Düşmənin “İsgəndər” eyforiyası və “Polonez” gündəmi – EKSPERT RƏYİ

2018/02/23423_1517986570.png
Oxunub: 4692     10:53     07 Fevral 2018    
Son zamanlar Azərbaycan və xarci mətbuat Belarus hərbi sənaye kompleksinin Çin sənayesi ilə birgə məhsulu olan “Polonez” reaktiv artilleriya sistemləri haqqında yazır. Məsələnin tarixçəsini olduğundan bir az əvvəldən başlamaq istəyirəm.

2016-cı ildə Qarabağda Ermənistan və Azərbaycan orduları arasında cəbhə münaqişəsindən sonra Ermənistan rəhbərliyi öz lokal məğlubiyyətinin səbəbini strateji müttəfiqi olan Rusiyanın üzərinə yıxmağa çalışdı. Moskvanı Azərbaycanı silahlandırmaqda günahlandırmağa başladılar. Ermənistanda olan Qərb ölkələrinin əlaltıları öz mətbuat orqanlarında Rusiyaya qarşı təbliğatı kəskinləşdirdilər. Azərbaycan cəmiyyəti isə öz qüvvələrinə inam hissi əldə edərək hökumətimizdən Ermənistana hərbi təyziqi gücləndirməyi tələb etməyə başladı.

Rusiya Ermənistan əhalisinə Qərblə separatçı danışıqların hansı riskə malik olduğunu hiss etdirəndən sonra, keçmiş status-kvonu qismən də olsa, bərpa etmək niyyətinə düşdü. Bu məqsədlə Ermənistan ordusuna “İsgəndər-E” operativ-taktiki raket sistemini verdi.

Ermənistanın Rusiyayönlü mətbuatı şişirdilmiş eyforik əhval-ruhiyyəli məqalələrlə çıxış etməyə başladı. Bu işdə onlara “İsgəndər” OTR kompleksinin Rusiya mətbuatında gedən reklam yazıları yaxından kömək edirdi. Rusiyanın hərbyönlü mətbuatının daxili auditoriyaya və qərbin kütləvi seçicisinə hesablanan, bəzən fizika qanunlarını tam inkar edən yazıları erməni təbliğatçılarının tükənməyən fantaziyasını qidalandırmağa başladı. Onlar Azərbaycan mətbuatının savadsız və panikaçı seqmentinə, onun auditoriyasına psixi təsir etməyə başladılar.

Bir neçə il əvvəl Belarus mətbuatı ölkələrində yardılan “Polonez” sisteminin təbliğatına başlamışdı. Məncə, bu təbliğatda Belarusiya silah satışından daha çox Rusiyaya təyziq məqsədi güdürdü. Çünki Belarusun “İskəndər-M” raketlərini almaq təklifinə Rusiya müəyyən səbəblərdən mənfi cavab vermişdi. Rusiya hökümətini Belarus hökümətinin müstəqil siyasət yeritməsi ehtiyatlandırır. Formal olaraq, Rusiya və Belarusiya konfederativ dövlət qurmaq qərarı versələr də, onların rəhbərləri bir-birindən ehtiyat edir. Məncə “Polonez” layihəsi bu siyasi ambisiyaların təzahürüdür və hərtərəfli düşünülmüş bir layihə deyil. 2015-ci ilin 9 May qələbə paradında belaruslular öz “Polonez” sistemlərini ilk dəfə nümayiş etdirdilər.

Azərbaycanın bəzi müstəqil hərbyönlü mətbuatı Belarus hökuməti ilə Azərbaycan hökumətinin yaxın hərbi-texniki və maliyyə əlaqələrinə istinad edərək bu silahın bizdə olacağına özlərini və auditoriyalarını inandırmağa başladılar. İlk baxışdan belə bir qərar məntiqli olardı. Düşmən bizi raketlə hədələyir. Biz də haradansa ona oxşar bir sistem əldə edərək, cavab olaraq onu hədələyək. Keyfiyyətsiz KİV-lər üçün bayram əhval-ruhiyyəsi yaradan bir fakt olardı.

Lakin bizim hərbi planlaşdırma bu uşaq oyunu formasında qarşıdurmadan vaz keçdi. Ermənistan ordusunun perspektivdə o silahı əldə edə biləcəyini proqnozlaşdıraraq, raket hücumundan müdafiə komponentləri üçün kontraktlar bağlamağa başladı. Yəni müdafiəni əks-zərbənin labüdlüyü qorxusu üzərində yox, zərbəni neytrallaşdırmaq əsasında qurmağı qərara aldı. Çünki raket zərbəsi duelindən mülki və hərbi infrastrukturu, əhalisi qat-qat sıx olan Azərbaycan daha çox itirə bilər.

Müdafiəni təşkil edən sistemlər barəsində HHM mövzusunda yazmışıq.

Artıq raketdən müdafiə sistemi təşkil edildikdən sonra tələsmədən, bütün şərtləri ekspertizadan keçirib, müəyyən bir hücum sistemi üzərində dayanmaq mümkündür.

Qeyd olunan “Polonez” sistemini nəzərdən keçirək. Xatırladıram ki, klassifikasiyasına görə, bu sistem operativ-taktiki raket sistemi deyil, uzaq mənzilli yaylım reaktiv atəş sistemidir. Belarus paradında hərbi texnika həvəskarları bu sistemin raket konteynerlərinin ölçüsünü, mərmilərin formasını analiz enəndən sonra belə nəticə çıxarıblar ki, Belarus özünün MZKT-7930 yüksək keçim qabiliyyətli şassilərinə Çinin “China Academy og Launch Vehicle Technology” şirkətinin istehsalı olan 301 millimetr kalibrli “A200” raletini dairəvi və yer bucağı üzrə hərəkət edən paket üzərində yerləşdiib. “A200” çox ehtimal ki, Çinin WS-1B raketinin ixrac adıdır. Həmin raketlər Türkiyənin “Qasırğa” sistemində işlənən WS-1 raketinin təkmilləşmiş formasıdır. Çin bu raketləri Türkiyənin “Yaquar” yaylım atəş sistemi üçün ixrac edəcək. Raketin uzunluğu 7250 millimetr, çəkisi isə 750 kiloqramdır. Döyüş başlığının çəkisi 150 kiloqrama qədərdir. Qanadvari stabilizatorların açımı 615 millimetrdir.

Bütün kvaziballistik trayektoriyada uçan mərmilər kimi, bu mərmilərdə də tətbiq olunan inersial naviqasiya sisteminin dəqiqliyi çox şərti (həmçinin “İsgəndər”də olduğu kimi) olur. Bunun müəyyən qaçılmaz texniki səbəbləri var ki, üzərində dayanmırıq. Bu məqsədlə inersial sistemə kömək olaraq GPS (“Polonez” və “İsgəndər”də isə GLONASS) naviqasiya sistemləri də əlavə olunur. Genişmiqyaslı hərbi münaqişə başlayarsa, bu peyk naviqasiya sistemlərinin sahibləri asanlıqla lokal rayon üzərində öz sistemlərinin həssaslığını azaldıb, bu bahalı mərmilərin effektini dəfələrlə azalda, və hətta heçə endirə bilərlər. Əgər bunu onlar da edə bilməsə, ya istəməsə, düşmənin cəbhəxanasında nəzəri cəhətdən ola biləcək radioelektron mübarizə sistemləri ilə bunu etmək mümkündür.

Bu baxımdan, məncə, ölkə hərbiçilərinin seçim pauzası daha məqsədəuyğundur. Çünki Pakistan hərbi sənaye sistemi də ölkəmizlə əməkdaşlığa başlayıb. Onların da operativ-aktiki raket istehsalında geniş təcrübələri var. Ola bilsin ki, ucuz qiymətə, istehsalı ölkəmizdə lokallaşa biləcək, peyk naviqasiya sistemlərindən minimal istifadə edə bilən (yalnız səmti müəyyənləşdirən, tuşlamada iştirak etməyən), 450-500 kiloqramlıq döyüş başlığı daşıyan raket məhsullarının istehsalını təşkil etmək mümkün oldu. 2016-сı ilin noyabrında Pakistanın nazirliklərarası işçi qrupunun Azərbaycana hərbi-texniki yardım məsələləri üzrə müşavirəsi keçirilib. Bu müşavirəyə ticarət naziri Xürrəm Dəstgir və müdafiə sənayesi naziri Rana Tanrıver Hüseyn sədrlik ediblər. Qərar bu məqsədlər üçün 500 milyon dollar vəsaitin ayrılmasıdır.

Hərbi ekspert Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur

Teqlər: İsgəndər   Polonez  

Xəbər lenti

Düşmənin “İsgəndər” eyforiyası və “Polonez” gündəmi – EKSPERT RƏYİ

2018/02/23423_1517986570.png
Oxunub: 4693     10:53     07 Fevral 2018    