırdı. Müəyyən bir geçikmə ilə yeni raketin imkanları barədə bəzi məlumatlar Çin Kommunist Partiyasının rəsmi qəzeti tərəfindən verildi.

M1 "Abrams" tankları təlimlərdə

Aviadaşıyıcılara hücum edə biləcək gəmi əleyhinə raketlərini yaradılması ideyası 1990-cı illərdə Tayvan böhranı zamanı ortaya çıxıb. Bir az sonra, bu imkanlara malik silahların hazırlanmasına başlandı. Bir neçə il bundan əvvəl hazır DF-21D raketi silahlanmaya qəbul edildi. Bu raket, həqiqətən də istehsalçının iddia etdiyi kimi silahlar sahəsində mühüm bir mərhələ ola bilər. Lakin gəmi əleyhinə "Şərq küləyi" nin real xüsusiyyətləri və imkanları hələ də tam məlum deyil.

T-14 "Armata"

Əsrlər əvvəl, döyüş meydanında göründüyü andan, tanklar qorxu və dəhşətə səbəb olub. Tankların ölçüləri və atəş gücü düşməni daim təsirləndirərək, rəqibi özlərinə "hörmət"lə yanaşmağa məcbur edə biliblər. İndi tankların rolu nisbətən dəyişib, amma zirehli qüvvələr hələ də dünyanın bütün qoşunlarının əsas zərbə qüvvələrindən biridir.

Asimmetrik müharibə dövründə tankların döyüş rejimi də dəyişib. Tankların tanklarla mübarizəsi hələ də aktualdır, lakin terrorçularla mübarizə aparmaq üçün zirehli nəqliyyat vasitələrinə digər keyfiyyətlər lazımdır. Tanklar daha yaxşı aktiv qorunmaya, daha güclü silahlara və mükəmməl maskalanma vasitələrinə malik olmadır.

"Leopard 2" tankı

Ekspertlər hesab edirlər ki, tanklar sahəsində son zamanlardakı əsas yenilik Rusiyada yaradılan T-14 "Armata" tankıdır. Zirehli texnika tamamilə ekipaj kabinasındakı nəzarət panellərindən idarə olunur. Qüllədə ekipaj üçün yer nəzərdə tutulmur. T-14 tankları 125 mm hamar lüləli top ilə dəqiqədə 12 ədəd müxtəlif təyinatlı mərmilərlə atəş aça bilir. İdarə olunan raketlərdən istifadə etməklə isə 8 km-ə qədər məsafədə hədəfləri məhv etməyə qadirdir.

N. Renzelin istinad etdiyi həftəlik "Army Times" qəzeti, Rusiyanın T-14 tankının Amerikanın M1 "Abrams" ailəsindən olan tanklardan daha güclü bir top ilə fərqləndiyini və hərəkət imkanlarının daha yüksək olduğunu iddia edir. Bu nəşrə görə, "Armata"nın döyüş kütləsi 48 ton, maksimum sürət 80 km/saat təşkil edir. Amerika "Abrams"ı isə yalnız 64 km/saat sürət toplaya bilir.

Bununla yanaşı, xarici zirehli maşınlar müharibələrdə aktiv iştirak etdiyi halda yeni rus tankları hələ döyüş meydanında özünü göstərməyib. Həm Amerikanın "Abrams"ı, həm də Almaniyanın "Leopard"ı dəfələrlə real döyüş əməliyyatlarında yoxlamadan keçib. Alman nəşrinin müəllifi "Leopard" tanklarının mütəxəssislər tərəfindən real döyüşlərdə istifadə edilən ən yaxşı müasir tank olduğunu dəfələrlə elan etdiyini vurğulayır. Müxtəlif müqayisələrdə və yarışlarda "Leopard-2" müntəzəm olaraq ABŞ, Fransa və Böyük Britaniyadan olan rəqiblərin daim üstün olduğunu nümayiş erdirib.

http://www.bild.de/bild-plus/news/ausland/militaerwaffen/die-superwaffen-der-gegenwart-50557804
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Müasir-silahlar   Bild  

Super silahlar: "Silah pul kimidir - heç kim bilmir ki, nə qədər kifayət edəcək" - BİLD

2018/02/16_136200329015645_3036363756.jpg
Oxunub: 4655     20:59     09 Fevral 2018    